📢 ATU tələbələrinin nəzərinə

 Azərbaycan Texnologiya Universiteti (ATU) xarici ölkələrin bir sıra nüfuzlu universitetləri ilə ikitərəfli əməkdaşlıq çərçivəsində tələbə mübadilə proqramını elan edir.

✔️Proqram haqqında:

Mübadilə proqramı tələbələrə bir və ya iki semestr ərzində xarici universitetlərdə təhsil almaq, beynəlxalq təcrübə qazanmaq və akademik biliklərini inkişaf etdirmək imkanı yaradır. Bu çərçivədə tələbələr İspaniya, Almaniya, Polşa, Macarıstan, Rumıniya, Belarus, Rusiya, İsrail, Cənubi Koreya, Qazaxıstan və Özbəkistanın ümumilikdə 30-dan çox universitetində təhsil almaq imkanı əldə edəcəklər.

✔️Kimlər müraciət edə bilər?

  • Universitetin 1-ci və 2-ci kurs bakalavr tələbələri 
  • Akademik göstəriciləri yüksək olan tələbələr (minimum 75)
  • Xarici dil biliklərinə malik olanlar (ingilis və ya rus dili) 

✔️Maliyyə şərtləri:

  • Mübadilə proqramı çərçivəsində tələbələr qəbul olduqları xarici universitetdə təhsil haqqından azad olunurlar.
  • Təhsil haqqı istisna olmaqla, bütün digər xərclər (yaşayış, nəqliyyat, qidalanma, viza, sığorta və s.) tələbələrin özləri tərəfindən qarşılanır

✔️Tələb olunan sənədlər:

  • Akademik transkript 
  • Xarici dil biliyini təsdiq edən sertifikat (əgər varsa) 
  • Xarici pasportun surəti 

 ✔️Son müraciət tarixi: 30 aprel 2026

 ✔️ Proqrama müraciət linki: https://forms.gle/YfWxiS1wWx9KxtKR8