Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə Raqif Tofiq oğlu Hüseynov Azərbaycan Texnologiya Universitinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.Bu gün Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos.Yaşar Ömərov yeni təyinatla bağlı nazirliyin əmrini kollektivin diqqətinə çatdıraraq prorektoru kollektivə təqdim edib.Qeyd edək ki, R.Hüseynov 2022-ci ilin avqustundan Azərbaycan Texnologiya Universitetinin Tədris şöbəsinin müdiri vəzifəsində çalışıb. Ona qədər isə Gəncə şəhər Statistika İdarəsində aparıcı-iqtisadçı, Xəzər Təhsil Mərkəzində direktor, ADAU və ATU-da assistent, Tomori Pal Universitetində (Macarıstan) müəllim vəzifələrində çalışıb.Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İqtisadiyyat fakültəsi məzunu olan Raqif Hüseynov 2016-2020-ci illərdə Hökümətlərarası Təqaüd Proqramları çərçivəsində Sent İstvan Univeristetində (Macarıstan) doktorantura təhsili alaraq fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
Universitetin rektoru vəzifəsini icra edən dos. Yaşar Ömərov kollektivi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edərək duaların qəbul olmasını diləyib, xalqımıza firavanlıq, dünyaya sülh və əmin-amanlıq arzulayıb.Mərasimdə iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin Qərb regionu üzrə nümayəndəsi Hacı Tahir və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov da çıxış edərək Ramazanın cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirdiyini dilə gətiriblər.İftar süfrəsində dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbətlər açılıb.
Azərbaycan Texnologiya Universitetində ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş stolüstü tennis, dama, şahmat və voleybol üzrə birincilik oyunları keçiriləcək. 26 aprel, 2023-cü il tarixində start götürəcək yarışlar Azərbaycan Texnologiya Universitetinin əməkdaşları və tələbələri arasında baş tutacaq. Oyunlar universitetin idman zalında əvvəlcə əməkdaşlar, daha sonra tələbələr arasında keçiriləcək.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təqdimat mərasimində Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Şahmar Həsənov, layihə rəhbəri Elnarə Abbasova, şəhid anaları Nailə Ələkbərova, Sevil Hüseynova və respublikanın müxtəlif bölgələrindən şəhid ailələri, universitetin tələbə və müəllim kollektivi iştirak edib. Görüş çərçivəsində layihə əsasında ərsəyə gəlmiş "Ana laylasıyla çağırdı Vətən" adlı sənədli film nümayiş etdirilib. Filmdə şəhid Rəşad Ələkbərov və Zaur ismayılzadənin həyatından və keçdiyi döyüş yolundan bəhs edilir. "Vətən sizə övlad dedi" layihəsinin məqsədi müharibə iştirakçılarına psixoloji dəstək göstərmək, Vətən uğrunda canından keçən şəhidləri bir daha tanıtmaq və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət etməkdən ibarətdir.
Azərbaycan Respublikası Elm və Təhsil NazirliyiAzərbaycan Texnologiya UniversitetiAşağıdakı elm sahələri üzrə2023-cü il üçün fəlsəfə doktoru proqramı üzrədoktorantura və dissertanturaya qəbul elan edir Azərbaycan Texnologiya Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarixli 261s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planlarına əsasən 2023-cü il üçün aşağıdakı ixtisaslardan fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir:
1. 3304.01 - Kompüter qurğuları və texnologiyası – doktorantura əyani - 1 yer, dissertantura* - 1 yer; 2. 3308.01 - Ətraf mühitin texnologiyası və mühəndisliyi - doktorantura əyani - 1 yer, dissertantura* - MDU üçün məqsədli 1 yer;
3. 3309.01 - Qida məhsullarının texnologiyası - doktorantura əyani - 1 yer;
4. 3316.01 - Metal məhsulları texnologiyası - dissertantura - 1 yer;
5. 3337.01 - İnformasiya-ölçmə və idarəetmə sistemləri - doktorantura əyani - 1 yer;
6. 3338.01 - Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi - dissertantura* - 1 yer;
7. 3339.01 - İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi - dissertantura* - 1 yer;
8. 5304.01 - İqtisadi fəaliyyət növləri - dissertantura* – 1 yer;
9. 5308.01 - Ümumi iqtisadiyyat - doktorantura əyani – 1 yer, dissertantura* - 1 yer;
10. 5311.01 - Müəssisələrin təşkili və idarəolunması - doktorantura qiyabi - 2 yer;
11. 5312.01 - Sahə iqtisadiyyatı - doktorantura qiyabi - 1 yer, dissertantura* – 1 yer
*Dissertant hazırlığı üzrə adambaşına maliyyələşmə nəzərdə tutulmadığı üçün dissertanturada hazırlıq ali təhsil müəssisələrinin öz əməkdaşları üçün həmin müəssisənin hesabına, digər şəxslər üçün isə ödənişli olacaq. Sənəd qəbulu 12 aprel 2023-cü il tarixindən 16 may 2023-cü il tarixədək portal.edu.az vasitəsi ilə keçiriləcəkdir .
Əlaqə Tel.: 022-267-03-91 (Magistratura və Doktorantura şöbəsi).