2021 - ci il 15 iyun tarixində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi”nin imzalanması hər iki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə inkişafında təminant verir. Bəyannamənin imzalanması eyni zamanda 13 noyabr 1921 - ci il tarixində 100 il öncə imzalanmış “Qars müqaviləsi”nə hər iki qardaş ölkənin sadiq qalmasını göstərir. “Şuşa Bəyannaməsi”ndə Türkiyə və Azərbaycanın birləşdirən Zəngəzur dəhlizinin, Naxçıvan-Qars dəmir yolunun açılması eyni zamanda hər iki qardaş ölkənin münasibətlərinin daha da möhkəmlənməsi vurğulanır. Azərbaycan Ermənistanın 30 il davam edən işğalçı siyasətinə son qoyulmasında, itirilmiş torpaqların azad edilməsində Türkiyənin mənəvi dəstəyini hər zaman yüksək qiymətləndirir. Bəyannamədə eyni zamanda qeyd olunurki, tərəflərdən hər hansı birinin ərazi bütövlüyünə üçüncü dövlət tərəfindən təhdid, hücum olarsa tərəflər bir - birinə hər cür maddi və mənəvi yardım göstərəcək. “Şuşa Bəyannaməsi”ndə eyni zamanda Ermənistanın Türkiyəyə qarşı əsassız iddiyaları və bölgədə sülhə, sabitliyə zərər verdiyi vurğulanır. Bəyannamədə beynəlxalq hüqunun prinsip və normalarına, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh - sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd olunur. Bəyannamədə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan Xalqının Ümumilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri xalqlarımızın milli, mənəvi sərvəti kimi dəyərləndirildiyinin xüsusi vurğulanması bir daha bütün dünyaya türkün gücünü göstərir. İnanırıq ki, tərəflər xarici siyasət sahəsində əlaqələri genişləndirəcək, beynəlxaq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirəcək. Eyni zamanda ümidvarıq ki, tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərinə uyğun yenidən formalaşdırlıması istiqamətində birgə səy göstərməyə davam edəcəklər, ermənistan işğalından azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyət göstərəcəklər. İnamla deyə bilərik ki, yaxın gələcəkdə birgə layihələrin yerinə yetirilməsi Müdafiə Sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcək. Düşünürük ki, kiber təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi nəticəsində birgə elmi tədqiqat işləri, mütəxəssis hazırlığı həyata keçiriləcək, hər iki qradaş ölkə perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı, faydalı inkişafı üçün səylərini artıracaqlar. Tərəflərin hər iki ölkənin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin artırılması məqsədi ilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirəcəklərinə inanırıq. Arzu edirik ki, qardaş ölkə ilə imzalanmış olan “Şuşa Bəyannaməsi” bütün sahələrdə olduğu kimi humanitar, sosial müdafiə, elm, təhsil, mədəniyyət sahələrində də inkişafa öz təsirini göstərsin. Yaşasın Azərbaycan - Türkiyə dostluğu, qardaşlığı.
Məmmədli Aysel Azərbaycan Texnologiya Universiteti
Tələbə Elmi Cəmiyyətinin Sədri
Azərbaycan Texnologiya Universitetində (UTECA) 2021/22-ci qəbul ili üçün ayrılan
PLAN YERLƏRİ və MÜSABİQƏ BALLARI:
I qrup
Şərabçılıq* 100 yer, müsabiqə balı 150
Qida mühəndisliyi 25 yer, müsabiqə balı 200
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi 30 yer, müsabiqə balı 200
Nəqliyyat mühəndisliyi* 60 yer, müsabiqə balı 200
Ekologiya mühəndisliyi* 50 yer, müsabiqə balı 150
Sənaye mühəndisliyi 15 yer, müsabiqə balı 200
Metallurgiya mühəndisliyi 15 yer, müsabiqə balı 200
Mühəndis fizikası 20 yer, müsabiqə balı 200
Proseslərin avtomatlaşdırılması mühəndisliyi 15 yer, müsabiqə balı 200
Radiotexnika və telekommunikasiya mühəndisliyi 40 yer, müsabiqə balı 200
İnformasiya texnologiyaları 30 yer, müsabiqə balı 200
Kompüter mühəndisliyi* 60 yer, müsabiqə balı 200
II qrup
Turizm bələdçiliyi 40 yer, müsabiqə balı 150
Turizm işinin təşkili* 90 yer, müsabiqə balı 150
Dövlət və bələdiyyə idarəetməsi 20 yer, müsabiqə balı 200
İqtisadiyyat* 40 yer, müsabiqə balı 200 Biznesin idarə edilməsi* 60 yer, müsabiqə balı 150
Marketinq* 50 yer, müsabiqə balı 150
Mühasibat 50 yer, müsabiqə balı 200
IV qrup
Ekologiya 60 yer, müsabiqə balı 150
V qrup
Dizayn* 80 yer, müsabiqə balı 60 + q.i.
