Qida mühəndisliyi və ekspertiza kafedrası
Yaranma tarixi
Çingiz İldırım adına Azərbaycan Politexnik İntitunun Gəncə filialında 1976-cı ildə Yeyinti və yüngül sənaye istehsalı texnologiyası fakültəsi yaradılmışdır. Həmin ildə bu fakültənin nəzdində “Kimya və konservləşdirmənin texnologiyası” kafedrası yaradılmışdır. Həmin ildə kafedraya dosent İsmayıl Sadıxov rəhbərlik etmişdir.
1981-ci ildə filialın bazası əsasında Azərbaycan Texnologiya İnstitutu yaranandan sonra həmin ildən konservləşdirmənin texnologiyası ixtisası bu kafedranın tərkibindən ayrılmış və k.t.e.d., professor Nadir Məsim oğlu Hüseynovun rəhbərliyi altında “Yeyinti məhsullarının konservləşdirilməsinin texnologiyası” kafedrası kimi fəaliyyətə başlamışdır.
2002-ci ildə “Konservləşdirmənin texnologiyası” və “Biokimya” kafedraları birləşdirilərək “Konservləşdirmə və şəkərli məhsulların texnologiyası” kafedrası yaradılmış və kafedraya rəhbərlik dosent Məzahir Məcid oğlu Cavadova həvalə edilmişdir. Sonrakı illərdə bu kafedraya “Şərabçılıq” və “Taxılın saxlanması, emalı və çörək-qənnadı məmulatlarının texnologiyası” kafedraları ilə birləşdirilmiş və “Qida məhsullarının texnologiyası” kafedrası yaradılmışdır.
2005-ci ildə “İaşə məhsullarının texnologiyası və turizm” kafedrası yaradılmış və həmin ildən kafedraya prof. Nəbiyev Əhəd Əli oğlu müdir vəzifəsinə seçilmişdir.
2015-ci ildə qida ixtisasına aid bütün kafedralar birləşdirilmiş “Qida mühəndisliyi və ekspertiza” kafedrası adlandırılmışdır. Həmin kafedraya prof. Nəbiyev Əhəd Əli oğlu müdir vəzifəsinə seçilmiş və kafedra qeyd olunan adla bu günə qədər fəaliyyət göstərir.
Kafedranın professor-müəllim heyəti 26 nəfər, texniki heyət 7 nəfərdir. Professor-müəllim heyətinin 1 nəfəri professor, 8 nəfəri dosent, 5 nəfəri dosent əvəzi, 7 nəfəri baş müəllim, 5 nəfəri isə assistent vəzifəsində çalışır.
İxtisaslar
Ali təhsilin bakalavriat səviyyəsi üzrə
Ali təhsilin magistratura səviyyəsi üzrə
Kafedrada tədris olunan fənlər
I semestrdə tədris olunan fənlər
1. |
Şərab məhsulları istehsalı texnologiyası |
2. |
Şərab turizmi |
3. |
Şərabların saxtalaşdırılması və eyniləşdirilməsi |
4. |
Materialların əmtəəşünaslığı |
5. |
Ərzaq mallarının ticarətinin təşkili |
6. |
Şərabçılıqda müasir fiziki tədqiqat üsulları |
7. |
Şərab üçün xammalın tədqiqi və qiymətləndirilməsi |
8. |
Çörək və makaron istehsalı texnologiyası |
9. |
Xammal və hazır şərab məhsullarının keyfiyyətinə texniki-kiməvi nəzarət |
10. |
Tədavül sferası müəssisələrinin avadanlığı |
11. |
Qeyri ərzaq mallarının ekspertizası |
12. |
Alkaqollu və alkaqolsuz içkilərin texnologiyası |
13. |
Qida mühəndisliyində qidalanma və sağlamlıq |
14. |
İaşə məhsullarının texnologiyası |
15. |
Oynaq şərablarının istehsal texnologiyası |
16. |
Qeyri ərzaq mallarının ekspertizası |
17. |
Biologiya |
18. |
İaşə sistemində yarımfabrikat istehsalı texnologiyası |
19. |
Şərabın kimyası |
20. |
İçkilərin ekspertizası |
21. |
Meyvə-giləmeyvə şərablarının texnologiyası |
22. |
Dünya şərabçılığı |
23. |
Turizm məhsulunun hazırlanması |
24. |
Konserv məmulatlarının istehsal texnologiyası |
25. |
Qida sənayesində texnoloji əməliyyatlar |
26. |
Ətraf mühitə təsirin qiymətləndirilməsi |
27. |
Biokimya |
28. |
Şərabçılığın texnologiyası-2 |
29. |
Gigiyenanın əsasları |
30. |
Mikrobiologiya, sanitariya və gigiyena |
31. |
Şərabçılıqda analiz metodları |
32. |
Dequstasiya |
33. |
Plastik kütlə və kimyəvi rəngsaz mallarının ekspertizası |
34. |
İstehlak mallarının təhlükəsizliyi |
35. |
Konyak istehsalı texnologiyası |
36. |
