Azərbaycan Texnologiya Universitetində (UTECA) 2 noyabr tarixindən 2020/21 - ci tədris ilinin dərsləri başlayır. Dərslər onlayn qaydada, Microsoft Teams platforması vasitəsilə həyata keçiriləcək. Rektor, professor Akif Süleymanov UTECA tələbələrinə təhsildə zehin açıqlığı və müvəffəqiyyətlər arzulayır.
Azərbaycan Texnologiya Universitetində (UTECA) 2 noyabr tarixindən 2020/21 - ci tədris ilinin dərsləri başlayır. Dərslər onlayn qaydada, Microsoft Teams platforması vasitəsilə həyata keçiriləcək. Rektor, professor Akif Süleymanov UTECA tələbələrinə təhsildə zehin açıqlığı və müvəffəqiyyətlər arzulayır.
Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdi, Qurbantəpə, Şahvələdi, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vencəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Müzəffər Azərbaycan ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhnədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!
Tələbə adını qazanan bütün abituriyentləri təbrik edirik! Qeydiyyat 25 sentyabr – 7 oktyabr tarixlərində ONLAYN qaydada həyata keçiriləcək. Qeydiyyat üçün aşağıdakı sənədlərin skan edilmiş və ya foto şəkil formasını ixtisaslar üzrə göstərilən mail və ya whatsapp nömrələrindən birinə göndərmək lazımdır.
➤ Attestat (və ya diplom, bu il məzun olan subbakalavrlar üçün arayış)
➤ DİM saytındakı şəxsi səhifədən çıxarış
➤ Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli tələbələr üçün)
➤ Ödənişdən azad edən sənəd (məcburi köçkün, şəhid ailəsindən olan və ya digər imtiyazlı tələbələr üçün)
➤ Şəxsiyyət vəsiqəsiAşağıdakı İXTİSASLAR üçün e-mail: [email protected] 051-311-28-34
✓ Dizayn
✓ Metallurgiya mühəndisliyi
✓ Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
✓ Nəqliyyat mühəndisliyi
✓ Sənaye mühəndisliyi
✓ Kimya mühəndisliyi
Aşağıdakı İXTİSASLAR üçün e-mail: [email protected] 051-311-28-37
✓ Ekologiya
✓ Qida mühəndisliyi
✓ Şərabçılıq
✓ Turizm bələdçiliyi
✓ Turizm işinin təskili
Aşağıdakı İXTİSASLAR üçün e-mail: [email protected] 051-311-28-36
✓ Marketinq
✓ İqtisadiyyat
✓ Biznesin idarəedilmesi
✓ Mühasibat Aşağıdakı
İXTİSASLAR üçün e-mail: [email protected] 051-311-28-35
✓ Dövlət ve bələdiyyə idarəetməsi
✓ Mühəndis fizikası
✓ Proseslerin avtomatlaşdırılması mühəndisliyi
✓ İnformasiya texnologiyaları,
✓ Radiotexnika ve telekommunikasiya mühəndisliyi
✓ Kompyuter mühəndisliyi
QEYDLƏR: Sənədlərin şəkli səliqəli çəkilməli və oxunan olmalıdır; Qeydiyyatın operativ həyata keçirilməsi üçün sənədləri təqdim edərkən yuxarıda göstərilən kommunikasiya vasitəsilərindən yalnız birilə əlaqə qurmaq məsləhət görülür; Təhsil haqqının 50%-nin ödənilməsi şərtdir. Ödəniş Kapital Bankın ödəmə terminalları vasitəsilə, Azərbaycan Texnologiya Universiteti bölməsini seçməklə həyata keçirilir; Məcburi köçkün, şəhid ailəsi üzvü statusu olan tələbələrlə yanaşı 18 yaşına qədər hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya onlara bərabər tutulan (bir valideynini itirmiş, digər valideyni I və ya II qrup əlil olan) 23 yaşınadək tələbələr də təhsil haqqından azaddırlar;
Diqqət! Dərslər başlayan zaman tələbə yuxarıda qeyd edilən sənədləri özü ilə gətirərək müvafiq dekanlıqlara təqdim etməlidir. Bu zaman attestatın (və ya diplom, arayışın) əslinin, məcburi köçkün statusunu təsdiq edən sənədin isə notarial qaydada təsdiq edilmiş surətinin olması mütləqdir. Hərbi bilet və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin, eləcə də şəxsiyyət vəsiqəsinin surəti, fotoşəkil isə 4 ədəd olmalıdır.
Əlaqə nömrəsi: 050-246-07-72
Məsul şəxslər: Hamlet Kəsəmənli, Ramil Vəliyev
Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov 19-21 iyul 2020-ci il tarixlərində Münhendə (Bavariya) keçirilən “MÜASİR ELMİ TƏDQİQATLARIN AKTUAL İSTİQAMƏTLƏRİ” adlı I Beynəlxalq elmi və praktik konfransda “Əzəmətli-95 və Sultan buğda sortlarından ibarət un qarışığından alınan çörəyin orqanoleptik keyfiyyət göstəricilərinin dequstasiya qiymətləndirilməsinin statistik işlənməsi” adlı məqalə ilə çıxış edib və sertifikatla təltif olunub. Təbrik edirik!