Yüngül sənaye mühəndisliyi və logistika fakültəsi
Əliyev Şakir Hüseynqulu oğlu
Qədimov İlham Oqtay oğlu
Yüngül sənaye mühəndisliyi və logistika fakültəsi haqqında
Yaranma tarixi
Yüngül sənaye mühəndisliyi və logistika fakültəsi Çingiz İldırım adına AzərbaycanPolitexnik İnstitutunun Gəncə filialında iki müstəqil fakültənin - 1978-ci ildən fəaliyyətgöstərən “Mexanika” fakültəsi və 1981-ci ildən fəaliyyət göstərən “Toxuculuq və yüngülsənayenin texnologiyası” fakültələrinin əsasında 1991-ci ildə təşkil olunmuş və “Yüngülsənayenin mexanikası və texnologiyası” fakültəsi adı ilə 1995-ci ilə qədər fəaliyyətgöstərmişdir. Sonralar fakültənin adı dəyişdirilərək, 2015-2016-cı illərdə“Standartlaşdırma və texnoloji maşınlar” adı ilə fəaliyyətini davam etdirmişdir. Dahasonra, 2016-2017-ci illərdə fakültənin adı dəyişdirilərək “Mexanika və metallurgiyamühəndisliyi” adlanmışdır. 2017-ci ildən hal-hazıra kimi “Yüngül Sənaye Mühəndisliyi vəlogistika” fakültəsi adlanır.
Dekan, dekan müavinləri, tyutorlar
Dekan Əliyev Şakir Hüseynqulu oğlu
Dekan müavini:
Tədris işləri üzrə: Qədimov İlham Oqtay oğlu
Tyutorlar:
I kurs üzrə: Kəsəmənli Ləman Qardaşxan
II kurs üzrə: Quliyeva Vüsalə Hamlet
III kurs üzrə: Sadıqova Sevinc Rövşən
IV kurs üzrə: Yusubova Vəfa Vüqar
İxtisaslar:
Fakültədə çoxpilləli tədris sistemi əsasında:
050621- “ Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi”;
050632-“Nəqliyyat mühəndisliyi”;
050627-“Metallurgiya mühəndisliyi”,
050306- “Dizayn”,
050806- “Nəqliyyatda servis”,
050622- “Maşın mühəndisliyi” ,
050638-“Sənaye mühəndisliyi” ixtisasları üzrə bakalavr və magistrlər hazırlanır.
Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində aşağıdakı kafedralar fəaliyyətgöstərir.
1. “Maşın mühəndisliyi və logistika” ;
2. “Kimya və metallurgiya mühəndisliyi “
3. “Yüngül sənaye mühəndisliyi və Dizayn” .
FAKÜLTƏDƏ TƏDRİS İŞLƏRİ
Fakültədə 2 professor, 25 dosent,25 baş müəllim və 15 assistent fəaliyyət göstərir.Fakültə əməkdaşları tərəfindən 1 ədəd dərslik. 5 dərs vəsaiti, 7 metodiki göstəriş nəşrolunmuşdur.
FAKÜLTƏNİN ELMİ İŞLƏRİ
I. “Yüngül sənaye mühəndisliyi və logistika” fakültəsində 2024-2026-cı illərdə yerinə yetiriləcək Elmi-Tədqiqat İslərinin
MÖVZULARI
1.Problem mövzu: Yüngül sənaye məmulatlarının dizayn layihələndirilməsində utilitar –funksional və estetik problemlərin tədqiqi.
Mövzu rəhbəri: prof. Hacıyev İmaş Adışirin oğlu
2. Problem mövzu: Qazax-Borçalı xalçalarının bədii xüsusiyyətlərinin tədqiqi.
Mövzu rəhbəri: prof. Hacıyev Çahangir Əhməd oğlu
3. Problem mövzu: Məktəbli geyimlərinin erqonomik layihələn- dirilmə üsulunun işlənməsi.
Mövzu rəhbəri: dos. Mirzəyev Tofiq Hacı oğlu
4. Daşkəsən «Zəylik Alünit Mədənindən hasil edilən alunit filizinin ekoloji təmiz və iqtisadi cəhətdən daha səmərəli kompleks emal texnologiyasının işlənib hazırlanması
Mövzu rəhbəri: dos. Əmiraslanova Niyar İsmayıl qızı
5. Gəncə - Daşkəsən və Tovuz – Qazax iqtisadi rayonlarında fəaliyyət göstərən metallurgiya sənayesinin logistik sisteminin əsas istiqamətləri
Mövzu rəhbəri: prof. Səfərov Cəmil İldır oğlu
II. Fakültə əməkdaşlarının elmi işləri
Fakültə əməkdaşlarının 2024 - cü ildə 6 məqalə Skopus bazasında, 2 məqalə WoC bazasında nəşr olunmuşdur. Eyni zamanda 5 monoqrafiya, 14 məqalə respublika jurnallarında, 26 məqalə xaricdə, 152 konfrans materialı respublikada, 11 konfrans materialı xaricdə nəşr olunmuşdur.
II.Tələbə Elmi Cəmiyyətinin - 2024-ci il üçün fəaliyyətində, əsasən 20 tələbə seminarı keçirilmişdir.
Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində aparılan tədbirlər
Fakültədə son illər universitet rəhbərliyinin köməyilə respublikada fəaliyyət göstərən istehsal və mədəniyyət müəssisələri ilə əməkdaşlıq edilir. GəncəTekstil ASC - ilə, Gəncə şəhəri Regional mədəniyyət idarəsi ilə, Qalaksi Türk şirkəti ilə - Sumqayıt texnoparkının GİLTEX MM ilə, Mingəçevir Gilan Tekstil Parkınin əyricilik fabriki ilə, Zəyəm texnologiyalar parkı ilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), "Azərbaycan Dəmir Yolları" QSC ilə əməkdaşlıq memorandumu bağlanmıdır.
Memorandumun əsas məqsədi Elm, təhsil ilə iqtisadiyyat (özəl sektor) arasında inteqrasiyasına, başqa sözlə, praktiki əlaqələrin genişləndirilməsinə, bu istiqamət üzrə birgə proqramların təşkilinə, habelə, şirkətə gənc kadrların cəlb edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirməkdir.
Universitetlərarası tələbə mübadiləsində Erasmus proqramı üzrə Rumıniyada
Baxışov Hüseyn Eynulla oğlu və Həsənzadə Murad Azad oğlu İASİ Texniki Universitetində, Hacıyeva Günel Füzuli qızı və Xəlilova Fatimə Şiraslan qızı Varşava Ekologiya və Menecment Universitetində təhsil alıb.