12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevi dərin hüzünlə anırıq!
Azərbaycan Texnologiya Universitetinin Menecment kafedrasının baş müəllimi Fikrət Əliyev koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!
Anar Məmmədzadə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Anarı tanıyanlar Azərbaycan Texnologiya Universitetinın rəsmi səhifəsinə müraciət edərək onun şəklini paylaşmağımızı istəyiblər. Baxmayaraq ki, Anar Azərbaycan Texniki Universitetinin üçüncü kurs tələbəsi idi, biz də onunla bağlı paylaşım etməyi özümüzə borc bildik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qürur duyuruq!
Talış kəndinin, Suqovuşanın işğaldan azad ounmasında iştirak edib. Fizuli ən çətin anında belə Vətəni və yoldaşlarını düşünüb. Fizulinin xatirələrindən: “Döyüşlər başlayan gündən irəlilədik. Talış kəndini, Suqovuşanı azad etdik. Oktyabrın 14-ü idi, 530 yüksəkliyində şiddətli döyüş gedirdi. Təxminən saat 12 olardı yaxınlığımıza 120 mm minaatan mərmisi düşdü. Sol döş qəfəsimdən ağır yaralandım. Usaqlar qoluma girdi o vəziyyətdə 5 kilometr dağdan duşdüm, sudan keçdim. Həmin vaxt halsız vəziyyətdə olsam da var gücümlə özümü toplamağa çalışırdım ki, döyüş yoldaşlarıma məni daşımaqda çətinlik yaratmayım. Bilirdim ki, onlar da halsızdı, günlərlə döyüşdəydik, vaxt yox idi, son iki gündə yuxusuz, ac susuz idik. İstəmirdim onları çətin vəziyyətdə qoyum. Möcüzəylə sağ qaldım. Vətəni işğaldan azad etmək, ard-arda qələbələrimiz bizə güc verirdi”. 4 qəlpə yarası alan Fizuli iki dəfə əməliyat olunub. Hazırda xəstəxanada müalicəsi davam edir. Tezliklə sağalmasını arzu edirik.
O, universitetimizin menecment ixtisası üzrə qiyabi, II kurs tələbəsidir. Vətən müharibəsi başlayan gündən ön cəbhədə olub. Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə xüsusi texnika ilə ən qaynar nöqtələrə təminatı təşkil edən əsgərlərimizdəndir. Hüseynalının xatirələrindən: “...Yol yox idi, yeni yol açmaq lazım idi. Yağışlı havada ağaclığın içi ilə gedirdik. Palçıqda çətinliklə irəliləyirdik. Texnika (MT-LB) növbəti dəfə sürüşdü və qarşısını almaq mümkün olmadı, aşdı. Xoşbəxtlikdən ağac saxladı və dərəyə yuvarlanmadıq. Çox çətinliklə vəziyyətdən çıxdıq və Şuşa üçün təminatı vaxtında çatırdıq”. Hazırda Qubadlıda xidmətə davam edən Hüseynalı qələbə xəbərini aldığmız gün – 10 noyabrda ata olub. Təbrik edirik!
Novruz Novruzov Vətən Müharibəsində sağ ayağını itirən universitetimizin 2019-cu il məzunu Novruz Novruzov, fəxrimizsən! Qürur duyuruq!