Azərbaycan Texnologiya Universitetində gənc nəsli gələcəyin texnologiyaları ilə tanış etmək və onlara yeni bacarıqlar qazandırmaq məqsədilə maraqlı bir təlim baş tutub. "Süni intellekt alətləri və tədrisdə innovativ yanaşma" mövzusunda keçirilən təlimdə təlimçi qismində meynəlxalq sertifikatlı təlimçi(Google Certificate), ATU İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev çıxış edib. Təlim zamanı tələbələr aşağıdakı mövzularla tanış olublar:
-ChatGPT, Canva AI, Quillbot və digər süni intellekt alətləri
-İnnovativ tədris metodları və fərdi öyrənmə yanaşmaları
-Rəqəmsal dərs planlarının hazırlanması
-Gələcəkdə təhsilin necə dəyişəcəyinə dair maraqlı müzakirələr
Təlim interaktiv şəkildə, sual-cavab və praktiki nümunələrlə keçirilib. Gənclər süni intellekt alətlərini necə tətbiq edə biləcəklərini real nümunələr üzərindən öyrəniblər.
Qeyd edək ki, bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) ilə əlaqəlidir. Elmi vebinarlar tədqiqatçıların beynəlxalq standartlara uyğun bilik və bacarıqlar əldə etməsinə şərait yaradır. Süni intellekt əsaslı yanaşmaların öyrənilməsi elmi məhsuldarlığın artırılmasına kömək edir. Bu isə qlobal elmi inteqrasiyanı gücləndirir.
Azərbaycan Texnologiya Universitetinin (ATU) "Avtomatika, rabitə və informasiya texnologiyaları” adlı elmi jurnalının ilk nömrəsi işıq üzü görüb. Bu, universitetin bu mövzu üzrə ilk ixtisaslaşmış elmi jurnalıdır.
Jurnal avtomatika, rabitə və informasiya texnologiyaları sahəsində aparılan elmi-tədqiqat işlərini əhatə edir və bu istiqamətdə çalışan alim və tədqiqatçılar üçün nəzərdə tutulub. Nəşr elmi biliklərin yayılması, təcrübə mübadiləsinin aparılması və müasir texnoloji tendensiyaların elmi təhlili üçün mühüm platforma olacaq.
ISSN: 3080-0927 (Print) nömrəsi ilə qeydiyyatdan keçmiş jurnalın nəşri Gəncə şəhərində həyata keçirilir. Jurnal haqqında daha ətraflı məlumat və növbəti buraxılışlarla bağlı elanları www.atu.edu.az saytından (elmi jurnallar bölməsi) əldə etmək olar.
Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) ilə əlaqəlidir. Elmi jurnalların nəşri akademik biliklərin yayılması və tədqiqat nəticələrinin paylaşılması üçün mühüm platforma rolunu oynayır. Bu cür nəşrlər elmi diskursun genişlənməsinə və yeni ideyaların formalaşmasına şərait yaradır. Nəticədə innovasiya yönümlü elmi mühit daha da güclənir.
İnnovasiya və sürət lideri "Bakcell" Təhsilin İnkişafı Fondu (TİF) ilə birgə əməkdaşlığı çərçivəsində tələbələrə DaimOnline paketi ilə 5GB internet hədiyyə edir. Belə ki, “TələbəPlus” kartına sahib olan tələbələr bu üstünlükdən faydalana biləcəklər.
09.04.2025-ci ik tarixdə Bakcell nümayəndələri tərəfindən Azərbaycan Texnologiya Universitetində 5 GB hədiyyə internet paketinin əldə edilməsi və Bakcell-də karyera imkanları ilə bağlı tələbələrlə görüş keçiriləcəkdir.
Bu əməkdaşlığın əsas məqsədi tələbələrin rəqəmsal imkanlarını genişləndirmək, onların akademik və şəxsi inkişafını dəstəkləmək, eləcə də internetə daha rahat çıxışını təmin etməkdir.
Əməkdaşlıq çərçivəsində “TələbəPlus” kart sahibləri üçün xüsusi güzəştlər və əlavə imkanlar nəzərdə tutulur. DaimOnline paketi çərçivəsində tələbələrə hər ay 5GB əlavə internet bonusu təqdim ediləcək. Bu bonus onların təhsil prosesində onlayn resurslardan daha rahat və sərbəst şəkildə faydalanmasına imkan yaradacaqəbələrin rəqəmsal imkanlarını genişləndirmək, onların akademik və şəxsi inkişafını dəstəkləmək, eləcə də internetə daha rahat çıxışını təmin etməkdir.
Əməkdaşlıq çərçivəsində “TələbəPlus” kart sahibləri üçün xüsusi güzəştlər və əlavə imkanlar nəzərdə tutulur. DaimOnline paketi çərçivəsində tələbələrə hər ay 5GB əlavə internet bonusu təqdim ediləcək. Bu bonus onların təhsil prosesində onlayn resurslardan daha rahat və sərbəst şəkildə faydalanmasına imkan yaradacaq
Bu fəaliyyət SDG 9 (Sənaye, innovasiya və infrastruktur) və SDG 4 (Keyfiyyətli təhsil) ilə əlaqəlidir. Rəqəmsal resurslara çıxışın genişləndirilməsi tələbələrin təhsil prosesində daha fəal iştirakını təmin edir. İnternet imkanlarının artırılması onlayn tədris və tədqiqat fəaliyyətlərini dəstəkləyir. Bu isə rəqəmsal bərabərliyin gücləndirilməsinə xidmət edir.
