Elanlar
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ERASMUS+ STT (İNZİBATİ HEYƏT TƏLİMİ) MÜBADİLƏSİ ELANI

Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində Erasmus+ proqramı üzrə inzibati heyət üçün beynəlxalq təlim və təcrübə mübadiləsi elan olunur.

Mübadilə proqramı aşağıdakı universitetlərdə həyata keçiriləcəkdir:

·        İspaniya – Jaen Universiteti

·        Ispaniya- Qranada Universiteti

·        Polşa – Silesiya Texnologiya Universiteti

·        Polşa – Varşava Ekologiya və Menecment Universiteti

·        Rumıniya – İasi Texniki Universiteti

İştirak sahələri:

·        Beynəlxalq əlaqələr və əməkdaşlıq

·        Tədrisin idarə olunması və keyfiyyətin təminatı

·        Maliyyə və inzibati idarəetmə

·        İnformasiya texnologiyaları və rəqəmsal idarəetmə

·        Kitabxana və tələbə dəstəyi xidmətləri

Tələblər:

·        Namizəd Azərbaycan Texnologiya Universitetinin inzibati heyət üzvü olmalıdır;

·        İşlədiyi sahə üzrə ixtisaslaşmış bilik və təcrübəyə malik olmalıdır;

·        Əsas ünsiyyət dili kimi ingilis dili biliyi tələb olunur;

·        Erasmus+ proqramının şərtlərinə uyğun olaraq tərəfdaş universitetdə təlim, seminar və ya təcrübə proqramında iştirak etməlidir.

Müraciət üçün tələb olunan sənədlər:

1.     Tərcümeyi-hal (CV) – ingilis dilində;

2.     Təlim planı (Mobility Agreement for Training) – ingilis dilində;

3.     Xarici pasportun surəti;

4.     İngilis dili biliyini təsdiq edən sənəd (mövcud olduğu halda).

Müraciət müddəti: 1-30 noyabr 2024

Müraciət ünvanı:
Azərbaycan Texnologiya Universiteti,
Beynəlxalq Ə
məkdaşlıq Şöbəsi

II korpus 3-cü mərtəbə, otaq 2316

Əlavə məlumat üçün əlaqə: 0222683578, international@atu.edu.az

 

 

 

 

"Zəfərimiz əbədidir" adlı intellektual yarış keçiriləcəkdir

Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun, Coca-Cola və "ATS Food" şirkətinin dəstəyi ilə 1 noyabr 2024-cü il tarixində 8 Noyabr Zəfər Gününə həsr edilmiş "Zəfərimiz əbədidir" adlı intellektual yarış keçiriləcəkdir.

Universitetlərin və kolleclərin tələbələrinin iştirakı ilə baş tutacaq yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsinin inkişaf etdirilməsinə, o cümlədən, tariximiz və milli-mənəvi dəyərlərimiz haqqında biliklərinin genişləndirilməsinə imkan yaratmaq, asudə vaxtlarının səmərəli keçməsinə nail olmaqdır.

Avropada təqaüdlə təhsil imkanı!

Azərbaycan Texnologiya Universiteti (ATU) İspaniyanın Xaen Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir.
Əməkdaşlıq çərçivəsində ATU-nun magistratura pilləsində təhsil alan 2 tələbəsinə İspaniyada bir semestr müddətinə təhsil almaq üçün qrant ayrılıb.

Seçim aşağıdakı meyarlar əsasında aparılacaq:

✓ Müsahibə
✓ÜOMG 

Müsahibədə iştirak etmək istəyən tələbələr 25 oktyabr 2024-cü il tarixinədək Beynəlxalq əməkdaşlıq şöbəsi ilə (tel: 022 268 35 78; e-mail: erasmus@atu.edu.az II korpus 3-cü mərtəbə, otaq 2316) əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər.


Avropada təqaüdlə təhsil imkanı!

Azərbaycan Texnologiya Universiteti (ATU) İspaniyanın Granada Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində ATU-nun magistratura pilləsində təhsil alan bir tələbəsinə İspaniyada 1 (bir) semestr müddətinə təhsil almaq üçün qrant ayrılıb.Seçim aşağıdakı meyarlar əsasında aparılacaq:
✓ Müsahibə
✓ÜOMG 
✓IELTS Sertifikatı
Müsahibədə iştirak etmək istəyən tələbələr 25 oktyabr 2024-cü il tarixinədək Beynəlxalq əməkdaşlıq şöbəsi ilə (tel: 022 268 35 78; e-mail: erasmus@atu.edu.az II korpus 3-cü mərtəbə, otaq 2316) əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər.

Doktorantlar üçün Avropada təqaüdlə tədqiqat imkanı!

Azərbaycan Texnologiya Universiteti (ATU) İspaniyanın Granada Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində ATU-nun  2 doktorantına İspaniyada 3 (üç) ay müddətinə tədqiqat aparmaq üçün qrant ayrılıb.
Seçim aşağıdakı meyarlar əsasında aparılacaq:
✓ Müsahibə
✓Tədqiqat fəaliyyəti
✓Granada Universitetindən Dəvət məktubu
Tədqiqat aparmaq istəyən doktorantlar ilk öncə Granada Universitetinin müvafiq sahə üzrə professorundan birgə tədqiqat üçün Razılıq məktubu əldə etməli və daha sonra həmin məktubla birgə 30 noyabr 2024-cü il tarixinədək universitetin Beynəlxalq əməkdaşlıq şöbəsinə (tel: 022 268 35 78; e-mail: erasmus@atu.edu.az II korpus 3-cü mərtəbə, otaq 2316) müraciət etməlidir.

ERASMUS+ MÜƏLLİM MÜBADİLƏSİ ELANI

Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində Erasmus+ proqramı üzrə müəllim mübadiləsi elan olunur.

Mübadilə proqramı aşağıdakı universitetlərdə həyata keçiriləcəkdir:

·        İspaniya – Jaen Universiteti

·        Ispaniya- Qranada Universiteti

·        Polşa – Silesiya Texnologiya Universiteti

·        Polşa – Varşava Ekologiya və Menecment Universiteti

·        Rumıniya – İasi Texniki Universiteti

İxtisas sahələri:

·        Dizayn

·        İqtisadiyyat

·        Menecment

·        Kompüter elmləri

·        İnformasiya texnologiyaları

Tələblər:

·        Namizəd Azərbaycan Texnologiya Universitetinin tam ştatlı akademik heyət üzvü olmalıdır;

·        Tədris dili kimi ingilis dili biliyi tələb olunur;

·        Tədris mövzusu tərəfdaş universitetin akademik proqramına uyğun olmalıdır;

·        Erasmus+ proqramının şərtlərinə uyğun olaraq ən azı 8 saatlıq tədris fəaliyyəti həyata keçirilməlidir.

Müraciət üçün tələb olunan sənədlər:

1.     Tərcümeyi-hal (CV) – ingilis dilində;

2.     Tədris planı (Teaching Mobility Agreement) – ingilis dilində;

3.     Xarici pasportun surəti;

4.     İngilis dili biliyini təsdiq edən sənəd (mövcud olduğu halda).

Müraciət müddəti: 1-30 oktyabr 2024

Müraciət ünvanı:
Azərbaycan Texnologiya Universiteti,
Beynəlxalq Ə
məkdaşlıq Şöbəsi

II korpus 3-cü mərtəbə, otaq 2316

Əlavə məlumat üçün əlaqə: 0222683578, international@atu.edu.az