Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov Rumıniyanın İaşi şəhərinə səfər çərçivəsində hazırda Erasmus+ proqramı üzrə İaşi Texniki Universitetində təhsil alan ATU-nun Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dizayn ixtisası üzrə 2-ci kurs tələbəsi Hüseyn Baxışov ilə görüşüb.
Görüşdə Yaşar Ömərov mübadilə ilə bağlı tələbənin təəssüratlarını dinləyib, ona təhsilində müvəffəqiyyətlər arzulayıb, bu kimi proqramlarda iştirakın əhəmiyyətindən danışaraq beynəlxalq mübadilə proqramlarının gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə yiyələnməsində vacib rol oynadığını və əldə edilən bilik və bacarıqların ölkəmizin inkişafı üçün zəruri olduğunu vurğulayıb.
Görüş zamanı səfərdə olan strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə rektor müşaviri Mehman Kərimov özünün xaricdə təhsil təcrübəsini bölüşərək tələbəyə uğurlar arzulayıb.