Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Azərbaycan Texnologiya Universiteti tələbələri ilə görüşü keçirilib.

Görüş zamanı sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov tədbirin maarifləndirici xarakter daşıdığını, verilən məlumatların həm istehlakçı hüquqlarının qorunması, həm də əmək bazarına hazırlıq baxımından tələbələr üçün əhəmiyyətli olacağını bildirərək sözü Dövlət Xidmətinin 12 saylı regional bölməsinin rəhbəri Təbriz Axundova verib. T.Axundov istehlakçıların əsas hüquqları, bu hüquqların müdafiəsi mexanizmləri, istehlak bazarına nəzarət sahəsində fəaliyyətin təşkili, o cümlədən qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib.

Daha sonra Dövlət Xidmətinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev tələbələr qarşısında “Keyfiyyət infrastrukturu sahəsinin iqtisadi inkişafda rolu” başlıqlı məruzə ilə çıxış edib.

Sonda xidmət rəsmiləri tələbələri maraqlandıran sualları cavablandırıblar.