Təşkil olunmuş görüşdə DMO mütəxəssisi Fərid Nəbiyev, Regionlarda layihələrin idarə olunması üzrə mütəxəssis Ziba Həsənova, Turizm könüllüləri təşkilatının icraçı direktoru Salayeva Ramina iştirak ediblər. Görüşdə tələbələrə bildirilib ki, görüşün keçirilməsində məqsəd bu istiqamətdə ali təhsil müəssisələri ilə əməkdaşlıq yaradaraq, milli və beynəlxalq səviyyədə turizm sahəsi üzrə könüllü iştirakçılığın önəmini təbliğ etməkdir. Təşkilatın təsis olunma məqsədi, fəaliyyət istiqamətləri və gələcək fəaliyyət planı barədə məlumat verilib. Diskussiya şəraitində baş tutan tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb. Könüllülük fəaliyyətinə marağı olan tələbələrin üzvlük üçün müraciət etmələri bildirilib.
Sənəd bu gün Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən dos. Yaşar Ömərovla Azərbaycan Texniki Universitetinin rektoru prof. Vilayət Vəliyev tərəfindən imzalanıb.Memorandumda müəllim, doktorant və dissertantların, magistr və bakalavr tələbələrinin akademik, eləcə də qabaqcıl tədris metodlarının tətbiqi və inkişaf etdirilməsi üzrə təcrübə mübadiləsi, birgə elmi-tədris layihələrin (proqramların) işlənib hazırlanması və həyata keçirilməsi, professor-müəllim heyətinin qarşılıqlı ixtisasartırmasının təşkili, aktual istiqamətlər üzrə birgə elmi-tədqiqatların aparılması, təhsil-innovativ (elmi) konsorsiumların təşkili kimi bir sıra bəndlər öz əksini tapır.
Sərgidə universitet kafedralarının elmi və texniki yaradıcılıq fəaliyyətinin məhsulları, fundamental və tətbiqi tədqiqatlar, o cümlədən texnoloji yeniliklər və innovasiyalar nümayiş etdirilib.Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən dos. Yaşar Ömərovla Azərbaycan Texniki Universitetinin rektoru prof. Vilayət Vəliyev sərgiyə baxış keçirib.Sərgidə tələbələrin yaradıcılıq fəaliyyətinin məhsulları da yer alıb.Sərginin keçirilməsində məqsəd elmi-texniki və tətbiqi yaradıcılığı, gənclərin biznes ideyalarını dəstəkləmək və inkişaf etdirməkdən, eləcə də universitetdə startap hərəkatının genişləndirilməsindən ibarətdir.
Azərbaycan Texnologiya Universitetində elmi-tədqiqat sahəsində son bir ildə artım dinamikası müşahidə edilib. Əhəmiyyətli dərəcədə irəliləyiş elmi-tədqiqat fəaliyyətinin statistik göstəricilərində öz əksini tapır.Belə ki, son 6 ayda professor-müəllim heyətinin 85%-dən çoxunun Google Scholar platformasında kabineti yaradılıb. Qeyd edək ki, 2020-ci ildə belə kabinetlərin sayı cəmi 3, 2021-ci ildə isə 10 olub.SCOPUS və Clarivate Analytics bazalarına daxil olan nüfuzlu elmi jurnallarda dərc edilən məqalələrin sayı 2020-ci illə müqayisədə 5 dəfə, 2021-ci illə müqayisədə isə 2.5 dəfə artıb.Belə məqalələrin sayı 2020-ci ildə 3, 2021-ci ildə 6, 2022-ci ildə isə 15 olub.Artan dinamika respublika elmi jurnallarında da özünü göstərib. Belə ki, respublika elmi jurnallarında 2020-ci ildə 92, 2021-ci ildə 77 məqalə dərc edildiyi halda, 2022-ci ildə 138 məqalə işıq üzü görüb.ATU əməkdaşları tərəfindən alınan patentlərin sayına gəlincə göstərici 2022-ci ildə 14 olub. Müqayisə üçün, 2020 və 2021-ci illərdə əldə edilən patent sayı 7 və 3 olub.Nailiyyətlər ATU-nun elmi-tədqiqat fəaliyyətində yeni dövrə qədəm qoyması ilə bağlıdır. Belə ki, kafedralarda aparılan GZİT analizi, keçirilən görüşlər, mükafatlandırma kimi stimullaşdırıcı tədbirlər, mövzulara yenidən baxılaraq kafedralararası əlaqələrinin təmin edilməsi və sənaye müəssisələrinin tələblərinə uyğunlaşdırılması müsbət nəticəsini verib.Müvafiq dövlət proqramlarının tələbləri əsas götürülərək kafedralar qarşısında qoyulan tələblər və son altı ayda 10 sənaye müəssisəsi ilə imzalanan əməkdaşlıq memorandumu Azərbaycan Texnologiya Universitetinin elmi-tədqiqat sahəsində daha çox nailiyyətlərə imza atacağından xəbər verir.
Eldarın atası, anası, qardaşı, həyat yoldaşı və azyaşlı qızı universitet rəhbərliyi ilə birgə adının həkk edildiyi Şəhidlər abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək ruhuna dualar oxuyublar.Ziyarət zamanı Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru vəzifəsini müvəqqəti icra edən dos. Yaşar Ömərov şəhidin atası Müşfiq Həsənliyə belə bir vətənpərvər övlad yetişdirdiyi üçün minnətdarlıq ifadə edib, ATU-nun Eldar və onun simasında digər şəhid məzun və tələbələri ilə daim fəxr etdiyini dilə gətirib.Ziyarət çərçivəsində ailə müəllimləri ilə birgə Eldarın vaxtilə dərs keçdiyi auditoriyaları gəzib, şəhidin əziz xatirəsi tələbələrlə birlikdə yad edilib.Qeyd edək ki, Eldar Həsənli Azərbaycan Texnologiya Universitetinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə 2019-cu il məzunudur. O, 2021-ci il 14 avqust tarixində Kəlbəcər rayonunun Yanşaq kəndi ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.Allah rəhmət eləsin.
Təhsilin İnkişafı Fondu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təhsilin İnkişafında İnnovativ Metodlar” müsabiqəsini elan edir.Müsabiqədə bakalavr və magistr tələbələri iştirak edə bilərlər.Ətraflı linkdə: bit.ly/3Ui9Luc