Azərbaycan Texnologiya Universitetində (ATU) Tələbə Gənclər Təşkilatının Mentor Klubu çərçivəsində növbəti maarifləndirici görüş baş tutub.

Təlimi universitetin İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev aparıb. O, innovasiya və sahibkarlıq sahəsindəki təcrübəsinə əsaslanaraq iştirakçılarla uğur düşüncəsinin formalaşdırılması barədə fikirlərini bölüşüb.

“Düşüncəni necə uğura çevirmək olar? Və əsl uğur nədir?” mövzusunda keçirilən təlimdə ideyaların reallaşdırılması, məqsədyönlü düşüncə və davamlı inkişafın önəmi geniş şəkildə izah olunub. Təlimçi uğurun yalnız nəticə deyil, eyni zamanda proses və yanaşma olduğunu vurğulayıb, şəxsi inkişaf üçün praktik istiqamətlər təqdim edib.

Görüş interaktiv müzakirələrlə davam edib, iştirakçılar öz baxışlarını bölüşərək fərqli yanaşmalarla tanış olublar və motivasiyaedici mühitdə yeni biliklər əldə ediblər.