Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsində 4-cü kursların istehsalat təcrübəsinin başlanması ilə əlaqədar Ekologiya və Ekologiya mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrlə görüş keçirilib.
Görüşdə fakültə dekanı dos. Mehman İsmayılov və Təcrübə-karyera üzrə mütəxəssis Vüsal Bayramov tərəfindən təcrübənin təşkili qaydaları, təcrübə müddətində görüləcək işlər, təcrübənin davam etmə müddəti, həftəlik iş saatı və digər məsələlər tələbələrin diqqətinə çatdırılıb.
Sonda təcrübə gündəlikləri tələbələrə təhvil verilib.
Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil) və SDG 13 (İqlim dəyişikliyi ilə mübarizə) məqsədlərinə uyğun olaraq tələbələrin ekoloji biliklərini praktikada tətbiq etməsinə imkan yaradır. Təcrübə proqramları gələcək mütəxəssislərin ətraf mühitin qorunmasına yönəlmiş fəaliyyətlərə hazırlanmasına xidmət edir. Bu isə dayanıqlı inkişafın təmin edilməsinə töhfə verir.