Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycanlı gənc dünyanın 7 məşhur universitetindən qəbul cavabı aldı

Gənc azərbaycanlı ixtiraçı, dünyada şöhrət qazanan Reynerci (Rainergy) startapının təsisçilərindən biri olan Reyhan Camalova Amerika və Kanadada qeydiyyatdan keçdiyi və qəbul cavabı aldığı universitetlərin siyahısını paylaşıb. Paylaşımda deyilir: “Bu gün Amerika universitetlərindən qeydiyyatdan keçdiyim son universitetin - Stanford Universitetinin - nəticəsi açıqlandığı üçün artıq qəbul aldığım universitetlərin siyahısını paylaşaraq sizinlə öz sevincimi bölüşmək istəyirəm.1. STANFORD Universiteti2. PENNSYLVANİA Universiteti - Penn Dünya Təqaüdçüsü (Penn World Scholar) kimi qəbul almışam. 3. DUKE Universiteti (Tam - illik 85,903 dollar təqaüdlə) - Martın ortasında erkən qəbul (likely letter) aldım. 4. BROWN Universiteti (Tam - illik 85,574 dollar təqaüdlə) 5. AMHERST Kolleci (Tam - illik 84,168 dollar təqaüdlə)- Martın 5-də erkən qəbul (early write) alan 200 şagirddən biri oldum. 6. TORONTO Universiteti Viktoria Kolleci, Fiziki və Riyazi Elmlər (Physical and Mathematical Sciences) 7. TORONTO Universiteti Scarborough Filialı, Co-op Menecment (Co-op Management BBA)". 

UTECA Gənclər Təşkilatı Aprel Şəhidlərini ziyarət edib

4 aprel trixində Azərbaycan Texnologiya Universiteti Tələbə Gənclər Təşkilatı və universitet fəalları Aprel Şəhidlərini anım məqsədilə Gəncədə yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. Qeyd edək ki, 2016-cı il Aprel döyüşləri zamanı mərdliklə Şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğullarından biri İnqilab Quliyev Gəncədəki Şəhidlər Xiyabanında uyuyur. UTECA gəncləri Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçənlərin əziz xatirələrini yad edib, Şəhidlərimizin ruhuna dualar oxuyub, məzarları önüə gül düzüblər. 

Şagirdlər UTECA ixtisasları ilə tanış olublar

Şagirdlər UTECA ixtisasları ilə tanış olublar Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsi Gəncə şəhər 28 saylı orta məktəbin 10 və 11 ci sinif şagirdləri və müəllimlərinin iştirakı ilə onlayn görüş keçirib. İki saat davam edən görüşdə Azerbaycan Texnologiya Universitetinin rektor müşaviri, millət vəkili Müşviq Cəfərov, fakültə dekanı Nüşabə Hacıyeva, kafedra müdirləri Mamed Urkayev, Xalidə Ağayeva, Könül Vəliyeva şagirdlərə kafedraların fəaliyyəti, universitet və ixtisaslar haqqında geniş məlumat veriblər.  Görüşdə gənc müəllimlər tərəfindən ayrı - ayrı ixtisaslar üzrə hazırlanmış və Facebook, Instagram sosial şəbəkələrində paylaşılmış posterlər haqqında şagirdlərə məlumatlar verilib, UTECA ixtisaslarına dair məlumatların əlçatanlığı üçün baş vura biləcəkləri elektron resurslar təqdim edilib. Eyni zamanda İqtisadiyyat və idarəetmə fakültəsi tərəfindən təşkil olunmuş Virtual məktəb layihəsində iştirak üçün şagirdlərə müraciət ünvanlanıb. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb. 


“Söz mülkünün sultanı” adlı vebinar keçirilib

Azərbaycan Texnologiya Universitetində “Nizami ili”nə həsr edilmiş silsilə tədbirlər davam edir. Bu dəfə universitetin İctimai elmlər və multikulturalizm kafedrasının təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilmiş “Söz mülkünün sultanı” adlı vebinar keçirilib. Tədbiri giriş sözü ilə açan İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Zəminə Novruzova dahi şairin həyatı və xalqımızın mənəviyyatının ayrılmaz bir hissəsinə çevrilmiş parlaq irsi haqqında məlumat verib. Bildirib ki, Nizami şair olmaqla yanaşı yaşadığı dövrün tələbləri əsasında bir çox elm sahələri ilə maraqlanıb, sinkretik zəka sahibi olub: – “Əsərlərini oxuyanda düşünürsən ki, bu misraların müəllifi dövrünün görkəmli alimi olmuş, elmi ideyalarını gözəl poetik dillə ifadə etmişdir”.  Kafedranın baş müəllimi Səlminə Abbasova “Nizaminin ana dili” mövzusunda, baş müəllim Mətanət Mustafayeva “Nizami Gəncəvi və türkçülük” mövzusunda, dosent Mehriban Tağıyevanın hazırladığı tələbə Şəlalə Kazımova isə (Turizm işinin təşkili ixtisası – qrup 2220 a1) “Nizami Gəncəvi yaradıcılığında multikultural ovqat” mövzusunda çıxışlar ediblər.  Ardınca Nizami Gəncəvi məqbərəsini ziyarət edən kafedra əməkdaşlarının və universitetin tələbələrinin iştirakı ilə hazırlanmış videoşarx izlənilib.  Sonra Samir Cəfərovun düşmən tapdağından azad edilmiş torpaqlarımızda ifa etdiyi, Üzeyir Hacıbəyovun Dahi Nizaminin sözlərinə yazılmış romansı səsləndirilib.  Sonda çıxış üçün söz alan  iştirakçılar bu kimi maarifləndirici tədbirlərin gənclərin dünyagörüşünün formalaşmasında və milli-mənəvi dəyərlərimizin təbliğində böyük  əhəmiyyətə malik  olduğunu qeyd ediblər.               

