Azərbaycan Texnologiya Universitetində (ATU) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Elm və texnologiyaların müasir trendləri" adlı Respublika Elmi-Praktik Konfransının ikinci günü uğurla davam edib.

Respublika elmi-praktik konfransı Qida mühəndisliyi və texnologiyaları, Süni intellekt, elektronika və informasiya texnologiyaları, Tekstil, yüngül sənaye və dizaynda innovativ texnologiyalar, Maşınqayırma, nəqliyyat və logistika, Metallurgiya mühəndisliyi, Rəqəmsal iqtisadiyyat və idarəetmə, Turizm sənayesinin təşkili, Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf, Fundamental elmlər və innovativ texnologiyalar, Mültikultural təhsildə innovativ texnologiyalar olmaqla 10 bölmədə hibrid qaydada təşkil olunub. Bölmələrə ATU-nun elm adamları sədrlik edib, həmsədrlər isə respublikanın ali təhsil müəssisələrinin, elmi institutların nümayəndələri və sənaye müəssisələrinin mütəxəssisləri olub.

Konfrans çərçivəsində bölmələr üzrə məruzələr dinlənilib, müasir elmi-texnoloji tendensiyalar müzakirə olunub və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, konfransın məruzələr toplusuna 2 dövlət qurumu, 23 universitet və 8 elmi müəssisədən 450 yaxın tezis qəbul edilib.