Elanlar
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ERASMUS+ MÜƏLLİM MÜBADİLƏSİ ELANI

Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində Erasmus+ proqramı üzrə müəllim mübadiləsi elan olunur.

Mübadilə proqramı aşağıdakı universitetlərdə həyata keçiriləcəkdir:

·        İspaniya – Jaen Universiteti

·        Ispaniya- Qranada Universiteti

·        Polşa – Silesiya Texnologiya Universiteti

·        Polşa – Varşava Ekologiya və Menecment Universiteti

·        Rumıniya – İasi Texniki Universiteti

İxtisas sahələri:

·        Dizayn

·        İqtisadiyyat

·        Menecment

·        Kompüter elmləri

·        İnformasiya texnologiyaları

Tələblər:

·        Namizəd Azərbaycan Texnologiya Universitetinin tam ştatlı akademik heyət üzvü olmalıdır;

·        Tədris dili kimi ingilis dili biliyi tələb olunur;

·        Tədris mövzusu tərəfdaş universitetin akademik proqramına uyğun olmalıdır;

·        Erasmus+ proqramının şərtlərinə uyğun olaraq ən azı 8 saatlıq tədris fəaliyyəti həyata keçirilməlidir.

Müraciət üçün tələb olunan sənədlər:

1.     Tərcümeyi-hal (CV) – ingilis dilində;

2.     Tədris planı (Teaching Mobility Agreement) – ingilis dilində;

3.     Xarici pasportun surəti;

4.     İngilis dili biliyini təsdiq edən sənəd (mövcud olduğu halda).

Müraciət müddəti: 1-30 oktyabr 2024

Müraciət ünvanı:
Azərbaycan Texnologiya Universiteti,
Beynəlxalq Ə
məkdaşlıq Şöbəsi

II korpus 3-cü mərtəbə, otaq 2316

Əlavə məlumat üçün əlaqə: 0222683578, international@atu.edu.az

 

 

Tyutor hazırlığı üzrə sənəd qəbulu elan olunur

Azərbaycan Texnologiya Universitetində Tyutor hazırlığı üzrə sertifikat proqramına sənəd qəbulu elan olunur.

Sertifikat proqramının məqsədi tədris prosesində tələbələrə peşəkar xidmət göstərə biləcək akademik məsləhətçilərin hazırlanmasıdır. Tədris prosesinin bütün mərhələlərini əhatə edən proqram təcrübəli ekspertlər tərəfindən aparılacaq.

Sənəd qəbulunun müddəti 5 oktyabr 2024-cü il tarixinə qədərdir. 

Proqramın başlama tarixi 10 oktyabr 2024-cü ildir. Qeyd edək ki, proqram çərçivəsində universitet tyutorlarının təkmilləşdirməsi də nəzərdə tutulub.

Yekunda nəticəsi  91-100 bal arası olan namizədlərə “Fərqlənmə”,  51-90 arası olan namizədlərə  “Adi”, 50 və 50-dən aşağı olan namizədlərə isə “Dinləyici” sertifikatı təqdim olunacaq.

Kursu uğurla keçən müdavimlər ATU-nun tyutor vakansiyalarına baş vura bilərlər.

Kursda iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

-Rektorun adına ərizə
-Təhsil haqqında sənədin (diplomun) surəti
-3×4 sm ölçüdə 1 ədəd fotoşəkil
-Şəxsiyyət vəsiqəsinin hər iki üzünün surəti (yeni nəsil olduqda bir üzü)

Əlaqə: (+994) 77 508 37 75 Günay Qəhrəmanova

Azərbaycan Texnologiya Universitetində Respublika Elmi-Praktik Konfransı keçiriləcəkdir

     5-6 noyabr 2024-cü il tarixində Azərbaycan Texnologiya Universitetində (ATU) Zəfər gününə həsr olunmuş “İnnovativ ekosistemlərin inkişafında universitetlərin rolu” mövzusunda hibrid formatda Respublika Elmi-Praktik Konfransı keçiriləcəkdir.