11 aprel tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Texnologiya Universitetində elm və ali təhsil ictimaiyyətinə açıq info-sessiya keçiriləcək. Bu sessiya elmi fəaliyyətlə məşğul olan şəxslərə tədqiqat zamanı süni intellektin imkanlarından istifadə üçün faydalı alət və yanaşmalarla tanışlıq imkanı yaradacaq.
İnfo-sessiyada Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin əməkdaşı Nərminə Abdullayeva “Scopus” elmmetrik bazasından səmərəli istifadə və “Scopus AI” süni intellekt alətinin imkanları ilə bağlı təqdimatla çıxış edəcək. Sessiyada aşağıdakı mövzulara toxunulacaq:
• Əhatəli ədəbiyyat və kvartillər üzrə jurnal axtarışı strategiyaları
• Tədqiqat trendləri, istinadlar, qurum və müəllif profilləri və tədqiqat təsirlərinin təhlili
• Süni intellekt aləti vasitəsilə tədqiqat prosesinin sürətləndirilməsi və vaxta qənaət
• Etibarlı və aktuallığı təsdiqlənmiş mənbələrə əsaslanaraq tədqiqat keyfiyyətinin artırılması
Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) ilə əlaqələndirilir. Süni intellekt alətlərinin elmi tədqiqatlara tətbiqi akademik məhsuldarlığın artmasına imkan yaradır. Tədqiqat proseslərinin optimallaşdırılması və məlumatlara çıxışın asanlaşması elmi fəaliyyətin keyfiyyətini yüksəldir. Bu isə innovativ tədqiqat mühitinin formalaşmasına töhfə verir.
Gəncə şəhəri və ətraf ərazilərdən olan elm və təhsil ictimaiyyətinin nümayəndələri info-sessiyada iştirak üçün qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/vWQZzCxXQVQDh6Hm6
Tarix: 11.04.2025-ci il, saat 11:00
Məkan: Gəncə şəhəri, Azərbaycan Texnologiya Universiteti, Akt zalı
Azərbaycan Texnologiya Universitetində 3 fevral 2025-ci il tarixindən başlayan əcnəbi vətəndaşlar üçün hazırlıq proqramı uğurla davam edir. Proqram çərçivəsində xarici tələbələrə Azərbaycan dili, nitqin inkişafı və gələcəkdə təhsil almaq istədikləri ixtisasa uyğun fənlər tədris olunur. Bu hazırlıq mərhələsi əcnəbi tələbələrin yerli təhsil sisteminə uyğunlaşmasını və akademik uğurlarını təmin etməyə yönəlib.
Hazırlıq proqramını uğurla başa vuran tələbələrə şəhadətnamə təqdim olunur. Həmin sənəd əsasında onlar ölkəmizdəki ali təhsil müəssisələrində – həm bakalavr, həm də magistratura səviyyəsində təhsillərini davam etdirmək hüququ əldə edirlər.
Hazırda ATU-nun hazırlıq qruplarında Rusiya, Türkmənistan, Pakistan, Nigeriya və s. ölkələrdən 22 əcnəbi tələbə təhsil alır.
Bu proqram SDG 4 (Keyfiyyətli təhsil) və SDG 10 (Bərabərsizliyin azaldılması) məqsədləri ilə əlaqəlidir. Xarici tələbələrin yerli təhsil sisteminə adaptasiyası inklüziv və əlçatan təhsil mühitinin yaradılmasına xidmət edir. Dil və ixtisas hazırlığı onların akademik uğurunu təmin edən əsas amillərdəndir. Bu isə beynəlxalq təhsil əməkdaşlığının güclənməsinə töhfə verir.
Azərbaycan Texnologiya Universitetində "Ekoloji irsimiz Göygöl" adlı elmi və maarifləndirici tədbir keçirilib.
Göygöl Milli Parkının yaranması gününə həsr edilmiş tədbirdə Azərbaycan Texnologiya Universitetinin universitet-sənaye əlaqələri üzrə rektor müşaviri Rövşən Əliyev, Göygöl Milli Parkının direktoru Fuad Quliyev və baş elmi işçisi Zaur Məmmədov, Qida Mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, Ətraf mühitin mühafizəsi kafedrasının müdiri Elşad Məmmədov və kafedranın müəllim-tələbə heyəti iştirak edib.
Çıxışlarda Göygöl Milli Parkın yaranması tarixindən, zəngin flora və faunasından, qorunmasından, eləcə də nəsli kəsilməkdə olan bəzi heyvan növlərinin müdafiəsi istiqamətində görülən dövlət tədbirlərdən bəhs edilib.
Seminar çərçivəsində Göygöl Milli Parkından bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra ATU ilə Göygol Milli Parkı arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələri nəzərdən keçirilib, müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Bu tədbir SDG 13 (İqlim dəyişikliklərinə qarşı mübarizə) və SDG 15 (Quruda həyat) ilə sıx bağlıdır. Təbii irsin qorunması ilə bağlı aparılan maarifləndirmə fəaliyyəti ekoloji şüurun yüksəldilməsinə yönəlmişdir. Milli parkların əhəmiyyətinin vurğulanması biomüxtəlifliyin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu yanaşma davamlı ekosistemlərin qorunmasına töhfə verir.