Bu dəfə proqram 4 aylıq təcrübə müddəti ilə həyata keçiriləcək. Proqram haqqında daha ətraflı məlumat verilməsi məqsədilə Azərbaycan Texnologiya Universiteti tələbələri üçün onlayn info-sessiya təşkil olunur.
📆 16 aprel
⏱️ 16:00
🖥️ MS Teams
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Texnologiya Universiteti
Aşağıda adları göstərilən vakant olan vəzifələrin tutulması üçün
müsabiqə elan edilir:
- “İctimai elmlər və multikulturalizm” kafedrası - dosent - 2 yer
- “Turizm sənayesinin təşkili” kafedrası - kafedra müdiri
- “Xarici dillər” kafedrası - kafedra müdiri
Sənədlərin təqdim olunması bu elan dərc edildiyi tarixdən 1 ay müddətindədir.
Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-100 nömrəli 05 fevral 2018-ci il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları” və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 401 nömrəli 07 avqust 1996-cı il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” əmrə uyğun olaraq elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.
Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir.
Ünvan: AZ 2011, Gəncə şəhəri, Ş.İ.Xətai pr. 103
Əlaqə telefonu:022-268-66-22
REKTORLUQ
"Ədliyyə Könüllüləri" hərəkatının yeni mərhələsi çərçivəsində Ədliyyə Nazirliyi aparatı və tabeli qurumlarında bir sıra proqramların tətbiqinə start verilir. İlkin olaraq qeydiyyat mərhələsi həyata keçirilən 7 proqram aşağıdakılardır:
- “Probasiya” proqramı
- “Notariat və qeydiyyat” proqramı
- “İnsan resursları” proqramı
- “Sosial iş” proqramı
- “Kargüzarlıq” proqramı
- “Vətəndaşlarla iş” proqramı
- “Psixologiya” proqramı
Bu təşəbbüs SDG 16 (Sülh, ədalət və güclü institutlar) və SDG 4 (Keyfiyyətli təhsil) məqsədləri ilə uyğunluq təşkil edir. Könüllülük proqramları gənclərin hüquqi sistem haqqında biliklərini artırmaqla yanaşı, onların ictimai iştirakçılığını gücləndirir. Praktiki fəaliyyət vasitəsilə əldə olunan təcrübə vətəndaş məsuliyyətinin formalaşmasına töhfə verir. Bu isə güclü və şəffaf institutların inkişafını dəstəkləyir.
Sən də istədiyin proqramı seç və Ədliyyə Könüllülərinin bir parçası ol!
Qeydiyyat üçün: https://bit.ly/justicevolunteersregistration
11 aprel tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Texnologiya Universitetində elm və ali təhsil ictimaiyyətinə açıq info-sessiya keçiriləcək. Bu sessiya elmi fəaliyyətlə məşğul olan şəxslərə tədqiqat zamanı süni intellektin imkanlarından istifadə üçün faydalı alət və yanaşmalarla tanışlıq imkanı yaradacaq.
İnfo-sessiyada Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin əməkdaşı Nərminə Abdullayeva “Scopus” elmmetrik bazasından səmərəli istifadə və “Scopus AI” süni intellekt alətinin imkanları ilə bağlı təqdimatla çıxış edəcək. Sessiyada aşağıdakı mövzulara toxunulacaq:
• Əhatəli ədəbiyyat və kvartillər üzrə jurnal axtarışı strategiyaları
• Tədqiqat trendləri, istinadlar, qurum və müəllif profilləri və tədqiqat təsirlərinin təhlili
• Süni intellekt aləti vasitəsilə tədqiqat prosesinin sürətləndirilməsi və vaxta qənaət
• Etibarlı və aktuallığı təsdiqlənmiş mənbələrə əsaslanaraq tədqiqat keyfiyyətinin artırılması
Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) ilə əlaqələndirilir. Süni intellekt alətlərinin elmi tədqiqatlara tətbiqi akademik məhsuldarlığın artmasına imkan yaradır. Tədqiqat proseslərinin optimallaşdırılması və məlumatlara çıxışın asanlaşması elmi fəaliyyətin keyfiyyətini yüksəldir. Bu isə innovativ tədqiqat mühitinin formalaşmasına töhfə verir.
Gəncə şəhəri və ətraf ərazilərdən olan elm və təhsil ictimaiyyətinin nümayəndələri info-sessiyada iştirak üçün qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/vWQZzCxXQVQDh6Hm6
Tarix: 11.04.2025-ci il, saat 11:00
Məkan: Gəncə şəhəri, Azərbaycan Texnologiya Universiteti, Akt zalı
6-7 may 2025-ci il tarixində Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Dördüncü sənaye inqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda hibrid formatda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcəkdir.
