17 aprel tarixində Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə ənənəvi III Qida Sənayesi və Qida Təhlükəsizliyi Forumu keçiriləcəkdir.
Forumda qida sənayesinin aktual problemləri, innovativ yanaşmalar, eləcə də qida təhlükəsizliyinin təmin olunması istiqamətində müasir çağırışlar müzakirə ediləcəkdir. Tədbirdə mütəxəssislər, akademik heyət, sənaye nümayəndələri və tələbələrin iştirakı nəzərdə tutulur.