Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 24.06.2025-ci il tarixli qərarı ilə ATU-nun Strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə rektor müşaviri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Mehman Kərimova iqtisad elmləri elm sahəsinin 5308.01 – Ümumi iqtisadiyyat ixtisası üzrə  dosent elmi adı verilib.

Həmçinin, AAK-ın 30.06.2025-cü il tarixli qərarı ilə Qida mühəndisliyi və ekspertiza kafedrasının əməkdaşı, texnika üzrə fəlsəfə doktoru Mehriban Aslanova elmi-pedaqoji fəaliyyətinə görə texnika elmləri elm sahəsinin 3309.01 – Qida məhsullarının texnologiyası ixtisası üzrə dosent elmi adına layiq görülüb.

Təbrik edirik!