Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2024/2025-ci tədris ili üzrə son iclası keçirilib. Universitetin rektoru, elmi şura sədri Yaşar Ömərov yetərsayı nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İclasda rektor Yaşar Ömərov ATU-nun cari tədris ilinə dair fəaliyyəti və perspektiv inkişaf haqqında məruzə ilə çıxış edib.
Daha sonra Elm və innovasiyalar üzrə prorektor v.m.i.e., elm və xarici əlaqələr üzrə müşavir Sahil Həmidovun təqdimatı əsasında Elmi Şuranın 2025/2026-cı tədris ilinin birinci yarımili üçün iş planının müzakirə edilərək təsdiq edilib. Ardınca İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fazil Kərimovun, Turizm sənayesinin təşkili kafedrasının müdiri Yusif Hümbətovun hesabatları dinlənilib.
İclas çərçivəsində sosial məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektor, Tədris Metodiki Şuranın sədri Şahmar Həsənov tədris metodiki vəsaitlərin təsdiqi, Tədri̇si̇n təşki̇li̇ və idarə edi̇lməsi̇ şöbəsinin müdiri Cəsarət Şabanov professor-müəllim heyətinin tədris işi üçün vaxt normalarının müəyyən edilməsi, İnsan resursları şöbəsinin müdiri İlham Əlizadə ştat cədvəlində dəyişiklik, Keyfiyyətin təminatı və audit şöbəsinin müdiri v.m.i.e. Mətləb Əliyev Akkreditasiya prosesinin keçirilməsi ilə əlaqədar Özünütəhlil hesabatının hazırlanması üçün Təşkilat Komitəsinin yaradılması barədə təqdimatla çıxış edib, gündəlikdə olan məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.