Şərabçılıqda avadanlıqlar və texnoloji qablar |
37. |
Qida məhsullarının təhlükəsizliyi |
38. |
Milli və xarici ölkə xalqlarının mətbəxi |
39. |
Toksikologiyanın əsasaları |
40. |
İstehlak mallarının marketinqi |
II semestrdə tədris olunan fənlər
1. |
İxtisasa giriş |
2. |
Qida məhsullarının biokimyası |
3. |
Biotexnologiya |
4. |
Şərabçılıqda avadanlıqlar və texnoloji qablar |
5. |
Şərabın mikrobiologiyası |
6. |
Alkoqolsuz və az alkoqollu içkilərin texnologiyası |
7. |
Qida məhsullarının biokimyası |
8. |
Qida məhsullarının soyudulma texnologiyası |
9. |
Şəkər və şəkərli məhsulların istehsal texnologiyası |
10. |
Konserv məhsulları istehsalı texnologiyası |
11. |
İaşə məhsulları istehsalı texnologiyası |
12. |
Süd və süd məhsulları istehsalı texnologiyası |
13. |
Ət və ət məhsulları istehsalı texnologiyası |
14. |
Qida təhlükəsizliyi |
15. |
Funksional içkilərin texnologiyası |
16. |
Şərabçılıqda texno-kimyəvi nəzarət |
17. |
Likyor-araq məmulatlarının istehsal texnologiyası |
18. |
İstehsalın texnoloji əsasları |
Ali təhsilin magistratura səviyyəsi üzrə fənlərin siyahısı
I semestr I kursda tədris olunan fənlər
1 |
Elmi tədqiqat işinin əsasları |
2 |
Ekologiya mühəndisliyi elminin müasir problemləri |
3 |
Qida məhsulları mühəndisliyinin müasir problemləri |
4 |
Azərbaycanda və dünyada şərab istehsalı texnologiyası barədə |
5 |
Konservləşdirmə texnologiyasının müasir problemləri |
6 |
Meyvə və tərəvəz məhsullarının keyfiyyətinin ekspertizası və marketinqi |
7 |
Gömrük nəzarətindən keçən konserv məhsullarının ekspertizası |
8 |
İaşə məhsulları texnologiyasının nəzəri əsasları |
9 |
Konservləşdirmə texnologiyasının tarixi və metodologiyası |
10 |
Bitki mənşəli qida məhsullarının keyfiyyət ekspertizası və marketinqi |
11 |
Gömrük rəsmiləşdirilməsi |
12 |
Qida məhsullarının kimyəvi təhlükəsizliyi |
13 |
Milli və xarici ölkə xalqlarının mətbəxi |
14 |
Qida məhsulları mühəndisliyinin tarixi və metodologiyası |
15 |
Konserv məhsulları istehsalının fiziki-kimyəvi əsasları |
16 |
İstehlak mallarının ekspertizası və marketinqi elminin müasir problemləri |
17 |
Qida məhsulları istehsalında qida əlavələri və bioloji aktiv əlavələr |
18 |
Konyak spirti və konyak istehsalı texnologiyasının nəzəri əsasları |
19 |
Konserv istehsalında kimyəvi maddələrinin tətbiqi |
20 |
İstehlak mallarının ekspertizası və marketinqi elminin tarixi və metodologiyası |
I semestr II kursda tədris olunan fənlər
1 |
Qida məhsulları istehsalında texnoloji hesablamalar |
2 |
İaşə müəssisələrində xidmətin təşkili |
3 |
Şərabın biokimyası |
4 |
Ekoloji təmiz ərzaq məhsullarının ekspertizası və marketinqi |
5 |
Qida məhsullarının mikrobioloji təhlükəsizliyi |
6 |
İaşə məhsullarının təhlükəsizliyi |
7 |
Desert şərablarının istehsal texnologiyasının nəzəri əsasları |
8 |
Alkoqollu və alkoqolsuz içkilərin keyfiyyət ekspertizası |
9 |
Gömrük nəzarətindən keçən taxıl, un məhsulların ekspertizası |
10 |
Genetik cəhətdən modifikasiya olunmuş qida məhsulları |
11 |
Qida əlavələrinin iaşə sistemində istifadə edilməsi |
12 |
Şampan və digər oynaq şərabların istehsal texnologiyası |
13 |
Xammala və ərzaq mallarına texniki-kimyəvi nəzarət |
14 |
Qidalanma sistemində istehsalın təşkili |
15 |
Qida xammalının rasional istifadə olunması |
16 |
İaşə məhsulları istehsalının biotexnologiyası |
17 |
Şərabın mikrobiologiyası |
18 |
Çörək və çörək məmulatlarının istehsal texnologiyası |
Kafedrada tədris olunan fənlərin proqramları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunub və çap edilmişdir.
