Elanlar
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU-da aşağıda göstərilən vakant vəzifənin tutulması üzrə müsabiqə elan edir

 
Azərbaycan Texnologiya Universiteti aşağıda göstərilən vakant vəzifənin tutulması üzrə müsabiqə elan edir:
“Yüngül sənaye mühəndisliyi və dizayn” kafedrası - professor (1 yer)
 
Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 401 nömrəli 07 avqust 1996-cı il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.
 
Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: Gəncə şəhəri, Ş.İ.Xətai pr. 103, AZ - 2011
 
Əlaqə: 994 022 257 56 29
 

ATU yanında İctimai Nəzarət Şurasının tərkibinin müəyyən olunması ilə bağlı qeydə alınmış namizədlər əsasında seçki keçiriləcək

25 dekabr 2023-cü il tarixində Azərbaycan   Texnologiya Universiteti yanında İctimai Nəzarət Şurasının tərkibinin müəyyən olunması ilə bağlı qeydə alınmış namizədlər əsasında seçki keçiriləcəkdir. Seçkidə ictimai birlik üzvləri iştirak edə bilərlər. Səsvermə Azərbaycan Texnologiya Universitetinin inzibati binasında yerləşən kiçik akt zalında baş tutacaqdır. 

Qeyd edək ki, Azərbaycan Texnologiya Universitet yanında İctimai Nəzarət Şurası universitet Elmi Şurasının 25.10.2023-cü il tarixli qərarı ilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilib. 

ATU-da İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə "Gənc İnnovatorlar" startap yarışı üçün qeydiyyat başlandı

Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Gənc İnnovatorlar" startap yarışı üçün qeydiyyat başlandı.

Yarışın keçirilməsində məqsəd bu sahəyə marağı və istedadı olan gəncləri bir araya gətirərək müəyyən problemlər üçün yeni həllərin tapılmasıdır.

Yarışa qoşulma şərtləri:

- Minimum 2 nəfərdən ibarət komanda

- Verilən konseptə uyğun ideya və ya prototip

- İdeyanın təqdimatı

Yarışın əsas istiqamətləri:

- Yaşıl enerji

- Alternativ enerji

- Enerji sərfiyyatı

- Dayanıqlı inkişaf

- Yaşıl qida

- Mexatronika

- Oyun tərtibatçılığı:

- Müasir iqisadi modellər

- Aqrotexnologiyalar

- Nəqliyyat texnologiyaları

- Geyim

-Turizm həlləri

- Orqanik içkilər

- 3D dizaynlar

Müraciət üçün son tarix: 15 noyabr 2023-cü il, saat 18:00.

"Gənc İnnovatorlar" startup yarışı 27 noyabr 2023-cü ildə Azərbaycan Texnologiya Universitetində keçiriləcəkdir.

Yarışı uğurla bitirən komandalara sertifikatlar və dəyərli mükafatlar təqdim olunacaqdır.

Qeydiyyat linki: https://forms.gle/mRzmAvUSm4Sig31C7

 


ATU-da 1-3 noyabr tarixində Zəfər Gününə həsr olunmuş basketbol birinciliyi keçiriləcəkdir

 
Azərbaycan Texnologiya Universiteti (ATU), Azərbaycan Basketbol Federasiyası və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə 1-3 noyabr 2023-cu il tarixlərində 8 Noyabr Zəfər Gününə həsr olunmuş basketbol birinciliyi keçiriləcəkdir.
Yarış ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında baş tutacaq.
 
Yarışın keçirilməsində əsas məqsəd ali təhsil müəssisələri arasında keçiriləcək Basketbol üzrə Respublika Çempionatında iştirak edəcək istedadlı tələbələri aşkar etməkdir.
 
Yarışlar ATU-nun idman zalında təşkil olunacaqdır.

Azərbaycan Texnologiya Universitetində 8 Noyabr Zəfər Gününə həsr edilmiş rəsm müsabiqəsinə start verilib.

Azərbaycan Texnologiya Universitetində 8 Noyabr Zəfər Gününə həsr edilmiş rəsm müsabiqəsinə start verilib.

Rəsmlərin qəbulu 6 noyabr tarixinədək davam edəcək.

Müsabiqəyə iddialı tələbələrin əl işlərinin qəbulu Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasında həyata keçirilir.

7 noyabr tarixində rəsmlərə baxış keçiriləcək, qaliblər fəxri fərmanla təltif ediləcəklər.

Tələbələrimizin diqqətinə!

Azərbaycan Texnologiya Universiteti 8 Noyabr - Zəfər Gününə həsr edilmiş "Zəfərimiz əbədidir" mövzusunda esse müsabiqəsi elan edir.

Bütün tələbələrimizi müsabiqədə iştiraka dəvət edirik.

Tələblərə uyğun şəkildə hazırlanmış esselər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, seçilən müəlliflərə hədiyyə və sertifikatlar təqdim olunacaqdır.

Mövzu başlıqları:

- Ali Baş Komandanın Zəfərə gedən yolu

- Otuz illik həsrət

- Vətən müharibəsi qəhrəmanları

- Vandalizmə məruz qalmış mədəniyyət abidələrimiz

- İşğaldan azad edilmiş torpaqlara yeni həyatın gətirilməsi

Yazı qaydaları:

Mətndən öncə vərəqin sol üst küncündə tələbənin adı, soyadı və atasının adı yazılmalıdır. Daha sonra, oxuduğu fakültə, ixtisas və qrup nömrəsi qeyd edilməlidir.

Yazının texniki qaydaları:

Mətn “Microsoft Word for Windows” redaktorunda, Arial şriftlə (hərflərin ölçüsü 12, sətirlərarası interval 1.5, abzas 1.25, həcm A4 formatlı 2-3 səhifədən ibarət olmalıdır.

Tələblər:

Esse giriş, əsas hissə, nəticədən ibarət olmalı, esse xüsusiyyətlərinə uyğun yazılmalıdır. Məzmun konkret bir mövzuya həsr olunmalıdır.

Esselər 31 oktyabr 2023-cü il tarixinədək esse.qebulu@gmail.com poçt ünvanına göndərilməlidir.