Konfransın bölmələri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib:
- Qida mühəndisliyi və texnologiyaları
- Süni intellekt, elektronika və informasiya texnologiyaları
- Tekstil və yüngül sənaye
- Dizaynda innovativ texnologiyalar
- Maşınqayırma, nəqliyyat və logistika
- Metallurgiya mühəndisliyi
- Rəqəmsal iqtisadiyyat və idarəetmə
- Turizm sənayesinin təşkili
- Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf
- Fundamental elmlər və innovativ texnologiyalar
- Multikultural təhsildə innovativ texnologiyalar
Konfrans materialları aşağıdakı tələblərə uyğun olaraq hazırlanmalıdır:
- Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində qəbul olunur;
- Mətn “Microsoft Word” redaktorunda Arial şrift ilə (hərflərin ölçüsü-12 pt, sətirarası interval -1,5, abzas-1,25), boş sahələrin ölçüləri soldan-25 mm, sağdan-15 mm, yuxarı və aşağıdan 20 mm olmaqla, A4 (210 mm x 297 mm) formatda hazırlanmalıdır;
- Konfrans materialının mətni 3 səhifədən çox olmamalıdır;
- Mətnin əvvəlində ortadan materialın mövzusu (böyük hərflərlə), onun altında tədqiqatçıların adı və soyadı, müəssisənin adı, müəlliflərin elektron poçt ünvanı yazılır (hər biri qalın şrift ilə);
Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr aşağıdakı qaydada göstərilir:
- İstifadə edilmiş ədəbiyyat siyahısında əvvəlcə Azərbaycan dilində, sonra isə türk, rus, ingilis, fransız, alman, ərəb və s. dillərdə olan mənbələr hər bir dilə uyğun əlifba sırası ilə düzülür və ardıcıl olaraq nömrələnir.
- İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində kvadrat mötərizədə göstərilir.
- İstifadə edilmiş ədəbiyyat siyahısında, əsasən son 10 ildə nəşr edilmiş elmi əsərlərin olması arzuolunandır.
- İstifadə edilmiş ədəbiyyatın biblioqrafik təsvirinə aid nümunələrlə verilmiş link vasitəsilə (Əlavə 4.1 - https://aak.gov.az/single/492) tanış ola bilərsiniz.
Konfrans materialının sonunda İngilis dilində xülasə və açar sözlər verilir. Müəllifin əldə etdiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasə elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə materialın, müəllifin və müəssisənin adı yuxarıda qeyd olunan qaydada göstərilməlidir.
-Konfransın redaksiya heyətinə təqdim olunan materialın orjinallığına, elmi yeniliyinə və s. müəlliflər cavabdehdir.
-Konfrans materialları konkret və konfransın mövzusuna uyğun olmadıqda, yuxarıda qeyd olunan tələbləri ödəmədikdə Təşkilat komitəsi tərəfindən qəbul edilmir.
-Çıxış üçün qəbul edilən konfrans materialı haqqında məlumat müəlliflərə konfransa 4 gün qalmışa qədər (son tarix 2 may) göndərilir.
-Konfransda çıxış edən hər bir tədqiqatçıya sertifikat verilir.
- Konfrans materialları 23 gün ərzində (mayın 30-a qədər) PDF formatında konfransın rəsmi saytında (https://atu.edu.az/konferanslar) yerləşdirilir.
-Konfransda iştirak ATU-nun doktorantları, dissertantları, magistrantları, əməkdaşları və xarici ölkələri təmsil edən şəxslər üçün ödənişsizdir. Digər iştirakçıların konfrans materialının hər səhifəsi üçün 5 manat ödəniş etməsi nəzərdə tutulur. Konfrans materialları ödəniş qəbzi ilə birgə təqdim olunmalıdır.
- Ödəniş üçün tələb olunan rekvizitlər aşağıdakılardır:
AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ PUBLİK HÜQUQİ ŞƏXS
VÖEN: 2300343181
H/H: AZ39AIIB38060019440135272127
Bankın adı: “Kapitalbank” ASC Gəncə filialı
Bankın kodu: 200275
VÖEN: 9900003611
Müxbir hesab: AZ37NABZ01350100000000001944
S.W.I.F.T. BİK: AIIBAZ2X
Konfrans materialları 25 aprel 2025-ci ildən gec olmayaraq conference@atu.edu.az elektron poçt ünvanına göndərilməlidir.
Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103
Tel: (022) 268 00 46
e-mail: conference@atu.edu.az
Konfransın proqramı barədə ərtaflı məlumat əldə etmək və konfransa qoşulmaq üçün veb səhifə: conference.atu.edu.az