 

Konfransın bölmələri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib:

-   Qida mühəndisliyi və texnologiyaları

-   Süni intellekt, elektronika və informasiya texnologiyaları

-   Tekstil və yüngül sənaye

-   Dizaynda  innovativ texnologiyalar

-   Maşınqayırma, nəqliyyat və logistika

-   Metallurgiya  mühəndisliyi

-   Rəqəmsal iqtisadiyyat və idarəetmə

-   Turizm sənayesinin  təşkili

-   Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf

-   Fundamental elmlər və innovativ texnologiyalar

-   Multikultural təhsildə innovativ texnologiyalar

 

Konfrans materialları aşağıdakı tələblərə uyğun olaraq hazırlanmalıdır:

-    Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində qəbul olunur;

-    Mətn “Microsoft Word” redaktorunda Arial şrift ilə (hərflərin ölçüsü-12 pt, sətirarası interval -1,5, abzas-1,25), boş sahələrin ölçüləri soldan-25 mm, sağdan-15 mm, yuxarı və aşağıdan 20 mm olmaqla, A4 (210 mm x 297 mm) formatda hazırlanmalıdır;

-    Konfrans materialının mətni 3 səhifəyə qədər olmalıdır;            

-     Mətnin əvvəlində ortadan materialın mövzusu, onun altında tədqiqatçıların adı və soyadı, müəssisənin adı, müəlliflərin elektron poçt ünvanı yazılır (hər biri qalın şrift ilə);

  Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr aşağıdakı qaydada göstərilir:

-      Ədəbiyyat siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi “Dissertasiyanın tərtibi Qaydası”na (Əlavə 4.1-https://aak.gov.az/single/492) uyğun göstərilir;

-    İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində kvadrat mötərizədə göstərilir.

-    Ən azı bir xarici ədəbiyyata istinad arzuolunandır. 

Konfrans materialının sonunda açar sözlər və xülasə verilir (Azərbaycan dilində yazılmış materiala İngilis və Rus dillərində, Rus dilində yazılmış materiala Azərbaycan və İngilis dillərində, İngilis dilində yazılmış materiala Azərbaycan və Rus dillərində). Müəllifin əldə etdiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə materialın, müəllifin və müəssisənin adı yuxarıda qeyd olunan qaydada göstərilməlidir.

Konfransın redaksiya heyətinə təqdim olunan materialın orijinallığı 85 %-dən az olmamalıdır.

Konfrans materialları konkret və konfransın mövzusuna uyğun olmadıqda, yuxarıda qeyd olunan tələbləri ödəmədikdə, Təşkilat komitəsi tərəfindən qəbul edilmir.

Çıxış üçün qəbul edilən konfrans materialı haqqında məlumat müəlliflərə konfransa 3 gün qalmışa qədər (son tarix 2 noyabr) göndərilir.

Konfransda çıxış edən hər bir  tədqiqatçıya sertifikat verilir.

Konfrans materialları 20 gün ərzində (noyabrın 27-ə qədər) PDF formatında konfransın rəsmi saytında (https://atu.edu.az/konferanslar) yerləşdirilir.

Konfransda iştirak ATU-nun əməkdaşları, gənc tədqiqatçıları (doktorant, dissertant və magistrantlar) üçün ödənişsizdir. Digər iştirakçıların konfrans materialının hər səhifəsi üçün   5 manat ödəməsi nəzərdə tutulur. Konfrans materialları ödəniş qəbzi ilə birgə təqdim olunur.

 

Ödəniş üçün tələb olunan rekvizitlər aşağıdakılardır:

 

AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ MMC

VÖEN: 2300343181

H/H: AZ39AIIB38060019440135272127

Bankın adı:  “Kapitalbank” ASC Gəncə filialı

Bankın kodu:  200275

VÖEN:  9900003611

Müxbir hesab:  AZ37NABZ01350100000000001944

S.W.I.F.T. BİK: AIIBAZ2X

Konfrans materialları 25 oktyabr 2024-cü ildən gec olmayaraq conference@atu.edu.az  elektron poçt ünvanına göndərilməlidir.

Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103

Tel: (022) 268 00 46

e-mail: conference@atu.edu.az

   

 

   

 


ATU vakant olan vəzifənin tutulması üçün  müsabiqə elan edir

 

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

Azərbaycan Texnologiya Universiteti

 

Aşağıda adı göstərilən vakant olan vəzifənin tutulması üçün

müsabiqə elan edilir:

 

- “Kimya və metallurgiya mühəndisliyi” kafedrası   –  kafedra müdiri

 

Sənədlərin təqdim olunması bu elan dərc edildiyi tarixdən 1 ay müddətindədir.

Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin F-100 nömrəli 05 fevral 2018-ci il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nın tətbiqi barədə əmrə uyğun olaraq elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.

Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir.

 

Ünvan: AZ 2011, Gəncə şəhəri, Ş.İ.Xətai pr. 103

Əlaqə telefonu: 022-257-56-29

 

                        REKTORLUQ

 

 

 

 

ATU vakansiya elan edir!

Azərbaycan Texnologiya Universiteti 2024/2025-ci tədris ili üzrə aşağıdakı müəllim vakansiyalarını təqdim edir:

•⁠  ⁠“Nəqliyyat mühəndisliyi” ixtisası (dəmir yolu mütəxəssisi) üzrə 1 vakansiya

•⁠  ⁠“Şərabçılıq” ixtisası  (rus və ingilis bölməsi üçün)  üzrə 2 vakansiya

•⁠  ⁠“Ekologiya və ekologiya mühəndisliyi” ixtisası (Azərbaycan, rus, ingilis bölməsi üçün) üzrə 2 vakansiya

•⁠  ⁠“Marketinq” ixtisası üzrə 1 vakansiya

•⁠  ⁠“Mühasibat” ixtisası üzrə 1 vakansiya

•⁠  ⁠“İqtisadiyyat” ixtisası üzrə 1 vakansiya

•⁠  ⁠“Biznesin idarə edilməsi” ixtisası üzrə 1 vakansiya

•⁠  ⁠“Menecment” ixtisası üzrə 1 vakansiya

•⁠  ⁠“Turizm işinin təşkili” ixtisası üzrə 1 vakansiya

•⁠  ⁠“Turizm bələdçiliyi” ixtisası üzrə 1 vakansiya

•⁠  ⁠“İnformasiya texnologiyaları" ixtisası üzrə 1 vakansiya 

•⁠  ⁠"Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 1 vakansiya

•⁠  ⁠"Kompüter mühəndisliyi" ixtisası üzrə 1 vakansiya

•⁠  ⁠"Radiotexnika və telekommunikasiya mühəndisliyi" ixtisası üzrə 1 vakansiya 

•⁠  ⁠"Həyat fəaliyyətinin təhlükəsizliyi" fənni üzrə 1 vakansiya

•⁠  ⁠"Yüngül sənaye mühəndisliyi və dizayn" kafedrasında 1 vakansiya

•⁠  ⁠"Ümumi və tətbiqi riyaziyyat" kafedrasında 2 vakansiya

•⁠  ⁠"Ümumi və tətbiqi fizika"  kafedrasında 3 vakansiya (fizika, astrofizika, Azərbaycan və rus bölməsi üçün)

•⁠  ⁠"Xarici dillər" kafedrasında 1 vakansiya (fransız dili)

NAMİZƏDƏ TƏLƏBLƏR:

•⁠  ⁠Əlaqədar sahədə magistr və daha yüksək elmi dərəcəsinin olması;

•⁠  ⁠Müvafiq ixtisas və fənn üzrə yüksək bilik səviyyəsinə malik olması

Müraciət etmək üçün CV formaları tədris etmək istədiyiniz sahənin adı qeyd edilməklə 11 sentyabr 2024-cü il tarixinədək i.alizade@atu.edu.az email ünvanına göndərilməlidir.

Azərbaycan Texnologiya Universiteti vakansiya elan edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Azərbaycan Texnologiya Universiteti

 Aşağıda adları göstərilən vakant olan vəzifələrin tutulması üçün müsabiqə elan edilir:

 

- “İqtisadiyyat” kafedrası –  kafedra müdiri

Sənədlərin təqdim olunması bu elan dərc edildiyi tarixdən 1 ay müddətindədir.

Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-100 nömrəli 05 fevral 2018-ci il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nın tətbiqi barədə əmrə uyğun olaraq elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.

Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir. 

        Ünvan: AZ 2011, Gəncə şəhəri, Ş.İ.Xətai pr. 103 
        Əlaqə telefonu: 022-257-56-29

 

                   REKTORLUQ