Azərbaycan Texnologiya Universitetinin (ATU) tərəfdaş olduğu, Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatorluğu ilə həyata keçirilən “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsi çərçivəsində menecment görüşü baş tutub.
Görüşdə ATU-nu tədris işləri üzrə prorektor, REFRESH layihəsi üzrə menecer Raqif Hüseynov təmsil edib.
Görüş zamanı REFRESH layihəsinin keyfiyyət planı, icra olunan və planlaşdırılan işlər, layihənin təbliğat planı və noyabr ayında Bakıda təşkil olunacaq COP29 tədbirində layihə tərəfdaşlarının iştirak imkanları müzakirə olunub.
Görüş çərçivəsində təmsilçilər İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransında iştirak ediblər. Konfransın bölmələrindən biri REFRESH layihəsinə həsr olunub.