Elanlar
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU-da süni intellekt hakatonu keçiriləcək

Azərbaycan Texnologiya Universitetində (ATU) tələbələr arasında ilk dəfə olaraq “Aİ hackathon” keçiriləcək. Süni intellekt hakatonu “Gələcəyin texnologiyalarına addım” devizi ilə keçirilir.

28-30 oktyabr 2025-ci il tarixlərində baş tutacaq yarışda tələbələr texnoloji həllər, animasiya və oyun mövzuları üzrə komandalar şəklində mübarizə aparacaq, süni intellekt və innovativ yanaşmalarla öz ideyalarını təqdim edəcəklər.

Qeydiyyat 18 oktyabr 2025-ci il tarixinə qədər davam edəcək.

Ətraflı: https://sites.google.com/view/aihakatonatu/

ATU-da tələbələr üçün Tanışlıq Günü təşkil olunacaq

Azərbaycan Texnologiya Universitetində 11 sentyabr, saat 11:00-da yeni qəbul olunmuş tələbələr üçün Tanışlıq Günü təşkil olunacaq. Tanışlıq Günü I kurs tələbələrinin universitet mühitinə inteqrasiyasını asanlaşdırmaq məqsədi ilə baş tutacaq. Görüş zamanı tələbələr universitetin strukturu, idarəetmə sistemi, tədris prosesinin təşkili, tədris binalarının və fakültələrin yerləşməsi, kafedraların fəaliyyəti barədə məlumat alacaq, fakültə rəhbərliyi və akademik məsləhətçilərlə tanış olacaqlar.
 
Eyni zamanda tələbələrə universitetin daxili qaydaları, təhsil müddətində istifadə olunacaq elektron sistemlər və administrativ prosedurlar barədə də təqdimat ediləcək. Əyani təhsil alacaq bütün I kurs tələbələri görüşə dəvətlidir.

Azərbaycan Texnologiya Universitetində Respublika Elmi-Praktik Konfransı  keçiriləcəkdir

5-6 noyabr 2025-ci il tarixində Azərbaycan Texnologiya Universitetində (ATU) Zəfər Gününə həsr olunmuş “Elm və texnologiyaların müasir trendləri” mövzusunda hibrid formatda Respublika Elmi-Praktik Konfransı keçiriləcəkdir.

 

Konfransın bölmələri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib:

-Qida mühəndisliyi və texnologiyaları

-Süni intellekt, elektronika və informasiya texnologiyaları

-Tekstil, yüngül sənaye və dizaynda innovativ texnologiyalar

-Maşınqayırma, nəqliyyat və logistika

-Metallurgiya mühəndisliyi

-Rəqəmsal iqtisadiyyat və idarəetmə

-Turizm sənayesinin təşkili

-Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf

-Fundamental elmlər və innovativ texnologiyalar

-Multikultural təhsildə innovativ texnologiyalar

 

Konfrans materialları aşağıdakı tələblərə uyğun olaraq hazırlanmalıdır:

-Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində qəbul olunur;

-Mətn “Microsoft Word” redaktorunda Arial şrift ilə (hərflərin ölçüsü-12 pt, sətirarası interval -1,5, abzas-1,25), boş sahələrin ölçüləri soldan-25 mm, sağdan-15 mm, yuxarı və aşağıdan 20 mm olmaqla, A4 (210 mm x 297 mm) formatda hazırlanmalıdır;

-Konfrans materialının mətni 3 səhifədən çox olmamalıdır;

-Mətnin əvvəlində ortadan materialın mövzusu, onun altında tədqiqatçıların adı və soyadı, müəssisənin adı, müəlliflərin elektron poçt ünvanı yazılır (hər biri qalın şrift ilə);

 

Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr aşağıdakı

qaydada göstərilir:

-İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində kvadrat mötərizədə göstərilir.

-İstifadə edilmiş ədəbiyyat siyahısında, əsasən son 10 ildə nəşr edilmiş elmi əsərlərin

olması arzuolunandır.

-İstifadə edilmiş ədəbiyyatın biblioqrafik təsvirinə aid nümunələrlə verilmiş link vasitəsilə

(Əlavə 4.1 - https://aak.gov.az/single/492) tanış ola bilərsiniz.

