18.02.2025-ci il tarixdə Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə PashaPay MMC ilə Region universitetlərinin Karyera Mərkəzlərinin nümayəndələri ilə regional layihələrin müzakirəsi ilə bağlı online görüş keçirilib.
Görüşdə PashaPay şirkətinin nümayəndələri tərəfindən öz fəaliyyət istiqamətləri, nəzərdə tutulan layihələr haqqında məlumat verildi. Layihə, region tələbələrinin fəallığının artırılması, sərt və yumşaq bacarıqlarının inkişaf etdirilməsi, gələcək karyeralarında əmək bazarına inteqrasiya olunmaları istiqamətində dəstək olmaq məqsədi daşıyır.
Bu layihələr həm də Təhsil tələbə kreditindən yararlanmış tələbələrin gələcəkdə işlə təmin olunmalarına dəstək məqsədi daşıyır.
Sonda layihənin həyata keçirilməsi üçün tələbələrə uyğun olan vaxt müəyyən edildi.
Bu fəaliyyət SDG 8 (Layiqli iş və iqtisadi artım) və SDG 4 (Keyfiyyətli təhsil) məqsədlərinə uyğun olaraq tələbələrin məşğulluq imkanlarının artırılmasına və bacarıqlarının inkişafına xidmət edir. Layihə əmək bazarına inteqrasiyanı asanlaşdırır. Bu isə gənclərin iqtisadi fəallığını artırır.