Azərbaycan Texnologiya Universitetində (ATU) Gənclər Günü münasibətilə fəal tələbələrlə görüş keçirilib.
Görüş zamanı ATU-nun rektoru Yaşar Ömərov Azərbaycanda uğurlu gənclər siyasətinin əsasının 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bu missiyanı uğurla davam etdirdiyini bildirib. Qeyd edib ki, ölkəmizdə aparılan gənclər siyasətinin ən böyük uğurlarından biri gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasıdır. Rektor gəncləri 2 Fevral Gənclər Günü münasibətilə bir daha təbrik edib, onlara nailiyyətlər və yeni-yeni uğurlar arzulayıb.
Sonra yüksək akademik göstəricilərinə görə, COP29-da, o cümlədən universitetin sosial ictimai həyatında fəal iştirakına görə, universitetin idman nailiyyətlərində aktivliyinə görə bir qrup tələbə və qazi 2 Fevral Gənclər Günü münasibəti ilə təşəkkürnamə ilə təltif edilib.