11- cilər bu il ilk dəfə ayaq basdıqları məktəbə vida zəngi çalmaq üçün toplanıblar. Məzun olanların sayı 84069 nəfərdir. Onlardan 38461 nəfəri qız, 45608 nəfəri oğlandır. Əziz məzunlar, hər birinizi təbrik edir və həyatınızın yeni mərhələsində uğurlar arzulayırıq!
Selam olsun kardeşliğe, selam olsun can Azerbaycan‘a…
"Kardeş ülke Azerbaycan ile Türkiye arasında, her alanda gerçekleşmesinden mutluluk duyacağımız projelerin bir örneğini Türkiye Güvenilir Ürün Platformu ile Azerbaycan Teknoloji Üniversitesi (UTECA) ortak girişimi olarak; Güvenli 2023 ismini taşıyan Gıda Güvenliği Eğitimi Projemiz Azerbaycanlı kardeşlerimizin hepsini kapsayacak şekilde 21.06.2021 – 04.07.2021 tarihleri arasında ZOOM üzerinden ücretsiz olarak gerçekleştirilecek olup, Azerbaycan Teknoloji Üniversitesi (UTECA) tarafından sertifikalandırılacaktır. Projemizle ilgili Azerbaycan ve Türkiye‘de tanıtım etkinlikleri yapılacak ve tanıtım afişleri paylaşılacaktır. Paylaşılacak olan tanıtım afişleri ile birlikte yayınlanacak olan başvuru linki üzerinden katılımcılar bilgilerini doldurarak, başvurularını yapabilecektir.Projemizin en önemli amacı ve bizleri mutlu eden yanı, ‘’iki devlet, bir millet‘’ anlayışının dünya döndükçe devamı için dualar ettiğimiz Azerbaycan ile kardeşliğimizin, eğitim alanında ve diğer alanlarda daha üst seviyelere taşınması ve pekiştirilmesine yönelik sosyal sorumluluk anlayışını benimsememizden ve kardeşlerimizin devamı için faydalı şeylere imza atma isteğimizdir.Son olarak bu proje ile kardeşliğimizin pekişmesi için vesile olan Sn.Vuqar İsmayilov Hocama, Sn. Piri Axundov Hocam, Sn. Könül Qadimli Hocama, Güvenilir Ürün Platformu Başkanı Sn. Celal Toprak Beye, Güvenilir Ürün Platformu Genel Sekreteri Sn. Elif Attepe Hanımefendiye ve emeği geçen herkese teşekkür eder, eğitim programımızın yeni güzelliklere ve kardeşliğimizin her alanda artmasına vesile olmasını temenni ederiz. Selam olsun kardeşliğe, selam olsun can Azerbaycan‘a…"
Tuncay Baycan Güvenilir Ürün Platformu Hazır Yemek Komisyonu Başkanı Qardaşlığa salam, Azərbaycana salam... “Türkiyə Etibarlı Məhsul Platforması ilə Azərbaycan Texnologiya Universitetinin (UTECA) birgə təşəbbüsü olaraq həyata keçirilən, qardaş ölkələr - Azərbaycan ilə Türkiyə həmrəyliyinin daha bir nümunəsi olan Təhlükəsiz 2023 adlı Qida Təhlükəsizliyi layihəmiz bütün azərbaycanlı qardaşlarımızı əhatə etməklə 21 iyun – 04 iyul 2021-ci il tarixləri arasında ZOOM vasitəsi ilə ödənişsiz həyata keçiriləcək. Layihədən müvəffəqiyyət qazanan iştirakçılar Azərbaycan Texnologiya Universiteti (UTECA) tərəfindən sertifikatla təmin ediləcəkdir.Layihəmizlə əlaqədar olaraq Azərbaycanda və Türkiyədə tanıtım fəaliyyətləri həyata keçiriləcək və posterlər paylaşılacaqdır. İştirakçılar elektron qaydada qeydiyyatdan keçəcək, təlimlərə link vasitəsilə qatılacaqlar.Layihəmizin əsas məqsədi “Bir millət, iki dövlət” prinsipinin davam etməsi üçün Türkiyə-Azərbaycan qardaşlığını daha da möhkəmləndirmək, bu istiqamətdə sosial məsuliyyəti dərk etmək, amalımız faydalı işlərə imza atmaqdır.Layihənin həyata keçirilməsində köməyi olan UTECA nümayəndələri Vuqar İsmayılova, Piri Axundova, Könül Qədimliyə, Etibarlı Məhsul Platformasının Prezidenti Cəlal Toprağa, Etibarlı Məhsul Platformasının Baş Katibi Elif Attepeyə və əməyi keçən hər kəsə təşəkkür edirəm. Təlim proqramımızın hərtərəfli uğurlu olacağına ümid edirəm.Qardaşlığa salam, Azərbaycana salam...”
