Gənc tədqiqatçıların nəzərinə!2021-ci il 11 noyabr tarixində saat 10:00-da Azərbaycan Texnologiya Universitetinin gənc tədqiqatçıları üçün "İnternet resurslarında ədəbiyyatla iş" mövzusunda seminar təşkil olunacaq.Universitetimizin bakalavr, magistr, doktorant, eləcə də gənc əməkdaşları qarşısında təlimçi qismində ABŞ-ın Vayominq Universitetinin tədqiqatçısı Ayxan Yusifov çıxış edəcək.Gənc tədqiqatçılarımız seminara aşağıdakı link vasitəsilə qoşula bilərlər:https://us02web.zoom.us/j/2649919656... 636 dəfə oxunub
Zəfər Gününə həsr olunmuş “Pandemiya dövründə gənclərin tədqiqat problemləri” adlı respublika konfransımızın panel iclasları öz işinə başladı. Saat 18:00-dək davam edəcək panel iclaslar 8 bölmə üzrə aparılır:✓ Qida sənayesi mühəndisliyi (sədr Əhəd Nəbiyev, həmsədr Mərdan Tağıyev)✓ Turizm xidməti (sədr Yusif Hümbətov, həmsədr Afət Qasımova)✓ Logistika mühəndisliyi (sədr Şakir Əliyev, həmsədr Məmməd Urkayev)✓ Yüngül sənaye mühəndisliyi (sədr Cahangir Hacıyev, həmsədr Tofiq Mirzəyev)✓ İnformasiya texnologiyaları və kompyuter mühəndisliyi (sədr Sakit Verdiyev, həmsədr Rövşən Hacıyev)✓ Metal və materiallar mühəndisliyi (sədr Nazim Vəliyev, həmsədr Musa Cəfərov)✓ İqtisadiyyat və biznesin idarəedilməsi (sədr Fizuli Məmmədov, həmsədr Nüşabə Hacıyeva)✓ Davamlı inkişaf və təhsil texnologiyaları (sədr Elşad Məmmədov, həmsədr Fuad Yusibov)Xatırladaq ki, konfransın məcmuələr toplusuna 100-dən çox tezis daxil edilib. 704 dəfə oxunub
Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində Erasmus+ proqramı üzrə inzibati heyət üçün beynəlxalq təlim və təcrübə mübadiləsi elan olunur.
Mübadilə proqramı aşağıdakı universitetlərdə həyata keçiriləcəkdir:
· İspaniya – Jaen Universiteti
· Polşa – Bialistok Texnologiya Universiteti
· Polşa – Varşava Ekologiya və Menecment Universiteti
İştirak sahələri:
· Beynəlxalq əlaqələr və əməkdaşlıq
· Tədrisin idarə olunması və keyfiyyətin təminatı
· Maliyyə və inzibati idarəetmə
· İnformasiya texnologiyaları və rəqəmsal idarəetmə
· Kitabxana və tələbə dəstəyi xidmətləri
Tələblər:
· Namizəd Azərbaycan Texnologiya Universitetinin inzibati heyət üzvü olmalıdır;
· İşlədiyi sahə üzrə ixtisaslaşmış bilik və təcrübəyə malik olmalıdır;
· Əsas ünsiyyət dili kimi ingilis dili biliyi tələb olunur;
· Erasmus+ proqramının şərtlərinə uyğun olaraq tərəfdaş universitetdə təlim, seminar və ya təcrübə proqramında iştirak etməlidir.
Müraciət üçün tələb olunan sənədlər:
1. Tərcümeyi-hal (CV) – ingilis dilində;
2. Təlim planı (Mobility Agreement for Training) – ingilis dilində;
3. Xarici pasportun surəti;
4. İngilis dili biliyini təsdiq edən sənəd (mövcud olduğu halda).
Müraciət müddəti: 1-30 noyabr 2021
Müraciət ünvanı:
Azərbaycan Texnologiya Universiteti,
Beynəlxalq Əməkdaşlıq Şöbəsi
II korpus 3-cü mərtəbə, otaq 2316
Əlavə məlumat üçün əlaqə: 0222573578, international@atu.edu.az
Tələbə və magistrantların nəzərinə! Azərbaycan Texnologiya Universitetinin Tələbə Elmi Cəmiyyəti öz fəaliyyətini bərpa edir və tələbələr üçün Elmi Seminarlara başlayır! Ayda iki dəfə olmaq şərti ilə həftənin IV günləri saat 11.00-da hər bir fakültədə təcrübəli müəllimlər tərəfindən aktual mövzular üzrə seminarlar keçiriləcək. Keçiriləcək seminarların mövzuları ilə bağlı tələbələrə öncədən məlumat veriləcək. Fakültələr üzrə seminarların keçirilməsi üçün ayrılmış otaqlar : - Qida mühəndisliyi fakültəsi – 3203 - cü auditoriya. - Yüngül sənaye və dizayn fakültəsi – 1305 - ci auditoriya. - İqtisadiyyat və İdarəetmə fakültəsi – 5309 - cu auditoriya. - Avtomatika Telekommunikasiya və İnformatika fakültəsi –4100 - cü auditoriya. Tələbə və magistrantları həmin seminarlara dəvət edirik. Əlaqə: 055-571-50-49 [email protected] II korpus, otaq 2023 673 dəfə oxunub
Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində Erasmus+ proqramı üzrə müəllim mübadiləsi elan olunur.
