Azərbaycan Texnologiya Universitetində (ATU) 2024-cü il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya ixtisasdan qəbul imtahanı keçirilib.
İmtahan “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”na uyğun həyata keçirilib. İxtisas imtahanında Azərbaycan Texnologiya Universitetinə sənəd təqdim etmiş, xarici dil imtahanından keçid balını toplamış, fəlsəfə imtahanından məqbul qiymət almış əyani və qiyabi doktoranturaya namizəd olanlar iştirak ediblər. İmtahan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan cədvələ əsasən 11 sentyabr tarixində reallaşıb.
Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i. e. dos. Yaşar Ömərovun sədrliyi ilə təşkil olunmuş komissiyalarda 4 ixtisas üzrə imtahan keçirilib.
Fəlsəfə doktoru proqramı üzrə 4 yerə qarşı 6 namizəd iştirak edib.
Həmin fəlsəfə doktoru proqramı üzrə dissertanturaya sənəd təqdim etmiş və xarici dil imtahanından keçid balını toplayan 4 namizəd isə ixtisas fənnindən müsahibədə iştirak edərək 2 yer uğrunda mübarizə aparıb.
İmtahanın nəticələri həmin gün namizədlərə elan olunub.