Qeydiyyatdan keçən tələbələrin nəzərinə Azərbaycan Texnologiya Universitetinə qəbul olub onlayn qeydiyyatdan keçən tələbələrdən dərslər başlayan zaman aşağıdakı sənədləri gətirmələri (kəndirli qovluqda) tələb edilir. 1. Attestatın, kollec və ya ali təhsil müəssisəsinin məzunları üçün isə diplomun əsli2. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (ağ bilet)3. Şəxsiyyət vəsiqəsinin surəti4. 3x4 ölçüdə foto şəkil (6 ədəd)5. Sağlamlıq haqqında arayış6. COVID pasportu (yaxud immunitet sertifikatı)7. Ödənişli əsaslarla qəbul olan tələbələr üçün ödəniş qəbzi8. İmtiyazlı şəxslər üçün bu statusu təsdiq edən sənədin surətinin notarial qaydada təsdiqi Əlaqə: 022 267 16 57 663 dəfə oxunub
Qəbul olmuş abituriyentlərin qeydiyyatı başladı 2021/2022-Cİ TƏDRİS İLİNDƏ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİNƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏRİN VƏ VALİDEYNLƏRİNİN NƏZƏRİNƏ! 2021/2022-ci tədris ilində universitetin müxtəlif ixtisaslarına qəbul olunmuş abituriyentlər portal.edu.az saytından qeydiyyatdan keçməlidir. Müəyyən olunmuş müddətədək (07.09.2021-19.09.2021-ci il) qeydiyyatdan keçməyən şəxslər ixtisasa yerləşdirmədən imtina kimi qiymətləndirilərək DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir. Portal.edu.az saytına aşağıdakı sənədlərin yüklənməsi vacibdir: 1. Attestatın, kollec və ya ali təhsil müəssisəsinin məzunları üçün isə diplomun əsli2. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (ağ bilet)3. Şəxsiyyət vəsiqəsi4. 3x4 ölçüdə foto şəkil5. Sağlamlıq haqqında arayış6. Ödənişli əsaslarla qəbul olan tələbələr üçün ödəniş qəbzi7. İmtiyazlı şəxslər üçün bu statusu təsdiq edən sənəd QEYDLƏR:✓Digər sənədlər bölməsinə orta məktəbdə (kollecdə) keçilən xarici dil qeydi daxil edilməlidir✓Digər sənədlər bölməsinə 18 yaşı tamam olan şəxslərin COVID pasportu yüklənməlidir✓Yerləşdirilən sənədlər aydın və oxunaqlı olmalıdır✓Gəncə şəhərində “Bakalavr qeydiyyatı” dəstək mərkəzi 1 nömrəli (İ.Qayıbov 2) və 39 nömrəli (D.Qorqud 26) tam orta məktəblərdə fəaliyyət göstərir. Portal.edu.az saytından qeydiyyatdan keçənlər (Azərbaycan Texnologiya Universitetinə qəbul olanlar) hər hansı problemlə qarşılaşarsa universitetin aşağıdakı məsul şəxslərinə müraciət edə bilərlər: (I qrup ixtisaslar üzrə)Hamlet Kəsəmənli 050 246-07-72Ramil Vəliyev 050 246-07-50Sədr Quliyev 050 246-07-44Fəridə Rəhimli 050 872-95-78Nəbi Mehdizadə 070 669-50-92Kənan Nəsirov 051 586-28-96 (II, IV və V qrup ixtisaslar üzrə)Turanə Məmmədova 050 559-98-81Seymur Məmmədov 055 566-19-70İsgəndər Əsgərov 055 703-65-37Babək Həsənov 050 246-07-05Günay Əliyeva 050 879-36-87 ATİS üzrə məsul şəxs Günay Qəhrəmanova (022) 257-65-48 Hüquqşünas Müşfiq Məmmədov 055 214-88-29 (imtiyazlı tələbələrin müraciəti üçün) 668 dəfə oxunub
Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin nəzərinə! Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 7-dən 20-dək qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün abituriyentlər onlayn qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı portal.edu.az platformasından və ya Təhsil Nazirliyindən məlumat ala bilərlər. Qeyd edək ki, abituriyentin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və onun qəbul əmri təhsil müəssisəsinə göndərilmir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar. 682 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində (UTECA) I qrup üzrə QİYABİ YERLƏR iki ixtisas üzrədir – Qida mühəndisliyi və Radiotexnika və telekommunikasiya mühəndisliyi. Bu ixtisasların hər birinə 10 qiyabi yer verilib. UTECA-da I qrup ixtisaslara ayrılan yerlər, illik ödəniş haqqı və müsabiqə balı ilə bağlı daha ətraflı: Şərabçılıq* 100 yer, müsabiqə balı 150 (1550 AZN)Qida mühəndisliyi 25 yer, müsabiqə balı 200 (əyani 1250 AZN, qiyabi 1200 AZN) Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi 30 yer, müsabiqə balı 200 (1450 AZN)Nəqliyyat mühəndisliyi* 60 yer, müsabiqə balı 200 (1450 AZN) Ekologiya mühəndisliyi* 50 yer, müsabiqə balı 150 (1550 AZN)Sənaye mühəndisliyi 15 yer, müsabiqə balı 200 (1250 AZN) Metallurgiya mühəndisliyi 15 yer, müsabiqə balı 200 (1250 AZN)Mühəndis fizikası 20 yer, müsabiqə balı 200 (1250 AZN) Proseslərin avtomatlaşdırılması mühəndisliyi 15 yer, müsabiqə balı 200 (1450 AZN)Radiotexnika və telekommunikasiya mühəndisliyi 40 yer, müsabiqə balı 200 (əyani 1450 AZN, qiyabi 1350 AZN) İnformasiya texnologiyaları 30 yer, müsabiqə balı 200 (1450 AZN)Kompüter mühəndisliyi* 60 yer, müsabiqə balı 200 (1550 AZN) *Müsabiqə rus dili ilə birgə aparılır 716 dəfə oxunub