Mübadilə proqramı aşağıdakı universitetlərdə həyata keçiriləcəkdir:
· İspaniya – Jaen Universiteti
· Polşa – Bialistok Texnologiya Universiteti
· Polşa – Varşava Ekologiya və Menecment Universiteti
İxtisas sahələri:
· Dizayn
· İqtisadiyyat
· Menecment
· Kompüter elmləri
· İnformasiya texnologiyaları
Tələblər:
· Namizəd Azərbaycan Texnologiya Universitetinin tam ştatlı akademik heyət üzvü olmalıdır;
· Tədris dili kimi ingilis dili biliyi tələb olunur;
· Tədris mövzusu tərəfdaş universitetin akademik proqramına uyğun olmalıdır;
· Erasmus+ proqramının şərtlərinə uyğun olaraq ən azı 8 saatlıq tədris fəaliyyəti həyata keçirilməlidir.
Müraciət üçün tələb olunan sənədlər:
1. Tərcümeyi-hal (CV) – ingilis dilində;
2. Tədris planı (Teaching Mobility Agreement) – ingilis dilində;
3. Xarici pasportun surəti;
4. İngilis dili biliyini təsdiq edən sənəd (mövcud olduğu halda).
Müraciət müddəti: 1-30 oktyabr 2021
Müraciət ünvanı:
Azərbaycan Texnologiya Universiteti,
Beynəlxalq Əməkdaşlıq Şöbəsi
II korpus 3-cü mərtəbə, otaq 2316
Əlavə məlumat üçün əlaqə: 0222573578, international@atu.edu.az
Azərbaycan Texnologiya Universitetində UTECA elmi-praktik respublika konfransı keçiriləcək 5 noyabr 2021-ci il tarixində Azərbaycan Texnologiya Universitetində (UTECA) Zəfər Gününə həsr olunmuş “Pandemiya dövründə gənclərin tədqiqat problemləri“ mövzusunda elmi-praktik respublika konfransı keçiriləcək. Konfransın panelləri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib: ✓Qida mühəndisliyi✓Turizm xidməti✓Logistika mühəndisliyi✓Yüngül sənaye mühəndisliyi✓İnformasiya texnologiyaları və kompyuter mühəndisliyi✓Metal və materiallar mühəndisliyi✓İqtisadiyyat və biznesin idarəedilməsi✓Davamlı inkişaf və təhsil texnologiyaları Konfrans materiallarına olan tələblər Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi formata uyğun olaraq aşağıdakı kimidir: -Konfrans materialları konkret və konfransın mövzusuna uyğun olmalıdır;-Konfrans materialları Azərbaycan, rus və ya ingilis dillərində yazılmalıdır;-Mətn “Microsoft Word for Windows” redaktorunda Times New Roman (Az.latın) şriftlə (hərflərin ölçüsü-12, interval-1,5) yığılmalı, A4 formatlı standartla (210x297 mm) – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 sm olmaq şərti ilə 3 səhifədən çox olmayaraq hazırlanmalıdır;-Mətnin əvvəlində sağdan tədqiqatçının soyadı, adı va atasının adı, onun altında müssisəsinin adı, e-poçt ünvanı və növbəti sətirin mərkəzində isə konfrans materialının adı yazılmalıdır. Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr aşağıdakı qaydada göstərilməlidir: •Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir;•İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir;•Ədəbiyyət siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir;•Ədəbiyyat siyahısında son 5-10 ilin eImi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidır;•İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində göstərilir. Konfrans materialının sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus, rus dilində yazılmış məruzələrə Azərbaycan və ingilis, ingilis dillərində yazılmış məruzələrə isə Azərbaycan və rus dillərində) xülasə verilir. Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin və müəllifin adı göstərilməlidir. Konfrans materialları 30 oktyabr 2021-ci ildən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir. Konfrans materialının çapı Azərbaycan Texnologiya Universitetinin əməkdaşları və gənc tədqiqatçılar üçün ödənişsizdir. Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103Tel: (022) 257 00 46E-mail: [email protected] 729 dəfə oxunub