Xalq şairi tələbələrə “Müdriklik zirvəsi”ndən danışdı

Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə Nizami ili çərçivəsində 6 aprel, 2021-ci il taixində Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlı ilə tələbə və müəllimlərin “Müdriklik zirvəsi” adlı onlayn görüşü keçirilib. Görüşü açılış sözü ilə açan İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə xanım vebinara böyük marağın göstərildiyini, Respublikanın müxtəlif guşələrindən, 15 universitetdən tələbə-müəllim heyətinin qatıldığını vurğulayıb. Daha sonra söz qonaqlardan Millət vəkili Müşfiq Cəfərova verilib. Millət vəkili Nizami ili çərçivəsində Gəncədə görüləcək işlər barədə danışıb.  Sabir Rüstəmxanlı haqqında qısa bir video çarxın nümayişindən sonra xalq şairi dərin və məzmunlu çıxış edib. Bədii söz xəzinəsinin incisi, 880 illik bəşəri sərvət Nizami Gəncəvidən bəhs edən Rüstəmxanlı uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzində olan Nizami irsindən danışıb.   Sonda görüş diskusiya şəklində davam edib. Sabir Rüstəmxanlı vebinara qatılan tələbələri maraqlandıran sualları cavablandırıb. Qeyd edək ki, tədbir iştirakçılarına sertifikatların təqdim olunması nəzərdə tutulub.

Üzümçülük və Şərabçılıq Elmi-tədqiqat İnstitutunun mütəxəssisləri təcrübələrini bölüşüb

07 aprel 2021-ci il tarixində “Qida mühəndisliyi” fakültəsində Üzümçülük və Şərabçılıq Elmi-tədqqat İnstitutunun direktoru, aqrar elmlər doktoru, dosent Vüqar Səlimov, aparıcı elmi işçisi Mövlud Hüseynov və elmi işçisi Nuriyyə Hüseynzadə ilə görüş keçirilib. Görüşdə Şərabçılıq üzrə milli brendlərin istehsalının gücləndirilməsində üzümün genetik ehtiyatlarının və texnoloji potensialının qiymətləndiriməsi, texniki üzüm sortlarının keyfiyyətinə təsir edən amillər, Qarabağ üzüm sortlarının və şərabçılığın inkişaf etdirilməsi mövzusunda çıxışlar yer alıb. “Qida məhsulları mühəndisliyi” və “Turizm və otelçilik” ixtisasında təhsil alan tələbələrə Azərbaycanın milli üzüm sortlarının müasir ampelodeskriptorlar və molekulyar-genetik üsullarla öyrənilməsi, Üzümçülük və Şərabçılıq ET İnstitutu olaraq yerli üzüm sortlarının qorunub saxlanılması, qiymətləndirilməsi, davamlı istifadəsi, geniş yayılması, təşviq edilməsi və s. istiqamətlərində mütamadi olaraq həyata keçirilmiş tədqiqat işləri, əldə olunan materiallar əsasında üzüm sortlarının ampeloqrafik xüsusiyyətləri əks olunan kitablar haqqında məlumatlar verilib. Həmçinin son illərdə üzüm genofondunun qorunub saxlanılmasında, mənşəyinin müəyyənləşdirilməsində, müasir üsullarla öyrənib qiymətləndirilməsində, identifikasiyasında beynəlxalq əməkdaşlıq çərçivəsində əlaqalər, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu olaraq yerli üzüm sort və formalarının  genetik müxtəlifliyinin müasir üsullarla (molekulyar-genetik, ampelo və fenotipik deskriptorlarla, biokimyəvi və s.) öyrənilməsi istiqamətində bir çox beynəlxalq təşkilat və xarici ölkə institutları ilə (Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutu, Bioversity İnternational, OIV, COST, İNRA, İtaliya Milan Universiteti və s.) elmi əməkdaşlığı  professor-müəllim heyəti və tələbələrin nəzərinə çatdırılıb. Beynəlxalq əməkdaşlıq çərçivəsində 2003-cü ildən başlayaraq hal-hazıra ilkin olaraq yerli üzüm sortlarının mənşəyi, bir neçə səciyyəvi morfoloji əlamətləri əks olunmaqla Beynəlxalq VİVC (Vitis- International Variety Catalogue) üzüm məlumat bazasından istifadə etmək imkanları, Üzümün OİV protokolları üzrə ampelodeskriptor əlamətləri (rəqəmsal), üzümün bioloji, təsərrüfat-texnoloji xüsusiyyətləri barədə geniş informasiya auditoriyanın nəzərinə çatdırılıb.