Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, elmi şura sədri Yaşar Ömərov yetərsayı nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb. 

İclasda elm və innovasiyalar üzrə prorektor v.m.i.e., elm və xarici əlaqələr üzrə müşavir Sahil Həmidovun və Tədrisin təşkili və idarə olunması şöbəsinin müdiri Cəsarət Şabanovun təqdimatlarında müvafiq olaraq Apellyasiya Komissiyasının və qış imtahan sessiyasının hesabatı, strateji inkişaf və rəqəmsallaşma üzrə müşavir Mehman Kərimovun təqdimatında Strateji İnkişaf Planının 2024-cü il üzrə hesabatı, eləcə də Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri Əhəd Nəbiyevin və Ətraf mühitin mühafizəsi kafedrasının müdiri Elşad Məmmədovun hesabatları dinlənilib.

Daha sonra Elmi fəaliyyətin təşkili və idarə olunması şöbəsinin müdiri Qalibə Məmmədovanın təqdimatı ilə universitetdə aparılan elmi işlərin nəticələri, Magistratura və doktorantura şöbəsinin müdiri Eldəniz Bayramovun təqdimatı ilə doktorant və dissertantların attestasiya qaydalarının, mövzularının təsdiqi, İnsan resursları şöbəsinin müdiri İlham Əlizadənin təqdimatı ilə komissiyaların tərkibinin yenidən formalaşdırılması kimi məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

ATU tələbələrinin  təcrübəsi "Gold Naftalan" hotelində davam edir

Azərbaycan Texnologiya Universitetinin 2024/2025-ci tədris ilin yaz semestrində İqtisadiyyat və idarəetmə fakültəsinin Turizm ixtisaslarında bakalavriat səviyyəsində əyani təhsil alan 4-cü kurs tələbələrinin 17.02.2025-ci il tarixindən etibarən "Gold Naftalan" hotelində təcrübəsi davam edir.

Bu təşəbbüs SDG 8 (Layiqli iş və iqtisadi artım)  və SDG 4 (Keyfiyyətli təhsil) məqsədlərinə uyğun olaraq turizm sektorunda praktik biliklərin inkişafına xidmət edir. Tələbələr real iş mühitində peşəkar bacarıqlar əldə edirlər. Bu isə onların gələcək karyera imkanlarını genişləndirir.

Xocalı soyqırımının 33-cü ildönümü qeyd edilib

Azərbaycan Texnologiya Universitetində Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilib. 

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, o cümlədən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xocalı soyqırımının tarixinin əks olunduğu, faciənin təfərrüatlarından bəhs edən, Xəzər Tv-nin şahidlərinin iştirakı ilə ərsəyə gətirdiyi "Danışır Xocalı" sənədli filmi nümayiş etdirilib.

Daha sonra ATU THİK və TGT-nin təşkilatçılığı ilə ATU tələbələrinin ədəbi-bədii kompozisiyası təqdim edilib.

Sonda Baku Tv-nin "Çingiz Mustafayevin kamerası çəkməyə davam etsəydi" çarxı nümayiş etdirilib.


Azərbaycan Texnologiya Universitetində Harvard tədqiqatçısının vebinarı keçirilib

Azərbaycan Texnologiya Universiteti (ATU) magistr və doktorantlar üçün elmi-tədqiqat bacarıqlarını inkişaf etdirməyə yönəlmiş növbəti vebinar təşkil edib. 

Harvard Universitetinin tədqiqatçısı Elvin Nəsibovun iştirakı ilə baş tutan vebinarın mövzusu “Tədqiqat işinin əsasları və onun aparılması metodları”na həsr edilib.

Harvard tədqiqatçısı seminarda tədqiqat işinin planlaşdırılması, metodologiya seçimi, elmi yazı qaydaları və s. kimi mühüm məsələlər ətrafında çıxış edib, magistr və doktorantların interaktiv şəkildə ünvanladığı sualları cavablandırıb.

Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil)  və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) məqsədlərinə uyğun olaraq elmi-tədqiqat bacarıqlarının inkişafını gücləndirir. Beynəlxalq ekspertin iştirakı bilik transferini artırır. Bu isə akademik keyfiyyətin yüksəlməsinə xidmət edir.

4-cü kurs tələbələrinin təcrübələri davam edir

Azərbaycan Texnologiya Universitetinin 2024/2025-ci tədris ilin yaz semestrində İqtisadiyyat və idarəetmə fakültəsinin Turizm ixtisaslarında bakalavriat səviyyəsində əyani təhsil alan 4-cü kurs tələbələrinin 17.02.2025-ci il tarixindən etibarən "Leon hotel", "Daşlı Qala hoteli", "Cinema Boutique hotel"də təcrübələri davam edir.

Bu fəaliyyət SDG 8 (Layiqli iş və iqtisadi artım) və SDG 4 (Keyfiyyətli təhsil) məqsədlərinə uyğun olaraq xidmət sektorunda praktiki bacarıqların inkişafını təmin edir. Tələbələr real mühitdə təcrübə qazanaraq əmək bazarına hazırlanırlar. Bu isə turizm sənayesinin inkişafına töhfə verir.

ATU tələbələri Yaşıllaşdırma şöbəsinin ərazisində istehsalat təcrübəsində iştirak edir

"Ekologiya" və "Ekologiya mühəndisliyi" ixtisaslarında əyani təhsil alan 4-cü kurs tələbələri 2024/2025-ci tədris ilinin yaz semestrində Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin strukturuna daxil olan Yaşıllaşdırma şöbəsinin ərazisində istehsalat təcrübəsində iştirak edir.

Bu təşəbbüs SDG 11 (Dayanıqlı şəhərlər və icmalar)  və SDG 13 (İqlim dəyişikliyi ilə mübarizə) məqsədlərinə uyğun olaraq şəhər mühitinin yaxşılaşdırılması və ekoloji biliklərin tətbiqinə xidmət edir. Tələbələrin praktiki fəaliyyəti ətraf mühitin qorunmasına töhfə verir. Bu isə dayanıqlı şəhər inkişafını dəstəkləyir.