Vətənpərvər gənclərin yetişdirilməsi və gənclərin təşkilatlanması Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov universitetin Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, eləcə də I və II kurs tələbələrilə görüşüb. Onlayn təşkil edən görüş “Vətənpərvər gənclərin yetişdirilməsi və gənclərin təşkilatlanması” mövzusuna həsr edilib. Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan rektor, professor Akif Süleymanov 44 günlük Vətən müharibəsində əldə edilən qələbədə gənclərin rolundan danışıb. Rektor gənclərin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək bu prinsipin bütün sferalarda olduğu kimi ali təhsil ocaqlarında da əsas götürüldüyünü qeyd edib. Hər gəncdə bir istedadın varlığını, sadəcə bunu uyğun zamanda və uyğun məkanda üzə çıxarmağın lazım olduğunu deyən rektor bildirib ki, bu gün təşkil olunan görüşün məqsədi də məhz budur - fəal və istedadlı tələbələri üzə çıxarmaq. Daha sonra UTECA TGT-nin sədri Nicat Nağıyev çıxış edib. O, təşkilatın gördüyü işlərdən, qatıldığı tədbirlərdən, gələcək pılanlardan danışıb. Tədbirdə iştirak edən Gəncə şəhər Gənclər evinin direktoru Amil Qurbanov şəhər gənclərinin fəaliyyətinə toxunub. Bildirb ki, son illər Gəncə şəhəri bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir və bu tədbirlərdə əsasən də universitet tələbələri aktiv iştirak edirlər. Sosial layihələrə, marafonlara, flaşmoblara gənclər həvəslə qatılırlar. Amil Qurbanov I kurs tələbələrini belə tədbirdə fəal olmağa çağırıb. Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri və bəddi rəhbəri Ruxsarə Mirzəyeva isə çıxışında yeni tələbələrin aktivliyindən, onlarla birgə əməkdaşlıqdan və perspektivlərdən danışıb. Sonda görüş garşılıqlı diskusiya şəklində davam edib, gənclərin təklifləri dinlənilib.     616 dəfə oxunub