Azərbaycan xarici investorların diqqətini cəlb edir İlahi qüvvə tərəfindən bizə vətən olaraq sərmayə kimi bəxş edilən Azərbaycanımız günəşli səması, əsrarəngiz təbiəti, əlverişli iqlimi, minbir dərdə dərman olan bitki örtüyü ilə zəngin münbit torpağı, yerüstü, yeraltı sərvətləri, gülərüz, qonaqpərvər milləti ilə həmişə yaxın və uzaq ölkələri özünə cəlb etmişdir.Vətənimiz otuz il müddətində qanadı yaralı quş kimi idi. Mənfur, bütün vəhşiliklərə qadir olan düşmən vətənimizin dilbər güşəsi, Xurşudbanu Nətavan, Vaqif, Üzeyir, Bülbül və yüzlərlə belə dahilər yetişdirən, ölməz, əbədiyaşar liderimizin dediyi kimi Azərbaycanımızın gözü olan Şuşamızı, Qarabağ ellərimizi xarici havadarların köməyi ilə zəbt etmişdir. Nəhayət ki, 2020-ci ildə iti zəkası, uzaqgörən siyasəti, səlist nitq qabiliyyəti ilə seçilən, xalqın sevimlisi, dəmir yumruqlu Prezidentimizin və ölümün özünü belə öldürməyə qadir olan Vətənin mərd oğullarının, Azərbaycan xalqının böyük şücaəti ilə torpaqlarımız yağılardan azad oldu.  Prezidentimizin rəhbərliyi ilə yaxın zaman keşiyində düşmən tərəfindən daşı daş üstündə qalmayan, zəngin təbiətə malik olan Qarabağ ellərimiz ən inkişaf etmiş bir diyara çevriləcək. Neft qaz yataqları, zəngin məhsullları ilə bütün dünya investorlarını cəlb edən ölkəmiz artıq böyük şirkətlərin sərmayə qoymaq istədiyi ölkələrdən ilklər sırasındadır. İndiyədək neft qaz sahəsində 10 milyardlarla dollar sərmayə qoyulub və yüksək nəticə əldə edilməsi enerji sahəsində də nailiyyətlərin olmasına zəmanət verir. Bu ilin başlanğıcında ölkəmizdə energetika sahəsində çox uğurlu addımlar atılıb. Bu sahələrə investisiya qoyan şirkətlərdən biri də BƏƏ-nin “Masdar” şirkətidir. 15 mart 2022-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Qaradağ Günəş Elektrik Stansiyasənın tikilməsinə sərəncam verilib. Bu tikiliş Masdar şirkəti tərəfindən icra olunacaq. 550 ha ərazidə inşa ediləcək 230 meqavat gücə malik olacaq stansiyada 700-dən artıq iş yeri açılacaq. Bu elektrik stansiysı 110 min ev təsərrüfatını əhatə edəcək. Burada istehsal olunacaq elektrik enerjisinə sərf edilən qaza 110 milyon m3 qənaət olunacaq. Havaya atılacaq 200 min tondan artıq karbon emissiyasının qarşısı alınacaq.  Cənab İlham Əliyev “Masdar” şirkətinin əməkdaşları ilə görüşəndə bildirmişdir ki, bizim ölkəmizdə istehsal olunan enerji ekoloji cəhətdən təmiz mənbələrdən, təbii qaz, su, günəş, küləkdən alındığı üçün enerjinin potensialı daha böyükdür. Prezident ölkələrin inkişafında elektrik enerjinin əsas rol oynadığını xüsusi vurğulamışdır. Ölkəmiz tək xam nefti ilə deyil, neft məhsulları, təbii qaz və elektrik enerjisi istehsalı və istehlakı ilə öndə gedən ölkələr sırasında olacaq. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, təkcə neft sektorunda deyil, qeyri-neft sektorunda, qeyri-neft sənayesində də inkişaf sürətlənir. Azad olmuş torpaqlarımız günü-gündən gülüstana çevrilir.

 

Kazımova Nurlana 

Azərbaycan Texnologiya Universitetinin

Ümumi və tətbiqi fizika kafedrasının müəllimi