Azərbaycan Texnologiya Universitetində (ATU) yeni təsis edilmiş Məzunlar Assosiasi-yasının fəaliyyətinə start verilir. Assosiasiyanın ilk iclası 14 aprel 2026-cı il tarixində baş tutacaq.
Görüşün əsas məqsədi universitet məzunları arasında əlaqələrin gücləndirilməsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyən olunmasıdır. İclas çərçivəsində Assosiasiyanın strukturu, prioritetləri və qarşıda duran hədəflər müzakirə ediləcək.
Əziz məzunlar, birlikdə daha güclü şəbəkə qurmaq və təcrübələri bölüşmək üçün bu görüşü qaçırmayın. Hər birinizi tədbirdə iştiraka dəvət edirik.
Azərbaycan Texnologiya Universitetində 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisasının ümumelmi əsaslarından imtahan keçiriləcək.
Elan dərc olunduğu gündən etibarən 1 (bir) ay müddətində iddiaçılardan Magistratura və doktorantura şöbəsinə müraciət etmələri xahiş olunur.
İmtahanda iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
Müraciət üçün son tarix: 30.04.2026
Ətraflı məlumat üçün: (+994 22) 267 03 91
İngilis dilində danışıq bacarıqlarınızı təkmilləşdirmək, müxtəlif mövzularda interaktiv müzakirələrə qatılmaq və real kommunikativ mühitdə sərbəst danışıq təcrübəsi qazanmaq istəyirsinizsə, ATU-nun “Conversation Club” layihəsinə qoşulmaq üçün əla fürsətiniz var.
Yeni görüşlər 15 aprel 2026-cı il tarixindən etibarən hər həftənin V və III günləri saat 12:00-dan 13:00-dək baş tutacaq.
Təlimlər ATU-nun Xarici dillər kafedrasının peşəkar müəllimləri, həmçinin xarici təlimçilər tərəfindən aparılacaq, bununla da tələbələrə müxtəlif linqvistik mühitlərdən olan mütəxəssislərlə birbaşa ünsiyyət imkanı yaradılacaq.
Qeyd edək ki, ATU-da “Conversation Club” artıq bir neçə ildir ənənəvi olaraq hər semestr olunur. Məqsəd görüşlərdən bütün tələbələrin yararlanmasına şərait yaratmaqdır.
Qeydiyyat linki: https://forms.cloud.microsoft/r/qJNvt956h7
Azərbaycan Texnologiya Universitetində (ATU) tədqiqatçılar üçün “Web of Science platformasının tədqiqat fəaliyyətinə təsiri: Müəllif profillərinin analizi və jurnalların qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçiriləcək. Təlimçi qismində "Clarivate" şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Xəyalə Hacıyeva çıxış edəcək. Tədbir 2 aprel 2026-cı il tarixində, saat 14:00-da baş tutacaq.