*Müsabiqə rus dili ilə birgə aparılır
Azərbaycan Texnologiya Universitetinin Avtomatika, telekommunikasiya və informatika fakültəsinin Nizami Gəncəvinin 880 illiyi çərcivəsində təşkil etdiyi fənn olimpiadalarının qalibləri müəyyən olub. İnformatikadan Əli Tağızadə (Gəncə), riyaziyyatdan Tural İbrahimov (Yevlax) I yeri tutub. Fizika fənnindən isə birinciliyi eyni bal toplayan 3 şagird - Nərmin Əhməzadə (Gəncə), Nigar Abdullazadə (Gəncə) və Fatimə Əsgərova (Gəncə) qazanıb. İnformatika olimpiadası üzrə: 1.Tağızadə Əli Vüqar oğlu Gəncə, FRİTL liseyi, 9-cu sinif. 1-ci yer (38 bal) Riyaziyyat olimpiadası üzrə: 1.İbrahimov Tural Azər oğlu Yevlax, 5 saylı məktəb, 10-cu sinif. 1-ci yer (44 bal) 2.Məmmədov Rəsul Teymur oğlu Gəncə, 37 saylı məktəb, 11-cu sinif. 2-ci yer (36 bal) 3.Abdullayev Cavid Azər oğlu Gəncə, 43 saylı məktəb, 11-ci sinif, 2-ci yer (36 bal) 4.Kazımov Şahlar Bayram Gəncə, 16 saylı məktəb, 11-ci sinif. 3-ci yer (33 bal) Fizika olimpiadası üzrə: 1.Əhmədzadə Nərmin Əhməd oğlu Gəncə, 27 saylı məktəb, 11 ci sinif. 1-ci yer (30 bal) 2.Abdullazadə Nigar Qabil oğlu Gəncə, 27 saylı məktəb, 11 ci sinif. 1-ci yer (30 bal) 3.Ədgərova Fatimə Rövşən oğlu Gəncə, 16 saylı məktəb, 11 ci sinif. 1-ci yer (30 bal) 4.Cəfərli Sevinc Ülfət oğlu Gəncə, 9 saylı məktəb, 11 ci sinif. 2-ci yer (29 bal) 5.Katibli Aydan Vasif oğlu Gəncə, 27 saylı məktəb, 11 ci sinif. 3-ci yer (28 bal)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC "Azcloud ScaleUp" proqramına start verir. Proqramın məqsədi ölkədə əlverişli rəqəmsal ekosistemin inkişafına töhfə verərək yeni ideyaların yaradılması, innovativ sahibkarlığın təşviqidir. Azərbaycanda potensialı olan startaplara bizneslərini etibarlı və davamlı şəkildə böyütməyə, biznes cəmiyyəti və sifarişçilərlə ünsiyyət qurmağa yönələn “Azcloud ScaleUp” əsasən yeddi prioritet sahə – aqrar, təhsil, tibb, “ağıllı ölkə”, ekologiya, oyun və onlayn ticarət üzrə layihələrə dəstək göstərəcək.“Azcloud ScaleUP” proqramına startaplarla yanaşı, tərəfdaş olmaq istəyən təşkilatlar və şirkətlər də müraciət edə biləcək.
150 və daha artıq bal toplayan abituriyentlər (I qrup) müsabiqə zamanı Azərbaycan Texnologiya Universitetinin (UTECA) şərabçılıq ixtisasını ödənişsiz əsaslarla seçə bilərlər. Digər ixtisaslarımız üzrə dövlət sifarişli yerləri isə 200 bal və daha yuxarı göstəriciləri olan abituriyentlər (I, II, IV qruplar) seçə bilərlər.
