We are thrilled to share our latest university brochure, designed specifically for international students! Discover a world of academic excellence, vibrant campus life, and a supportive community that cherishes diversity.
Explore our brochure now and step into a journey of endless possibilities!
Azərbaycan Texnologiya Universitetində (ATU) Karyera Festivalı çərçivəsində 13 may 2025-ci il tarixində baş tutacaq Karyera Təlimləri ölkənin nüfuzlu şirkətlərinin rəhbər nümayəndələrinin iştirakı ilə keçiriləcək.
Kapital Bank ASC-nin İstedadların cəlbi və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova, “Azersun Holding”in Təşkilati inkişaf və istedadların idarə edilməsi şöbəsinin müdiri Səadət Əliyeva və “AzerGold” QSC-nin İnsan resursları şöbəsinin mütəxəssisi Qaffar Məmmədov son buraxılış kursu tələbələrimizlə düzgün karyera seçimi və müsahibə mərhələsində uğur qazanma yolları mövzusunda praktiki biliklərini bölüşəcəklər.
Qeyd edək ki, ATU-da Karyera Festivalı çərçivəsində eyni tarixdə dövlət və özəl sektorların iştirakı ilə Əmək yarmarkası da keçiriləcək. Məzun olmağa hazırlaşan tələbələr mövcud vakansiyalarla tanış olacaq, təcrübə proqramları barədə birbaşa məlumat alacaq, potensial işəgötürənlərlə yerində ünsiyyət quraraq müraciət imkanları əldə edəcəklər.
Azərbaycan Texnologiya Universitetində son buraxılış kursu tələbələri üçün Karyera Festivalı təşkil olunacaq.
Tədbirin məqsədi tələbələrin əmək bazarına inteqrasiyasına dəstək olmaq, onların potensial işəgötürənlərlə birbaşa ünsiyyətini təmin etmək və karyera inkişafına yönəlik bacarıqlarını artırmaqdır.
Məkan: Azərbaycan Texnologiya Universiteti
Azərbaycan Texnologiya Universitetinin əməkdaşları və tələbələri (magistr və doktorantlar) üçün Granada Universitetinin tədqiqatçısı Jose Ramon Trillonun "Süni İntellekt və Data sahəsində son yeniliklər və onların bank sektorunda tətbiq imkanları" mövzusunda vebinarı təşkil ediləcək.
Tarix: 1 may, 2025-ci il
Saat: 17:00
Platforma: Zoom
Qeyd: 16:50-dən gec olmayaraq qoşulmaq xahiş olunur.
Vebinara qoşulma linki: https://ibar.zoom.us/j/93310987949
Azərbaycan Texnologiya Universitetinin 7 may 2025-ci il tarixində baş tutacaq “Dördüncü sənaye inqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” adlı beynəlxalq konfransı çərçivəsində İsrailin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Holon Texnologiya İnstitunun elm adamlarının təqdimatında məruzələr təqdim ediləcək.
İsrailli alimlər -
Prof. Michael Winokur “Əşyaların interneti (Internet of Things - IoT) laboratoriyası təcrübəsinin bölüşülməsi”,
Prof. Haim Dottan və Prof.Antoanet Levy “Mədəni irs texnologiyaları və turizm”,
Prof. Levin və Dr. Galit Welner “Çoxdan gözlənilən süni intellektin gözlənilmədən meydana çıxması”,
Prof. Antoanet Levy “HIT – Holon Texnologiya İnstitutu ilə Azərbaycan arasında fəaliyyətlər və əməkdaşlıqlar” mövzusu ilə çıxış edəcəklər.
Seminar elm və texnologiya sahəsində yeni biliklər qazanmaq, beynəlxalq təcrübə ilə tanış olmaq istəyən hər kəs üçün açıqdır. Tədbir onlayn qaydada təşkil olunacaq.
Gəlin elm və texnologiyanın gələcəyini birlikdə müzakirə edək!
Qoşulma linki:
https://hit-ac-il.zoom.us/j/82883704600
Məkan: Azərbaycan Texnologiya Universiteti, Gəncə
Tarix və vaxt: 07.05.2025, saat 13:00 – 15:00
Azərbaycan Texnologiya Universitetində (ATU) Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə 23.04.2025 tarixində, saat 11:00-da Elmi informasiya resurslarına çıxış və tədqiqat dəstəyi mövzusunda seminar keçiriləcəkdir.
Seminarı Clarivate şirkətinin Azərbaycan üzrə məsul əməkdaşı İltifat İbrahimov təqdim edəcəkdir.
Seminarda aşağıdakı mövzular müzakirə olunacaq:
- Web of Science platforması
- Web of Science Research Assistant Suni İntellekt Aləti
- Journal Citation Reports
- Təşkilat Profili
- Tədqiqatçı Profili
- EndNote referans idarəetmə sistemi
ATU-nun bütün akademik heyətini, magistrant və doktorantlarını seminarda iştiraka dəvət edirik.