Tuncay Baycan Etibarlı Məhsul
Platformasının Hazır Qida Komissiyası sədri
Müstəqilliyimizi 1991- ci il oktaybrında əldə etsək də, ölkədə ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Hakimiyyət böhranı davam edirdi, orduda da vəziyyət ağırlaşırdı, erməni təcavüzü günü-gündən artırdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. Vətənin belə ağır günündə xalqın ümüdü və pənahı Ümummilli Liderimiz Heydər Əliyev oldu. Ulu Öndərin dövlət rəhbərliyinə qayıdışı 15 iyun 1993- cü il tarixində onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başladı. Heydər Əliyev Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik etdi. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda ilk addımları da məhz o dövrə təsadüf etdi. Sözün həqiqi mənasında dünya siyasətçisi olan Heydər Əliyevin o zaman həyata keçirdiklərini başqa cür deyil, yalnız siyasi qəhrəmanlıq, vətəndaş hünəri adlandırmaq olar. Bu gün tam inamla söyləmk olar ki,əgər o vaxt ölkədə baş verən hadisələrə Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı , Azərbaycan adlı dövlətin varlığına çoxdan son qoyulmuşdu. Ulu Öndərin rəhbərliyi ilə ölkə qarşısında dayanan kəskin problemlərin nizama salınması ilə yanaşı , dövlət və cəmiyyət həyatının bütün sahələrində əsaslı islahatlar aparılmasına yönəldilən hazırlıq işləri həyata keçirildi. O dövrün ictimai- siyasi şəraiti nə qədər mürəkkəb olsa da, ümummilli liderimiz dövlət quruculğu prosesində əsasən prespektivi nəzərdə tutulan çətin hədəfləri müəyyən etdi. Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü idi. Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə bağlı pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası ondan sonrakı illərdə Ulu Öndərin layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyev tərəfindən geosiyasi şəraitdə, dünya iqtisadiyyatında baş verən kataklizimlər nəzərə alınmaqla yeni ideyalarla zənginləşdirilmişdir və böyük bacarıqla tətbiq edilmişdir. Ölkəmizin gələcəkdəki gücü və taleyi də milli birliyi, ideoloji təhlükəsizliyi, iqtisadi müstəqilliyi , siyasi suverenliyi qorumaq və bütün bunlara paralel olaraq dünyaya inteqirasiyanı davam etdirmək əzmində olan ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və peşəkarlığıyla sıx surətdə bağlıdır. Bir sözlə , keçdiyimiz qısa tarixi dövür sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və vaxtilə Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirləri Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə, ölkəmizin müasir dünyadakı yerinin və nüfuzunun güclənməsinə yönəlmişdir.
Namiq Muradov Azərbaycan Texnologiya
Universitetinin Qida mühəndisliyi fakültəsinin tələbəsi
“Güvenilir Ürün Platformu” tərəfindən təşkil olunan və indiyədək 7 min insanın iştirak etdiyi “Güvenli 2023 İstanbul” lahiyəsi Texnologiya Universiteti ilə yeni bir başlanğıca start verir. Lahiyə çərçivəsində qida ixtisası üzrə təhsil alan tələbələrlə yanaşı məhsul satışı və istehsalı ilə məşğul olan müəssisələrə də ödənişsiz təlimlər veriləcək. Ümumi gigiyena qaydalarına riayət olunmasından ərazilərin və iş sektorlarının izlənməsinə, qanunvericiliyin tələblərinə uyğun gündəlik iş planlamasının aparılmasımdan pandemiya dövründəki metodiki göstərişlərə qədər bir çox fərqli mövzuları iştirakçılara təqdim edən lahiyədə Türkiyənin professor və qida mühəndisləri ilə yanaşı Azərbaycan Texnologiya Universitetinin müəllimi, qida mühənisi Könül Qədimova da "Qida təhlükəsizliyi qanunları və Standartları" haqqında təlimlər verəcək. Qeydiyyat zamanı müvafiq təlimlərə aid butonu işarələyənlərə dərs linkləri göndəriləcəkdir. Layihə 23 iyun - 4 iyul tarixlərini əhatə edir. Qeydiyyat linki 21 iyuna qədər aktivdir: https://www.guvenilirurunplatformu.com/ Sertifikat almaq üçün✓ Özünüzə uyğun günü seçməli;✓ Bu kateqoriyaya aid 4 dərsdə iştirak etməli;✓ Onlayn sınağa girərək lazımı qədər bal toplamalısınız. Təlimlər aşağıdakı 4 modul başlığı ilə həyata keçiriləcək:1. PER1-İstehsal, hazır qida, pərakəndə istehsal, istehlakçı təhlükəsizliyi ilə TSE Covid-19 standartları2. HZ1-İstehsal zəncirində qida təhlükəsizliyi və izlənəbilənlik3. MV1-Məhsullarda standartlar və qanunvericilik4. TK1-Pandemiya dövründə markalanma və əlaqə4 dərsdə iştirak edən hər şəxsə onlayn sınaq linki mail ilə göndəriləcək. 20 sualdan ibarət sınaqdan 13 və daha artıq bal toplayanlar sertifikat əldə edə biləcəklər. Təlimlər Zoom proqramı üzərindən həyata keçiriləcək.
Dünya İqtisadi Forumunun bəyan etdiyi siyahıya əsasən (Top 10 skills of 2025) növbəti beş ildə insan davranış mədəniyyətində hansı kompetensiyalara yiyələnməlidir? Dözümlü və stresədavamlı, çevik uyğunlaşan insan davranış və vəziyyətinə nəzarət edir, gərgin hallarda emosional vəziyyətini tənzimləyir , habelə multifunksional düşünməyi və məsələlərə baxışını dəyişməyi bacarır. Bu kompetensiyaya malik olan insan təzyiqlərə və gərginliklərə davam gətirməyi bacarır və stres şəraitində minimal həyacanla işləmə qabiliyyətinə yiyələnir.
Azərbaycan Texnologiya Universiteti Aslan Məmməd oğlu Abbasovun vəfatı ilə bağlı ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı olan Aslan Abbasov 2016-cı ildə Azərbaycan Texnologiya Universitetinin Təlim-tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb. Allah rəhmət eləsin.