Azərbaycan Texnologiya Universitetində (ATU) “AZGRANATA” şirkətinin əməliyyat direktoru Yusif Ləzgiyevin şərabçılıq ixtisası üzrə təhsil alan tələbələr üçün “Azərbaycan şərabçılığının tarixi, bugünü və sabahı” mövzusunda ustad dərsi keçiririb.

Qida mühəndisliyi fakültəsinin “AZGRANATA” mühazirə auditoriyasında baş tutan seminarda mütəxəssis tələbələrə  Azərbaycanın şərabçılıq ənənələrinin tarixi kökləri, müasir şərab istehsalı texnologiyaları və sənaye təcrübəsi, gələcəkdə şərabçılıq sahəsində inkişaf perspektivləri və s. barədə məlumat verib, öz təcrübəsini bölüşüb.