UTECA vakansiya elan edir Vakansiya 5 “STRATEJİ TƏHLİL VƏ İNNOVASİYALAR ÜZRƏ KOORDİNATOR”Namizədə qarşı tələblər:• İş yeri: Gəncə şəhəri - Azərbaycan Texnologiya Universiteti;• Yaş: 25-40 (kişi/qadın);• İş qrafiki: I-V gün saat 08:30-17:00;• Ali təhsil;• Kompüter bilikləri: MS Office proqramları;• Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;• Ünsiyyət və təqdim etmə bacarıqları;• Rəhbərlik ilə tərəfdaşlıq münasibətlərini idarə etmək üçün mükəmməl şəxslərarası, analitik və liderlik bacarıqları; İnnovasiya və texnologiya sahəsində təcrübə də daxil olmaqla biznes, strategiya və tərəfdaşlıq idarəedilməsi sahəsində təcrübə;• Məqsədyönlülük, dürüstlük, məsuliyyətlilik, çeviklik;• Komandada işləmə.Vəzifə öhdəlikləri:• Korporativ strategiyanın hazırlanması prosesində aktiv iştirak;• Strategiyanın idarəedilməsi üzrə siyasət və prosedurların yazılması prosesinin aparılmasını təmin etmək;• Texnoloji startaplar ilə əlaqəli yeni investisiya sahələrində strateji layihələrin idarə edilməsi, icrası və dəstəklənməsini həyata keçirmək;• Universitetin strateji hədəflərinə və genişlənmə prioritetlərinə uyğun olan yüksək effektivli innovativ strategiyanı və planı hazırlamaq və həyata keçirmək;• İnnovasiyaları sürətləndirə biləcək, eyni zamanda yerli və beynəlxalq bazarlarda yaradıcı həllər və texnologiyalara çıxış əldə edə biləcək xarici tərəfdaşları aşkarlamaq;• Qabaqcıl biznes modellərinin və həllərinin potensial olaraq UTECA ailəsində həyata keçirilməsi məqsədilə yerli və beynəlxalq ideyaları araşdırmaq.☞ Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:UTECA komandasında işləmək istəyən namizədlər CV-lərini foto şəkili ilə (mövzu yerində “STRATEJİ TƏHLİL VƏ İNNOVASİYALAR ÜZRƏ KOORDİNATOR” qeyd edilməklə) l.rz[email protected] elektron ünvanına göndərə bilərlər.☞ Müraciət üçün son tarix 05 mart 2021-ci ildir.☞ Namizədlərin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə CV-lərə baxılmayacaq!☞ Əmək haqqı namizədlə müsahibə nəticəsində müəyyənləşdiriləcəkdir.Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar. 696 dəfə oxunub
UTECA vakansiya elan edir Azərbaycan Texnologiya Universiteti (UTECA) 2021/2022 tədris ili üçün pedaqoji heyətin aşağıdakı istiqamətlər üzrə işə qəbulunu həyata keçirir:1. Avtomatika və informasiya texnologiyaları (Azərbaycan, rus bölmələri üzrə)2. Kompüter mühəndisliyi (Azərbaycan, rus bölmələri üzrə)3. Telekommunikasiya (Azərbaycan, rus bölmələri üzrə)4. Ümumi və tətbiqi fizika (Azərbaycan, rus bölmələri üzrə)5. Mühasibat uçotu (Azərbaycan, rus, ingilis bölmələri üzrə)6. İnzibati idarəetmə və kommersiya (Azərbaycan, rus bölmələri üzrə)7. İqtisadiyyat (rus böməsi üzrə)8. MBA – iqtisadiyyat (ingilis bölməsi üzrə)9. Turizm (rus böməsi üzrə)10. Ekologiya ( rus bölməsi üzrə) Namizədlərə aid tələblər:1. İstiqamət blokuna uyğun müvafiq dərəcə (magistr, fəlsəfə və elmlər doktoru)2. Müasir tədris standartlarına uyğun sillabus və fənn materiallarını hazırlama bacarıqları3. Tələbə-yönümlü tədris metodikası4. Kompyuter biliyi: MS ofis proqramlarında (xüsusilə, Power Point və Microsoft Word, Excel) sərbəst işləmək bacarığıNamizədlər müraciət üçün CV-lərini foto şəkili ilə mövzu yerində müvafiq istiqamətləri qeyd edərək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Müraciət üçün son tarix 15 sentyabr 2021-ci il Qeyd: Namizədlərin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə CV-lərə baxılmayacaq. 789 dəfə oxunub
Bu dəfəki canlı bağlantıda ideya ve startaplara doğru irəliləməyin yolları müzakirə olunacaq. Ünvan: uteca.edu.az Instagram səhifəsi 644 dəfə oxunub
“Universitet - sənaye əlaqələrinin keyfiyyət təminatının əsas problemləri” Azərbaycan Texnologiya Universitetinin 50 illiyinə həsr olunmuş “Universitet - sənaye əlaqələrinin keyfiyyət təminatının əsas problemləri” adlı onlayn beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Təhsil Nazirliyinin nümayəndəsi Yaşar Omarov, Türkiyə YÖKAK rəhbəri Muzaffer Elmas, akademik Ziyad Səmədzadə, UNEC rektoru Ədalət Muradov, AzTU rektoru Vilayət Vəliyev, ADPU rektoru Cəfər Cəfərov, ADNSU rektoru Mustafa Babanlı, ADAU rektoru İbrahim Cəfərov, MDU rektoru Şahin Bayramov və DGKA, BBU, BMU, GDU prorektorları, digər universitetlərin təmsilçiləri, eləcə də AZTMU-nun mütəxəssisi Elmira Qocayeva, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı nümayəndəsi Xudayar Həsənli və UTECA-nın əməkdaşlıq etdiyi digər müəssisələrin ekspertləri, millət vəkili Müşfiq Cəfərov iştirak ediblər. Beynəlxalq konfransa xarici qonaqlar qismində İngiltərədən London Middlesex Universitetinin mütəxəssisi Corc Dafulas, Cənubi Koreyadan beynəlxalq səviyyəli ekspert Byun Chang Yul, Kabardin-Balkar Dövlət Aqrar Universitetinin prorektoru və mütəxəssisləri, Rusiyadan Belyəlxalq Elmi-Texniki İnformasiya Mərkəzinin, Ukraynadan Boqdan Xmelnitski adına Çerkes Milli Universitetinin elm adamları qatılıblar. Tədbir çərçivəsində Texnologiya Universitetinin 50 illiyinə həsr edilmiş videoçarx nümayiş etdirilib. UTECA-nın rektoru, professor Akif Süleymanov çıxışında qeyd edib ki, konfransın mövzusu müasir ali təhsil ocaqlarının inkişaf göstəricilərini hədəfə alır. Məqsəd bu hədəflərə çatmaq üçün görülən işlərin daha da təkmilləşdirilməsinə nail olmaqdır. Rektor Tenologiya Universitetində bu istiqamətdə görülən işlərə misal olaraq Təhsil Nazirliyi tərəfindən tövsiyə edilən və artıq 4-cü ildir ki, icrası uğurla davam edən Müştəriyə yönəlmə Proqramı haqda danışıb. Bildirib ki, proqram çərçivəsində universitet hazırda 34 müəssisə ilə aktiv əməkdaşlıq edir. Nəticədə universitet texnoparkında 10-a yaxın çeşiddə məhsul istehsal edilir. Konfransda iştirak edənlər UTECA-nı 50 illiyi münasibətilə təbrik edib, ali təhsil ocağının fəaliyyətində uğurlar arzulayıblar. Sonra konfransın mövzusuyla bağlı fikirlərini səsləndiriblər, elmi işlərin bu istiqamətdə rolundan danışıblar. Aktual tezislər dinlənilib. Universitet - sənaye əlaqələrinin keyfiyyət təminatının əsas problemləri ətrafında fikir mübadiləsi aparılıb, müasir və beynəlxalq təcrübələrin tətbiqinin vacibliyi vurğulanıb. Bu istiqamətdə perspektivlər müzakirə edilib. Qeyd edək ki, konfransın məcmuələr toplusuna 200-ə yaxın tezis daxil edilib. 677 dəfə oxunub
Bu dəfəki canlı bağlantıda təhsil bloggeri, Noteperday səhifəsinin yaradıcısı Arzu Məmmədli ilə sosial medianın inkişafa təsirindən danışılacaq Söhbəti uteca.edu.az Instagram səhifəmizdən izləyə bilərsiz. 671 dəfə oxunub
Bu dəfə gənclərin inkisafında olan amillərdən, digital dizayn movzusundan, rəsm, xalçaçılıqdan, bir sözlə inkişafın rəsmindən danışılacaq.Canlı yayıma uteca.edu.az Instagram səhifəmizdən qoşulmaq olar. 631 dəfə oxunub