Azərbaycan Texnologiya Universitetində "Conversation Club” fəaliyyətə başlayır.
Danışıq klubuna qeydiyyat QR kod vasitəsilə 25 noyabr tarixinə qədər davam edəcək.
Danışıq klubunun ilk görüşlərinin 01.12.2024-cü il tarixindən başlanması nəzərdə tutulub.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Texnologiya Universiteti
Aşağıda adları göstərilən vakant olan vəzifələrin tutulması üçün
müsabiqə elan edilir:
- “İdarəetmə” kafedrası – kafedra müdiri
- “Xarici dillər” kafedrası – kafedra müdiri
Sənədlərin təqdim olunması bu elan dərc edildiyi tarixdən 1 ay müddətindədir.
Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-100 nömrəli 05 fevral 2018-ci il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nın tətbiqi barədə əmrə uyğun olaraq elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.
Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir.
Ünvan: AZ 2011, Gəncə şəhəri, Ş.İ.Xətai pr. 103
Əlaqə telefonu: 022-257-56-29
REKTORLUQ
Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində Erasmus+ proqramı üzrə inzibati heyət üçün beynəlxalq təlim və təcrübə mübadiləsi elan olunur.
Mübadilə proqramı aşağıdakı universitetlərdə həyata keçiriləcəkdir:
· İspaniya – Jaen Universiteti
· Ispaniya- Qranada Universiteti
· Polşa – Silesiya Texnologiya Universiteti
· Polşa – Varşava Ekologiya və Menecment Universiteti
· Rumıniya – İasi Texniki Universiteti
İştirak sahələri:
· Beynəlxalq əlaqələr və əməkdaşlıq
· Tədrisin idarə olunması və keyfiyyətin təminatı
· Maliyyə və inzibati idarəetmə
· İnformasiya texnologiyaları və rəqəmsal idarəetmə
· Kitabxana və tələbə dəstəyi xidmətləri
Tələblər:
· Namizəd Azərbaycan Texnologiya Universitetinin inzibati heyət üzvü olmalıdır;
· İşlədiyi sahə üzrə ixtisaslaşmış bilik və təcrübəyə malik olmalıdır;
· Əsas ünsiyyət dili kimi ingilis dili biliyi tələb olunur;
· Erasmus+ proqramının şərtlərinə uyğun olaraq tərəfdaş universitetdə təlim, seminar və ya təcrübə proqramında iştirak etməlidir.
Müraciət üçün tələb olunan sənədlər:
1. Tərcümeyi-hal (CV) – ingilis dilində;
2. Təlim planı (Mobility Agreement for Training) – ingilis dilində;
3. Xarici pasportun surəti;
4. İngilis dili biliyini təsdiq edən sənəd (mövcud olduğu halda).
Müraciət müddəti: 1-30 noyabr 2024
Müraciət ünvanı:
Azərbaycan Texnologiya Universiteti,
Beynəlxalq Əməkdaşlıq Şöbəsi
II korpus 3-cü mərtəbə, otaq 2316
Əlavə məlumat üçün əlaqə: 0222683578, international@atu.edu.az
Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun, Coca-Cola və "ATS Food" şirkətinin dəstəyi ilə 1 noyabr 2024-cü il tarixində 8 Noyabr Zəfər Gününə həsr edilmiş "Zəfərimiz əbədidir" adlı intellektual yarış keçiriləcəkdir.
Universitetlərin və kolleclərin tələbələrinin iştirakı ilə baş tutacaq yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsinin inkişaf etdirilməsinə, o cümlədən, tariximiz və milli-mənəvi dəyərlərimiz haqqında biliklərinin genişləndirilməsinə imkan yaratmaq, asudə vaxtlarının səmərəli keçməsinə nail olmaqdır.
Azərbaycan Texnologiya Universiteti (ATU) İspaniyanın Xaen Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir.
Əməkdaşlıq çərçivəsində ATU-nun magistratura pilləsində təhsil alan 2 tələbəsinə İspaniyada bir semestr müddətinə təhsil almaq üçün qrant ayrılıb.
Seçim aşağıdakı meyarlar əsasında aparılacaq:
✓ Müsahibə
✓ÜOMG
Müsahibədə iştirak etmək istəyən tələbələr 25 oktyabr 2024-cü il tarixinədək Beynəlxalq əməkdaşlıq şöbəsi ilə (tel: 022 268 35 78; e-mail: erasmus@atu.edu.az II korpus 3-cü mərtəbə, otaq 2316) əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər.
Azərbaycan Texnologiya Universiteti (ATU) İspaniyanın Granada Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində ATU-nun magistratura pilləsində təhsil alan bir tələbəsinə İspaniyada 1 (bir) semestr müddətinə təhsil almaq üçün qrant ayrılıb.Seçim aşağıdakı meyarlar əsasında aparılacaq:
✓ Müsahibə
✓ÜOMG
✓IELTS Sertifikatı
Müsahibədə iştirak etmək istəyən tələbələr 25 oktyabr 2024-cü il tarixinədək Beynəlxalq əməkdaşlıq şöbəsi ilə (tel: 022 268 35 78; e-mail: erasmus@atu.edu.az II korpus 3-cü mərtəbə, otaq 2316) əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər.