Tədbirin təşkilində məqsəd I kurs tələbələrini fondun təklif etdiyi imkanlar barədə məlumatlandırmaq olub.Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov, millət vəkili Müşfiq Cəfərov, Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev və birinci kurs tələbələri iştirak ediblər.Yaşar Ömərov çıxışında Təhsil Tələbə Kredit Fondunun Prezident cənab İlham Əliyevin 17 iyun 2021-ci il tarixli Fərmanı ilə təsis olunduğunu qeyd edərək bildirib ki, bu fondun yaradılması ölkəmizdə təhsilə dövlət qayğısının ən bariz nümunələrindən biridir.Millət vəkili M.Cəfəov isə çıxışında tələbələr üçün yeni imkanlar təklif edən TTKF-in ali təhsilə əlçatanlığın təmin edilməsi və təhsildə bərabər imkanların yaradılması kimi mühüm missiyalara xidmət etdiyini diqqətə çatdırıb.Sonra A.Paşayev TTKF-in fəaliyyət istiqamətləri, fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları, kreditin məbləği və qaytarılması müddəti, nəzərdə tutulan güzəştlər barədə tələbələrə geniş məlumat verib.Tədbir tələbələrin mövzuya dair suallarının cavablandırılması ilə yekunlaşıb.