Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı Gəncədə Nizami Gəncəvinin 880 illiyi münasibətilə beynəlxalq elmi konfrans keçiriləcək Ətraflı: https://conferences.az/ 673 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində (UTECA) beynəlxalq elmi-praktik konfrans keçiriləcək 30 aprel – 1 may 2021-ci il tarixində Azərbaycan Texnologiya Universitetində (UTECA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr olunmuş “Universitet reytinqi məsələlərinin əsas problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Konfransın panelləri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib: Qida və turizm sənayesi mühəndisliyi və menecmenti Logistika mühəndisliyi və menecmenti Yüngül sənaye mühəndisliyi və menecmenti İnformasiya texnologiyaları mühəndisliyi və menecmenti Metal və materiallar mühəndisliyi və menecmenti Davamlı inkişaf və təhsil texnologiyaları Tezislərə olan tələblər Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi formata uyğun olaraq aşağıdakı kimidir: Tezislər konstruktiv, konkret və konfransın mövzusuna uyğun olmalıdır, 1,5 intervalla, 12 şriftlə, Times New Roman (formulalar Microsoft Eqution 3,0) formatı – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 sm olmaq şərti ilə 3 səhifədən çox olmayaraq təqdim olunmalıdır. Müəlliflərin adı, soyadı, elmi dərəcəsi, iş yeri və e-poçt ünvanı tezisin adının altında yazılmalıdır. Tezislərin ingilis və rus dillərində xülasəsi vacibdir. Tezislər xüsusi topluda nəşr olunacaq. Tezislər 5 aprel 2021-ci ildən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir. Tezisin çap dəyəri xarici vətəndaşlar üçün hər səhifəyə görə 5$, Azərbaycan vətəndaşları üçün 5 AZN-dir. Məcmuələr toplusunun isə dəyəri xarici vətəndaşlar üçün 20$, Azərbaycan vətəndaşları üçün 10 AZN-dir. Valyuta: AZNBenefisiarın adı: Azərbaycan Texnologiya UniversitetiVÖEN: 2300343181H/H: AZ39AIIB38060019440135272127Benefisiarın Bankı: “Kapital Bank” ASC, Gəncə filialıBankın kodu: 200275VÖEN: 9900003611Müxbir hesab: AZ37NABZ01350100000000001944S.W.I.F.T. BİK: AIIBAZ2XBankın ünvanı: Gəncə şəhəri, Cavadxan küçəsi 24Tel: (022) 256-67-95, 256-01-19 Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103Tel: (022) 257 00 46e-mail: [email protected] 931 dəfə oxunub
Metallurgiya mühəndisliyi ixtisasımızın məzunlarının nəzərinə! "AzerGold" QSC-nin Daşkəsən rayonunda Çovdar filiz emal sahəsində baş metallurq və metallurq vakansiyaları var. Vakansiyaya dair tələblər Əsas vəzifə və öhdəliklər:• Xırdalama sahəsində aparılan qırma və xırdalama əməliyyatlarına nəzarət etmək;• Aqlomerasiya prosesi üçün lazım olan qarışıqların düzgün əlavəsinə nəzarət etmək;• Topa qələviləşdirmə sahəsində qələviləşdirmə prosesinə, Adsorbsiya, Desorbsiya və Emal zavodunda kömürlə adsorbsiya və desorbsiya-elektroliz əməliyyatlarına, kömürün regenerasiyası prosesinə nəzarət etmək;• Laboratoriyada filizdən qızıl çıxımının təyini üçün aparılan testlərə və digər testlərə nəzarət etmək;• Götürülən nümunələrin və nümunə götürülmə üsulunun yaxşı olmasını təmin etmək, tədqiq etmək və lazım olarsa inkişaf etdirmək;• Bütün testlərin standart əməliyyat prosedurları ilə uyğun olmasına nəzarət etmək;• Emal sahəsi və qızıl otağında maksimum qızıl çıxımına nail olmaq üçün reaktiv istehlakının optimallaşdırılmasına nəzarət etmək;• Hasilat prosesində xammalın sərfinin uçotunu və nəzarətini təmin etmək;• Hasilat prosesi barədə günlük, həftəlik və aylıq hesabatların verilməsinə nəzarət etmək; Tələb olunan bilik, bacarıq və səriştələr:• Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;• İstehsalat sahələrinin beynəlxalq standartların tələblərinə uyğun idarəolunması qaydalarını bilməli;.• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri yaxşı, Microsoft Office proqramlarını bilməli. Tələb olunan təhsil və iş təcrübəsi:• Ali təhsil (müvafiq sahə üzrə);• Minimum 2 il müvafiq sahədə iş təcrübəsi. 641 dəfə oxunub
UTECA 2025 inkişaf planı müzakirə edilib #AQİSA (Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının) sədri Emin Dostiyari və #UTECA Strategiya işçi qrupu arasında #UTECA (Azərbaycan Texnologiya Universiteti) 2025 inkişaf planı müzakirəsi üzrə #İnkişaf Korporasiyasının təşkilatçılığı ilə görüş həyata keçirildi. 665 dəfə oxunub
DİF fərdlər üçün vacib keyfiyyətləri açıqlayıb DİF qarşıdakı 5 ildə fərdlər üçün vacib keyfiyyətləri açıqlayıb 686 dəfə oxunub
II semestrdə tədrisin təşkili necə olacaq? Konül Qədimlinin moderatorluğu ilə tələbələrimizin çoxsaylı sualları cavablandırılacaq. Canlı yayım uteca.edu.az rəsmi Facebook səhifəmiz vasitəsilə 11 fevral, saat 19:00 da həyata keçiriləcək. Tələbələrimiz sualları indidən şərh bölməsində qeyd edə bilərlər. 677 dəfə oxunub