Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU tələbələri Mingəçevir Tekstilə ekskursiya edib

Azərbaycan Texnologiya Universitetinin Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin bir qrup müəllim və tələbəsinin Mingəçevir Tekstil MMC-yə ekskursiyası təşkil edilib. 

Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanı Şakir Əliyevin rəhbərliyi, Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri Tofiq Mirzəyev, professor Cahangir Hacıyevin, eləcə də digər müəllimlərin iştirakı ilə baş tutan ekskursiyanın təşkilində məqsəd tələbələrin nəzəri biliklərini praktiki vərdişlərə çevirməkdən ibarətdir.

Ekskursiya zamanı tələbələr müəssisənin bölmələrini gəzərək emal və istehsalın bütün mərhələləri ilə əyani tanış olub, müvafiq fənn müəllimləri, mütəxəssislər və istehsalat ustaları ilə eyni anda görüşərək geniş fikir mübadiləsi aparıblar. 

Ekskursiya çərçivəsində fabrikdə ATU Tələbə Elmi Cəmiyyətinin xətti ilə tələbə seminarı da baş tutub.  Seminarda prof. Cahangir Hacıyevin rəhbərliyi ilə Aysun Məmmədova və Cəvahir Mustafayeva, baş müəllim Hüsnü Kərimovun rəhbərliyi ilə isə Məryəm Atakişiyeva və  Sayad Şükürova iplik istehsalı sahəsində müxtəlif mövzular üzrə çıxış ediblər.

Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) ilə əlaqəlidir. İstehsalat mühitində keçirilən ekskursiyalar nəzəri biliklərin real proseslərlə əlaqələndirilməsinə imkan verir. Tələbələrin sənaye ilə birbaşa təması onların peşəkar dünyagörüşünü genişləndirir. Bu yanaşma praktik bacarıqların formalaşmasını və sənaye yönümlü təhsilin inkişafını dəstəkləyir.

İftar süfrəsi təşkil edilib

Azərbaycan Texnologiya Universitetinin (ATU) əməkdaşları üçün iftar süfrəsi açılıb.

Universitetin rektoru Yaşar Ömərov kollektivi Ramazan ayı münasibətilə təbrik edərək duaların qəbul olmasını diləyib, xalqımıza firavanlıq, sülh və əmin-amanlıq arzulayıb.

Mərasimdə iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin Qərb regionu üzrə nümayəndəsi Hacı Tahir çıxış edərək Ramazanın cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirdiyini dilə gətirib. 

ATU Həmkarlar İttifaqı Komitəsinin xətti ilə baş tutan iftar süfrəsində dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbətlər açılıb.

ATU-da Toyota “Sıfırın Ötəsində” Aksiyası çərçivəsində görüş keçirilib

Toyota “Sıfırın Ötəsində” Aksiyası çərçivəsində Azərbaycan Texnologiya Universiteti və Toyota Gəncə Mərkəzi arasında əməkdaşlıq görüşü keçirilib.

Görüşdə “Toyota Gəncə Mərkəzindən” HR Meneceri Fuad Verdiyev, Marketinq üzrə mütəxəssis Leyla Rzayeva, Satış üzrə mütəxəssis Ramil İbrahimov, Müştərilərlə əlaqələr üzrə mütəxəssis Nigar Cəfərova və ATU-dan “Ətraf mühitin mühafizəsi və ekologiya kafedrasının” müdiri prof. Elşad Məmmədov, Təcrübə-karyera üzrə mütəxəssis Vüsal Bayramov, İnnovasiya Mərkəzinin mütəxəssisi Aqşin Hüseynov, Dizayn klubunun rəhbəri Mobil Qarayev, Maşın mühəndisliyi və logistika kafdrasının müəllimi Turxan Məmmədyarov və tələbələr iştirak ediblər.

Toyotanın qlobal aksiyalarından biri olan “Sıfırın Ötəsində” aksiyası çərçivəsində ətraf mühitin qorunması və daha sağlam gələcək üçün həyata keçirilən müxtəlif fəaliyyətlər haqqında professor-müəllim heyəti və tələbələrə məlumat verilib.

Əməkdaşlığın məqsədi, gənclərə ətraf mühitin qorunması və davamlı inkişaf mövzusunda maarifləndirici təlimlər təqdim etmək, eləcə də Toyotanın qlobal təşəbbüsünün mahiyyətini daha geniş auditoriyaya çatdırmaqdan eləcə də gələcəkdə sonuncu kurs tələbələrin “Toyota Gəncə Mərkəzində” təcrübə keçməsi istiqamətində əməkdaşlıq etməkdən ibarətdir.

Qarışılıqlı müzakirə əsasında tərəflər arasında birgə görüləcək işlər, layihələr üzrə fikir mübadiləsi aparılmış və əməkdaşlıq üçün istiqamətlər müəyyən edilmişdir. Əməkdaşlığın növbəti mərhələsində mövcud layihələrin “Toyota Gəncə Mərkəzinə” təqdim edilməsi, “Ekologiya” və “Dizayn” ixtisasında təhsil alan tələbələrin Mərkəzə ekskursiyası təşkil ediləcək.

Görüşdən sonra Toyota Gəncə Mərkəzinin əməkdaşları ATU-nun “İnnovasiya Mərkəzi” və Dizayn klubunun fəaliyyəti ilə tanış olub və bu istiqamətlər üzrə görüləcək işlərlə bağlı razılıq əldə edimişdir.

Sonda görüşdə iştirak edən tələbələrə Toyota Gəncə Mərkəzi tərəfindən hədiyyələr təqdim edildi.

