📢 Azərbaycan Texnologiya Universitetinin tələbələrinin nəzərinə!
Əziz tələbələr, xarici dil bacarıqlarınızı inkişaf etdirmək məqsədilə universitetdə növbəti ödənişsiz ingilis dili təlimlərinə start verilir.
 
📌 Təlimlər yalnız 1-ci və 3-cü kurs tələbələri üçün nəzərdə tutulub (2-ci və 4-cü kurs tələbələrinin I semestr üzrə təlimləri artıq başa çatıb).
 
📌 Təlimlərə 15 apreldən start veriləcək və 15 may tarixinə qədər davam edəcək.
🗓 Təlim qrafiki:
 
👩‍🏫 Səbinə Bağırova – 2 və 4-cü günlər
⏰ 13:30 – 14:30
 
👩‍🏫 Leyla Kərimova – 1 və 4-cü günlər
⏰ 13:30 – 14:30
 
✅ Təlimi uğurla başa vuranlar sertifikatla təltif olunacaqlar.