I qrup
Şərabçılıq* 100 yer, müsabiqə balı 150 (1550 AZN)
Qida mühəndisliyi 25 yer, müsabiqə balı 200 (əyani 1250 AZN, qiyabi 1200 AZN)
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi 30 yer, müsabiqə balı 200 (1450 AZN)
Nəqliyyat mühəndisliyi* 60 yer, müsabiqə balı 200 (1450 AZN)
Ekologiya mühəndisliyi* 50 yer, müsabiqə balı 150 (1550 AZN)
Sənaye mühəndisliyi 15 yer, müsabiqə balı 200 (1250 AZN)
Metallurgiya mühəndisliyi 15 yer, müsabiqə balı 200 (1250 AZN)
Mühəndis fizikası 20 yer, müsabiqə balı 200 (1250 AZN)
Proseslərin avtomatlaşdırılması mühəndisliyi 15 yer, müsabiqə balı 200 (1450 AZN)
Radiotexnika və telekommunikasiya mühəndisliyi 40 yer, müsabiqə balı 200 (əyani 1450AZN,qiyabi 1350 AZN)
İnformasiya texnologiyaları 30 yer, müsabiqə balı 200 (1450 AZN)
Kompüter mühəndisliyi* 60 yer, müsabiqə balı 200 (1550 AZN)
II qrup
Turizm bələdçiliyi 40 yer, müsabiqə balı 150 (əyani 1550 AZN, qiyabi 1450 AZN)
Turizm işinin təşkili* 90 yer, müsabiqə balı 150 (1650 AZN)
Dövlət və bələdiyyə idarəetməsi 20 yer, müsabiqə balı 200 (1450 AZN)
İqtisadiyyat* 40 yer, müsabiqə balı 200 (əyani 1450 AZN, qiyabi 1350 AZN)
Biznesin idarə edilməsi* 60 yer, müsabiqə balı 150 (1550 AZN)
Marketinq* 50 yer, müsabiqə balı 150 (əyani 1550 AZN, qiyabi 1450 AZN)
Mühasibat 50 yer, müsabiqə balı 200 (əyani 1550 AZN, qiyabi 1450 AZN)
IV qrup
Ekologiya 60 yer, müsabiqə balı 150 (əyani 1450 AZN, qiyabi 1350 AZN)
V qrup
Dizayn* 80 yer, müsabiqə balı 60 + q.i. (1650 AZN)
*Müsabiqə rus dili ilə birgə aparılır
Ödənişli əsaslarla olan yerlərin illiktəhsilhaqları mörtərizədə göstərilib.
Azərbaycan Texnologiya Universitetində (UTECA) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş vebinar keçirilib. Universitetin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə baş tutan onlayn görüşdə xalqımızın tarixinə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günündən, həmin günü Azərbaycan xalqına bəxş edən ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərindən söhbət açılıb. Universitetin tədris işləri üzrə prorektoru Vüqar ismayılov görüş iştirakçılarını salamlayaraq Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov adından səmimi təbriklərini çatdırıb.Bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür: “Çünki həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü göstərir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır”. Digər çıxışlarda vurğulanıb ki, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Qeyd edilib ki, bu il Milli Qurtuluş Günü fərqli atmosferdə qeyd edilir. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Heydər Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərini təşkil edib. Heydər Əliyev siyasəti ötən 17 il ərzində Prezident İlham Əliyev tərəfindən bütün sferalarda yeni dövrün çağırışlarına uyğun davam etdirilub, hər sahədə böyük uğurlar qazanılıb. Bunun bariz nümunəsi ötən il keçdiyimiz Qəıəbə, Zəfər yoludur. Prezident İlham Əliyev Ötən il Ulu Öndərin daha bir vəsiyyətinin həyata keçdi və əzəli torpağımız olan Qarabağın 44 günlük müharibə nəticəsində düşmən tapdağından azadlığına nail oldu. Bununla xalqımızın 30 illik torpaq həsrətinə son qoyan, tarixi ədaləti bərpa edən Müzəffər Ali Baş Komandanımızın necə güclü diplomat və sərkərdə olduğunu bütün dünya bir daha əyani şəkildə gördü. Bu gün Ulu Öndərin siyasətini layiqincə davam etdirən ölkə Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan daha böyük uğurlara imza atır. Ümummilli liderin ideyaları yaşayır və dahi şəxsiyyətin gələcək nəsillərə miras qoyduğu Azərbaycan güclü dövlət kimi öz sözünü deməyi bacarır.