Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi, dosent Yaşar Ömərov tarixi gün münasibətilə kollektivi təbrik edib, çıxışında Azərbaycanın müstəqillik elə etdiyi gündən indiyədək qazandığı nailiyyətlərdən danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təlatümlərdən, təhlükələrdən çıxararaq qurub yaratdığı Azərbaycan indi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir.Sosial məsələlər və ictimayətlə əlaqələr üzrə rektor müşaviri Şahmar Həsənov çıxışında müstəqilliyin bərpasını dövlətçiliyimizin davamı kimi səciyyələndirib.İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Hüseyn Budaqov, dosent əvəzi Mehriban Tağıyeva və digər çıxışçılar demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla və sürətlə həyata keçirilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasından, xalqımızın müstəqillik uğrunda mübarizəsindən danışıblar.Tədbir zamanı tələbələr şeir səsləndirib, tarda musiqi nömrəsi ifa ediblər.Sonda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.