Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin könüllülərindən ibarət İki komanda Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən keçirilən “Rəqəmsal” mövzulu Qrant Müsabiqəsinin qalibi olublar.
Vizionary AI komandasının layihə rəhbəri Həsənova Məlahət, dizayneri isə İsmayılova Sədaqətdir.Visionary AI layihəsinin məqsədi insanlara, xüsusilə gənclərə süni intellektin gücünü və imkanlarını öyrətmək və onlara AI texnologiyalarından effektiv şəkildə istifadə etmə bacarığı qazandırmaqdır.
GuideBot komandasının layihə rəhbəri Anar Məmmədov, koordinatoru isə Bağışzadə Hüseynağadır. Layihənin məqsədi -Süni intellekt vasitəsilə avatar yaradaraq, texnologiyanın keçmişini anlaşıqlı və əyləncəli video məzmunu şəklində insanlara çatdırmaq.
Azərbaycan Texnologiya Universiteti İnnovasiya mərkəzi olaraq tələbələrimizi təbrik edir və onlara növbəti uğurlu layihələr arzulayırıq!
Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) məqsədlərinə xidmət edir. Gənclərin süni intellekt sahəsində bilik və bacarıqlarının artırılması innovativ düşüncəni təşviq edir. Layihələr texnologiyanın cəmiyyətə inteqrasiyasını sürətləndirir. Bu isə gələcək rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verir.