 

Konfrans materialının sonunda Azərbaycan dilində  açar sözlər və xülasə verilir.  Müəllifin əldə etdiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə materialın, müəllifin və müəssisənin adı yuxarıda qeyd olunan qaydada göstərilməlidir.

 

Konfransın redaksiya heyətinə təqdim olunan materialın orijinallığına, elmi yeniliyinə müəlliflər cavabdehdir.

 

Bu tələbləri ödəməyən konfrans materialları Təşkilat komitəsi tərəfindən qəbul edilmir və bu barədə müəlliflərə məlumat verilmir.

 

Çıxış üçün qəbul edilən konfrans materialı haqqında məlumat müəlliflərə konfransa 2 gün qalmışa qədər (son tarix 3 noyabr) göndərilir.

 

Konfransda çıxış edən hər bir tədqiqatçıya sertifikat verilir.

 

Konfrans materialları 25 gün ərzində (dekabrın 1-ə qədər) PDF formatında konfransın rəsmi saytında (https://atu.edu.az/konferanslar) yerləşdirilir.

 

Konfransda iştirak ATU-nun əməkdaşları, gənc tədqiqatçıları (doktorant, dissertant və  magistrantlar) üçün ödənişsizdir. Digər iştirakçıların konfrans materialının hər səhifəsi üçün 5 manat ödəməsi nəzərdə tutulur. Konfrans materialları ödəniş qəbzi ilə birgə təqdim olunur.

 

Ödəniş üçün tələb olunan rekvizitlər aşağıdakılardır:

 

AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ PUBLİK HÜQUQİ ŞƏXS

VÖEN: 2300343181

H/H: AZ39AIIB38060019440135272127

Bankın adı: “Kapitalbank” ASC Gəncə filialı

Bankın kodu: 200275

VÖEN: 9900003611

Müxbir hesab: AZ37NABZ01350100000000001944

S.W.I.F.T. BİK: AIIBAZ2X

 

Konfrans materialları 31 oktyabr 2025-ci ildən gec olmayaraq conference@atu.edu.az elektron poçt ünvanına göndərilməlidir.

 

Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103

Tel: (022) 268 00 46

 

e-mail: conference@atu.edu.az

 

 


Azərbaycan Texnologiya Universitetinə qəbul olanların nəzərinə!

 
"Abituriyentlərə Dəstək Mərkəzi"miz yenidən abituriyentlərin ixtiyarındadır.
Elektron qeydiyyatla bağlı çətinliklə qarşılaşanlar universitetimizdə fəaliyyət göstərən "Abituriyentlərə Dəstək Mərkəzi"nin təmənnasız xidmətindən yararlana bilərlər.

Qeydiyyat üçün müraciət edənlər özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər:
1. Şəxsiyyət vəsiqəsinin surəti
2. Attestat (diplom, arayış)
3. Şəkil (3x4 ölçüdə, tələbə bileti üçün)
4. Hərbi qeydiyyat vəsiqəsi (ağ bilet) və ya hərbi biletin surəti
5. Təhsil haqqının ödənilməsinə dair qəbz (Kapital Bank)
6. Təhsil haqqını ödəməkdən azad olanlar üçün statusu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti
7. ⁠Kağız qovluq

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı elektron qaydada portal.edu.az vasitəsilə aparılır. Qeydiyyat prosesi 8 sentyabr saat 18:00-dək davam edəcək.

Exciting Opportunities Await!

We are thrilled to share our latest university brochure, designed specifically for international students! Discover a world of academic excellence, vibrant campus life, and a supportive community that cherishes diversity. 

Explore our brochure now and step into a journey of endless possibilities!

Abituriyentlərin nəzərinə!

Azərbaycan Texnologiya Universitetində boş qalan plan yerləri (69 yer) aşağıdakı kimidir:

I qrup üzrə:

Qida mühəndisliyi** - 14 yer

Metallurgiya mühəndisliyi – 12 yer

Sənaye mühəndisliyi – 13 yer

Şərabçılıq*– 3 yer

Maşın mühəndisliyi - 8 yer

II qrup üzrə:

İqtisadiyyat* - 15 yer

Beynəlxalq ticarət və logistika – 4 yer



*tədris ingilis dilində
**tədris rus dilində