Kafedrada tədrisi nəzərdə tutulmuş fənlər üzrə və bu fənlərin tədrisinin kredit sisteminin tələblərinə uyğun aparılması üçün illik iş planı, fənlər üzrə təsdiq edilmiş fənn proqramları, sillabusları, fənlər üzrə müəllimlərin tədris iş planları (forma 3, 3A və 6), müəllimlərin açıq dərslərinin qrafiki, müəllimlərin məsləhət saatlarının qrafiki və aparılacaq elmi seminarların qrafiki tərtib edilmiş və təsdiqlənmişdir.
Kafedrada professor-müəllim heyətinin tədris ilində mühazirə mətnlərinin elektron variantları vardır, onlar universitetin kitabxanasına təhvil verilmiş və onlara mütəmadi nəzarət olunur.
İmtahanlara bir ay qalmış imtahan testləri və imtahan biletləri tərtib edilir və kafedra iclasında təsdiq olunur.
Elmi-tədqiqat işləri
Kafedrada elmi-tədqiqat işlərinin aparılmasını və tələbələrin elmi-tədqiqat işlərində iştirakını, onlara nə dərəcədə rəhbərlik edilməsini yoxlayarkən müəyyən edilmişdir ki, elmi-tədqiqat işləri, elmi seminarların mövzuları kafedranın istiqamətinə uyğun aparılır və bu işlərdə tələbə, magistrant və doktorantlar fəal iştirak edir.
Kafedrada 2020-2023-cü illər üçün yerinə yetiriləcək elmi tədqiqat işlərinin 3 illik mövzu planı aşağıdakı kimidir:
Problemin mövzusu: Ölkədə qida təhlükəsizliyinin təminatı baxımından ekoloji təmiz qida məhsulunun istehsal texnologiyasinin təkmilləşdirilməsi
Mövzu: Funksional təyinatli çörək-bulka məmulatlari istehsalının innovativ texnologiyasının işlənməsi.
2021-ci il - Funksional təyinatli çörək-bulka məmulatları istehsalının müasir vəziyyəti və çeşidlərinin genişləndirilməsi təmayülünün təhlili (ədəbiyyat xülasəsi)
1.1.Sağlam qidalanma konsepsiyasında funksional təyinatlı çörək-bulka məmulatlarının əhəmiyyəti.
1.2.Funksional təyinatli çörək-bulka məmulatlari istehsalında qeyri-ənənəvi xammalların istifadəsinin müasir aspektləri.
1.3.Çörək-bulka məmulatları istehsalının mərhələlər üzrə texnoloji əməliyyatları.
1.4.Buğda, noxud və mərcimək sortlarından alınmış unların keyfiyyət göstəriciləri.
2022-ci il - Buğda, noxud və mərcimək unlarının keyfiyyət göstəricilərinin təcrübi tədqiqi.
1.1.Tədqiqat obyektinin seçilməsi və məsələnin müasir vəziyyəti.
1.2.Buğda, noxud və mərcimək sortlarından alınan unların keyfiyyət göstəricilərinin tədqiqi.
1.2.Buğda sortlarından alınan unun noxud unları ilə müqayisəli təhlili.
1.3.Buğda sortlarından alınan unun mərcimək unları ilə müqayisəli təhlili
2023-cü il - Çörək-bulka məmulatlari istehsalinin innovativ texnologiyasının işlənməsi.
1.1.Buğda və noxud unları qarışığından hazırlanan çörək-bulka məmulatlarının keyfiyyət göstərəcilərinin müqayisəli təhlili.
1.2.Buğda və mərcimək unları qarışığından hazırlanan çörək-bulka məmulatlarının keyfiyyət göstərəcilərinin müqayisəli təhlili.
1.3.Çörək-bulka məmulatları istehsalının texnoloji sxeminin işlənməsi.
1.4.Çörək-bulka məmulatlarının orqanoleptik qiymətləndirilməsi.
1.5.Alınan nəticələrin riyazi-statistik işlənməsi.
