Azərbaycan Texnologiya Universitetində (ATU) yeni təsis edilmiş Məzunlar Assosiasi-yasının fəaliyyətinə start verilir. Assosiasiyanın ilk iclası 14 aprel 2026-cı il tarixində baş tutacaq.

Görüşün əsas məqsədi universitet məzunları arasında əlaqələrin gücləndirilməsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyən olunmasıdır. İclas çərçivəsində Assosiasiyanın strukturu, prioritetləri və qarşıda duran hədəflər müzakirə ediləcək.

Əziz məzunlar, birlikdə daha güclü şəbəkə qurmaq və təcrübələri bölüşmək üçün bu görüşü qaçırmayın. Hər birinizi tədbirdə iştiraka dəvət edirik.