UTECA-da 2021/22-ci tədris ili üçün magistr ixtisasları üzrə 228 plan yeri ayrılıb: 1. Dizayn* 11 yer (1550 AZN)Dizayn və texniki estetika 2. Mühasibat uçotu və audit* 11 yer (1450 AZN)Xidmət sferasında mühasibat uçotu və audit 3. Sənayenin təşkili və idarə edilməsi* 11 yer (1450 AZN)İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (qida və yüngül sənaye üzrə) 4. Menecment 10 yer (1350 AZN)Menecment (sahələr üzrə) 5 yerİnnovasiyaların və layihələrin idarə olunması 5 yer 5. Marketinq 7 yer (1350 AZN)Marketinq (sahələr üzrə) 6. Dövlət və bələdiyyə idarəetməsi 9 yer (1350 AZN)Dövlət strukturunda menecment 3 yerDövlət proqramlarının və layihələrin idarə edilməsi 3 yerElektron idarəetmə 3 yer 7. Metallurgiya mühəndisliyi 3 yer (1250 AZN)Əlvan və nadir metalların metallurgiyası 8. Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi 6 yer (1350 AZN)Nəqliyyatda daşımalar və menecment (avtomobil nəqliyyatı üzrə) 2 yerNəqliyyat logistikası 2 yerNəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi 2 yer 9. Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi 5 yer (1350 AZN)Rabitə qovşaqları və kommutasiya sistemləri 10. Kompüter mühəndisliyi* 12 yer (1450 AZN)Kompüter mühəndisliyi 11. İnformasiya texnologiyaları və sistem mühəndisliyi* 4 yer (1350 AZN)İnformasiya texnologiyaları və telekommunikasiya sistemləri 12. Kimya mühəndisliyi 2 yer (1250 AZN)Polimerlərin kimyəvi texnologiyası 13. Qida məhsulları mühəndisliyi* 6 yer (1250 AZN)İaşə məhsullarının texnologiyası və iaşənin təşkili 2 yerŞərabçılıq və qıcqırtma istehsalının texnologiyası 2 yerQida təhlükəsizliyi 2 yer 14. İstehlak mallarının ekspertizası və marketinqi 9 yer (1250 AZN)Qeyri-ərzaq məhsullarının ekspertizası və marketinqi 2 yerƏrzaq məhsullarının ekspertizası və marketinqi 2 yerGömrük ekspertizası (sahələr üzrə) 5 yer 15. Ekologiya mühəndisliyi 3 yer (1250 AZN)Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması 16. Turizm və otelçilik* 7 yer (1550 AZN)Turizm və sosial-mədəni servis xidməti 17. Biznesin idarə edilməsi (MBA proqramı üzrə) 112 yer (1750 AZN)Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə) 15 yerBiznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə) 15 yerBiznesin təşkili və idarə edilməsi (marketinq üzrə) 15 yerBiznesin təşkili və idarə edilməsi (mühəndislik və idarəetmənin riskləri üzrə) 15 yerBiznesin təşkili və idarə edilməsi (insan resursları üzrə) 15 yerBiznesin təşkili və idarə edilməsi (turizm və otelçilyin idarə edilməsi üzrə) 15 yerBiznesin təşkili və idarə edilməsi (sahələr üzrə) 15 yerBiznesin təşkili və idarə edilməsi (sahələr üzrə) 7 yer (İngilis bölməsi) * Qəbul Azərbaycan və rus bölmələri üzrə birgə aparılır 838 dəfə oxunub
Region gəncləri və tələbələrinin nəzərinə ✓Təqdim etməyə çəkindiyiniz hər hansı bir biznes planınız və ya sosial ideyanız var?✓ Fərq yaratmaq üçün yaradıcılığınızdan və bacarıqlarınızdan istifadə etməkdə həvəslisiniz?✓ Öz şəxsi işinizi qurmaq haqqında düşündünüzmü?✓Yaşadığınız regiona öz töhvənizi vermək istəyirsinizmi? Yuxarıda göstərilənlərdən hər hansı birinə “bəli” cavabını verirsinizsə, “British Council” və UNEC sizi - region gənclərini və tələbələrini 21-23 iyun 2021-ci il tarixində baş tutacaq Creative Spark StartUp Təlimi - onlayn müəssisə düşərgəsinə dəvət edir. Təcrübəli mütəxəssislərdən birbaşa sahibkarlıq sahəsində yeni bacarıqlar qazanmağa imkan verəcək ödənişsiz təlimlər onlayn qaydada, Azərbaycan dilində keçiriləcəkdir. Hər təlim 2 saat (14:00-16:00) davam edəcək. Təlim günlərinin mövzuları:21 iyun- Biznes fürsətlərinin təyin olunması, Bazar İqtisadiyyatında boşluqların tapılması22 iyun- Effektiv Biznes modelinin qurulması23 iyun- Biznes planın tərtib olunması Bootcamp zamanı✓ Fərqli sənaye sahələrin mentor qruplarından mütəxəssis məsləhətləri ala;✓ İdeyanı hakim heyət və qonaq auditoriyasına təqdim edə, istənilən hədəfə nail olmaq məqsədilə təqdimat bacarıqlarınızı inkişaf etdirə;✓ İdeyalarınızı gerçəkləşdirməyə kömək edəcək potensial maliyyə mənbələri haqqında məlumat əldə edə biləcəksiniz. Qeydiyyat linkji: https://forms.office.com/r/1FKSHzBmPzƏlaqə: [email protected] 680 dəfə oxunub