Bu təşəbbüs SDG 13 (İqlim dəyişikliklərinə qarşı mübarizə) və SDG 12 (Məsuliyyətli istehsal və istehlak) ilə yanaşı SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar) məqsədləri ilə də uyğunluq təşkil edir. Ekoloji maarifləndirmə və sənaye əməkdaşlığının birləşdirilməsi tələbələrə davamlı inkişaf prinsiplərini praktik müstəvidə öyrənmək imkanı yaradır. Korporativ və akademik tərəfdaşlıq modeli biliklərin tətbiqini daha effektiv edir. Bu isə yaşıl inkişaf yanaşmalarının genişlənməsinə şərait yaradır.


8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə görüş keçirilib

Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə universitetin müxtəlif vəzifələrdə çalışan bir qrup xanım əməkdaşı ilə görüşüb. 

Görüş zamanı Y.Ömərov Azərbaycan qadınının ölkəmizdə və cəmiyyətdə rolundan, aktiv fəaliyyətindən danışıb. Bildirib ki, mərhəmət, xeyirxahlıq kimi yüksək bəşəri, zəngin mənəvi, əxlaqi dəyərlərə malik Azərbaycan qadını bu gün bütün sahələrdə uğurla təmsil olunur. Y.Ömərov qeyd edib ki, qələbəmizin qazanılmasında, ərazi bütövlüyümüzün bərpa olunmasında qadınlarımızın da özünəməxsus payı var. Çünki, məhz onların dünyaya gətirdiyi, böyüdüb boya-başa çatdırdığı, vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların qəhrəmanlığı, şücaəti sayəsində torpaqlarımız işğaldan azad edilib. 

Y.Ömərov görüşdə iştirak edən xanım əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, uzun ömür və can sağlığı, fəaliyyətlərində uğurlar arzulayıb.

 

 

 

"GreenTech II" Startap və Yaşıl Texnologiyalar müsabiqəsinə yeni tərəfdaşlar və sponsorlar qoşuldu

Azərbaycan Texnologiya Universitetinin 55 illik yubileyi çərçivəsində baş tutacaq "GreenTech II" Startap və yaşıl texnologiyalar müsabiqəsinə dəstək verənlər qurumlar sırasına İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi də qoşulub.

Müsabiqənin sponsorları siyahısı da genişlənib. Tədbirdə "Coca-Cola", "Lenovo", "Baku Electronics", "AZGRANATA" və "ATS Food" da sponsor qismində çıxış edəcək. 

Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Coca-Cola", "Lenovo", Səhliyalı, "Baku Electronics", "AZGRANATA" və "ATS Food"un sponsorluğu ilə  baş tutacaq yarışın final mərhələsi 17 aprel 2025-ci ildə Gəncə şəhərində, Azərbaycan Texnologiya Universitetində keçiriləcək.

Tələbələr qeydiyyat, eləcə də müsabiqənin kateqoriyaları ilə bağlı ətraflı məlumat əldə etmək üçün QR kod və ya atu.edu.az/greentech linkindən istifadə edə bilərlər.

Qeydiyyat 17.02.2025-ci tarixindən başlayacaq və 07.04.2025-ci il tarixinədək davam edəcəkdir.

Bütün ali təhsil müəssisələrinin tələbələrini  müsabiqədə iştirak etməyə dəvət edirik.

Qeyd: Tələbələr üçün Bakıdan Gəncəyə və əks istiqamətə transfer təşkil olunacaqdır.

Bu təşəbbüs SDG 9 (Sənaye, innovasiya və infrastruktur), SDG 13 (İqlim dəyişikliklərinə qarşı mübarizə) və SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar) ilə uyğunluq təşkil edir. Yaşıl texnologiyalar sahəsində innovativ ideyaların dəstəklənməsi ekoloji problemlərin həllinə yönəlmiş praktik yanaşmaların inkişafını stimullaşdırır. Müxtəlif qurumların prosesə cəlb olunması bilik və resursların inteqrasiyasını gücləndirir. Bu isə dayanıqlı və ekoloji yönümlü iqtisadi modelin formalaşmasına töhfə verir.

 

 

Ətraf mühitin mühafizəsi kafedrasının növbəti iclası keçirilib

İclasda kafedranın professor-müəllim heyəti iştirak edib. Kafedra müdiri prof. Elşad Məmmədov iclası açıq elan edib.

Gündəlikdə duran müxtəlif məsələlərə toxunulub, yaz imtahan sessiyasına dair testlərin hazırlanması prosesinin gedişatı, açıq dərslər, keçirilən seminarlarla bağlı müzakirələr aparılıb. İrad və təkliflər bildirilib.

Sonda müəllimləri maraqlandıran müxtəlif məsələlərə dair suallar cavablandırılıb.

Prof. Elşad Məmmədov bütün müəllimlərə öz tövsiyələrini verib və onlara fəaliyyətlərində uğurlar diləyib.

Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) və SDG 13 (İqlim dəyişikliklərinə qarşı mübarizə) məqsədləri ilə əlaqələndirilə bilər. Akademik mühitdə aparılan müzakirələr tədris keyfiyyətinin yüksəldilməsinə və müasir çağırışlara uyğunlaşmaya xidmət edir. Ekoloji istiqamətli mövzuların diqqətdə saxlanılması tələbələrin bu sahədə biliklərinin dərinləşdirilməsinə imkan yaradır. Bu yanaşma gələcəkdə ekoloji məsuliyyətli mütəxəssislərin yetişdirilməsinə zəmin yaradır.