Rəhbər: b.e.d., prof. Ə.Ə.Nəbiyev
Məsul icraçı: dos., t.f.d. E.Ə.Bayramov
İcraçılar: dos., t.f.d. M.M.Tağıyev
dos., t.f.d. A.A.Qasımova
dos.əv., t.f.d. U.Ə.Babayeva
dos.əv., b.f.d. S.O. Qurbanova
dos.əv., t.f.d. M.S.Aslanova
Kafedrada doktorantura və dissertanturada təhsil alanların ümumi sayı
Fəlsəfə doktoru proqramı üzrə |
Elmlər doktoru proqramı üzrə |
||||||
Doktorant |
Dissertant |
Doktorant |
Dissertant |
||||
əyani |
qiyabi |
əyani |
qiyabi |
əyani |
qiyabi |
əyani |
qiyabi |
- |
2 |
- |
- |
- |
- |
- |
3 |
Kafedrada doktorantura və dissertanturada təhsil alanların siyahısı
Soy adı, adı, atasının adı |
Təhsil forması |
İxtisas şifri və adı |
|
Bağırzadə Afaq Sahib qızı |
Doktorant (qiyabi) |
3309.01 - Qida məhsullarının texnologiyası |
|
Babayev Azər Kərim oğlu |
Dissertant (qiyabi) |
||
Aslanova Mehriban Sahib qızı |
Elmlər doktorluğu (dissertant) |
3309.01 Qida məhsullarının texnologiyası |
|
Babayeva Ulduz Əli qızı |
|||
Qurbanova Sevda Qktay qızı |
|||
Professor-müəllim heyətinin son 5 ildə dərc olunan elmi əsərləri (cədvəlin davamı)
Təcrübə obyektləri
Kafedranın aşağıdakı təcrübə yerləri ilə müqavilələr bağlanmışdır:
Kafedra əməkdaşlarının inzibati-ictimai fəaliyyəti
Kafedranın əməkdaşları şəhərin və universitetin ictimai işlərində fəal iştirak edirlər.
Dosent Yaşar Adil oğlu Ömərov – Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edir.
Kafedra müdiri, prof.Əhəd Əli oğlu Nəbiyev – Azərbaycan Texnologiya Universitetinin Tədris metodiki Şurasının sədr müavinidir, Universitet və fakültə Elmi Şurasının, Gəncə şəhər Ağsaqqallar şurasının üzvüdür.
Dosent Mehman Telman oğlu İsmayılov – Qida mühəndisliyi fakültəsinin dekanıdır.
Dosent Urxan Cəlil oğlu Mehdiyev – fakültə Elmi Şurasının üzvü və Etika komissiyasının sədridir.
Dosent Eldəniz Ənvər oğlu Bayramov - fakültə Elmi Şurasının katibi, Universitetin Tədris metodiki Şurasının üzvüdür.
Dos.əvəzi Sevda Oktay qızı Qurbanova - Universitetin Elmi Şurasının katibidir.
Baş müəllim Hafiz Yusif oğlu Əsgərov - Qida mühəndisliyi fakültəsinin Elmi işləri üzrə dekan müavinidir.
Assistent Nəbi Zeynal oğlu Mehdizadə - Qida mühəndisliyi fakültəsinin Tədris işləri üzrə dekan müavinidir.
Professor-müəllim heyəti
Nəbiyev Əhəd Əli oğlu
Kafedra müdiri, professor
İsmayılov Mehman Telman oğlu
Dosent
Mərdan Məhərrəm oğlu Tağıyev
Dosent
Bayramov Eldəniz Ənvər oğlu
Dosent
Mehdiyev Urxan Cəlil oğlu
Dosent
Cavadov Məzahir Məcid oğlu
Dosent
Qocayev İlham Bayram oğlu
Dosent
Afət Ayyət qızı Qasımova
Dosent
Babayeva Ulduz Əli qızı
Dosent əvəzi
Xəlilov Müşfiq Aslan oğlu
Dosent əvəzi
Qurbanova Sevda Oktay qızı
Dosent əvəzi
Aslanova Mehriban Sahib qızı
Dosent əvəzi
Hacıyeva Aygün Arif qızı
Dosent əvəzi
İnarə Əli qızı Kazımova
Baş müəllim
Məmmədov Elçin Şiraslan oğlu
Baş müəllim
Hüseynova Suqra İbrahim qızı
Baş müəllim
Fərəcova Simuzər Səyyad qızı
Baş müəllim
Ələkbərov Afiq Yusif oğlu
Baş müəllim
Əsgərov Hafiz Yusif oğlu
Baş müəllim
Əliyeva Fatma İsmayıl qızı
Baş müəllim
Bağırzadə Afaq Sahib qızı
Assistent
Nəbi Zeynal oğlu Mehdizadə
Assistent
Nəsirova Kamalə Aydın qızı
Assistent
Bədəlova Jalə Mehti
Assistent