Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbə könüllüləri Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncəçay çayı ərazisində ekoloji aksiya keçiriblər.
Aksiya zamanı ATU könüllüləri çay yatağını məişət tullantılarından təmizləyiblər.
Ekoloji aksiya "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunub.