Azərbaycan Texnologiya Universitetində (UTECA) 5-6 may tarixlərində keçirilmiş, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunan “Tekstil və yüngül sənayedə dizayn, texnologiya və innovasiya” adlı beynəlxalq konfransın iştirakçılarına sertifikatlar verilib. Rektor professor Akif Süleymanov təltif olunma tədbirində bildirib ki, konfransda ən maraqlı tezislə çıxış edən hər bölmə üzrə üç məruzəçi sertifikata layiq görülüb. Rektor tədqiqatçıları uğurları münasibətilə təbrik edərək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzu edib. Daha sonra sertifikatlar sahiblərinə təqdim edilib. Xatırladaq ki, 12 ölkənin elm adamlarının iştirak etdiyi beynəlxalq konfransın panel bölmələri 8 istiqamət üzrə təşkil edilib. Konfransın məcmuələr toplusuna 30-dan çoxu xarici ölkələrdən olan 150-dən artıq tezis daxil edilib.