Elanlar
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Tələbələr “Agro Dairy” şirkətlər qrupu ilə tanış olacaq

17 dekabr, saat 11:00-da Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün “Agro Dairy” şirkətlər qrupunun tanıtım sessiyası keçiriləcək.

Tədbir zamanı tələbələr ölkənin aparıcı şirkətlərindən biri olan “Agro Dairy”nin müxtəlif fəaliyyət sahələri, inkişaf istiqamətləri və fərqli ixtisaslar üzrə təqdim etdiyi karyera imkanları ilə yaxından tanış olmaq fürsəti əldə edəcəklər.

ATU tələbələrini böyük akt zalında təşkil olunacaq tanıtım sessiyasında iştirak etməyə dəvət edirik.

 

 

ATU-da Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcəkdir

Azərbaycan Texnologiya Universitetində (ATU) 5-6 may 2026-cı il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Beşinci sənaye inqilabına doğru – universitetlərin rolu, çağırışlar və imkanlar” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcəkdir. 

Ətraflı: https://conference.atu.edu.az/

ATU-da növbəti seminar keçiriləcək

Azərbaycan Texnologiya Universitetində (ATU) turizm sahəsində karyera qurmaq istəyən tələbələr və ATU məzunları üçün növbəti seminar keçiriləcək. Təlimçi qismində “JOB in Global” MMC-nin təsisçisi Ceyhun Sabirli çıxış edəcək. Mütəxəssis Türkiyənin turizm sahəsində iş fürsətləri və karyera imkanları” mövzusunda faydalı məlumatlar təqdim edəcək.

Təlim 5 dekabr 2025-ci il, saat 12:00-da ATU-nun Akt zalında baş tutacaq.


ATU-nun yaradıcı tələbələrinin diqqətinə!

Azərbaycan Texnologiya Universiteti (ATU) teatr, musiqi, rəqs, əl işi, qiraət və s. kimi qabiliyyəti olan tələbələri bir araya gətirir.  Yaradıcı tələbələrimiz 2305 nömrəli otağa və ya creative@atu.edu.az poçt ünvanına müraciət edərək komandamıza qoşula bilərlər.

Əziz tələbələr, “Conversation Club” yenidən sizlərlə!

İngilis dilində danışıq bacarıqlarınızı təkmilləşdirmək, müxtəlif mövzularda interaktiv müzakirələrə qatılmaq və real kommunikativ mühitdə sərbəst danışıq təcrübəsi qazanmaq istəyirsinizsə, ATU-nun “Conversation Club” layihəsinə qoşulmaq üçün əla fürsətiniz var. Yeni görüşlər 20 noyabr 2025-ci il tarixindən etibarən həyata keçiriləcəkdir.

Təlim cədvəli aşağıdakı kimidir:
I günlər (Bazar ertəsi) 12:00 – 13:00
IV günlər (Cümə axşamı)13:00 – 14:00

Təlimlər ATU-nun Xarici dillər kafedrasının peşəkar müəllimləri, həmçinin xarici təlimçilər tərəfindən aparılacaq, bununla da tələbələrə müxtəlif linqvistik mühitlərdən olan mütəxəssislərlə birbaşa ünsiyyət imkanı yaradılacaq.

Sizi nə gözləyir?
* Real danışıq mühitində ünsiyyət
* Akademik və gündəlik mövzularda söhbətlər
* İnteraktiv oyunlar, debatlar, rol oyunları
* Yeni dostluqlar və dil təcrübəsi
* Motivasiyaedici və dinamik dərs formatı

“Conversation Club” — sərbəst danış, müzakirə et, özünü inkişaf etdir!

İngilis dilində özünüzü daha inamlı hiss etmək istəyirsinizsə, bu fürsəti qaçırmayın!

 

 

Tələbələr üçün turizm sahəsində seminar keçiriləcək

Azərbaycan Texnologiya Universitetində (ATU) turizm sahəsində karyera qurmaq istəyən tələbə və məzunlar üçün seminar keçiriləcək. Təlimçi qismində “JOB in Global” MMC-nin təsisçisi Ceyhun Sabirli çıxış edəcək. Mütəxəssis Türkiyədə turizm sektoru, mövcud vakansiyalar, beynəlxalq iş mühiti və karyera quruculuğu barədə faydalı məlumatlar təqdim edəcək.

Təlim 20 noyabr 2025-ci il, saat 12:00-da ATU-nun V tədris korpusunda baş tutacaq. 

Turizm sahəsində karyera imkanları ilə maraqlanan hər kəs seminara qatılmağa dəvət edilir.