ATU tələbələri üçün “STARTAPÇI” təqaüd proqramına müraciət açıq elan edilir! 🚀
 
Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzi tərəfindən həyata keçirilən proqram çərçivəsində seçilən yalnız 5 nəfər:
* 6 ay ərzində aylıq 150 AZN təqaüd
* real layihələrdə iştirak
* innovativ mühitdə təcrübə və güclü portfolio imkanı əldə edəcək
 
📅 Təqaüd sentyabrdan başlayır.
 
Namizədlər 100 ballıq sistemlə qiymətləndirilir və ən güclülər seçilir. Akademik göstəricilərlə yanaşı, texniki bacarıqlar, startap düşüncəsi və aktivlik həlledici rol oynayır. Bir sözlə, meydan özünü sınamağa hazır, ideyasına güvənən və fərqlənmək istəyən tələbələrindir!
 
📌 Əlaqə: İnnovasiya Mərkəzi (otaq 2105)