18.04.2022 tarixdə rektorun elm və beynəlxalq əlaqələr üzrə müşaviri Mayis Gülalıyev İqtisadiyyat və İdarəetmə və Yüngül Sənaye və Logistika fakültələrinin elmi işlər üzrə dekan müavinləri, fakültə TEC sədrləri, fakültədə fəaliyyət göstərən dərnəklərin rəhbərləri və hər iki fakültənin TEC üzvləri olan tələbələrlə görüşüb.Gündəlik məsələlərin müzakirə olunduğu görüşdə hər iki fakültə TEC sədrlərinin fəaliyyətlərinə dair məlumatlar dinlənilib. Magistr, eləcə də MBA tələbələrinin elmi fəaliyyətləri müzakirə olunub, onlara tövsiyələr verilib.Görüşdə tələbə elmi seminarlarının davamlı olması, tələbə elmi konfranslarının mütəmadi keçirilməsi, yaxın günlərdə təşkil ediləcək tezis və məqalələrin yazılmasına dair təlimlərdə tələbələrin aktiv iştirak etmələri məsləhət görülüb.Sonda TEC sədri Aysel Məmmədli universitet üzrə keçirilən tələbə elmi seminarları, dərnəklərin keçirdiyi görüşlər, fakültələrdə təşkil olunan tələbə elmi seminarları barədə hesabatla çıxış edib.